16 Aprel 2024 17:10
216
DÜNYA
A- A+

Yaşar Gülər: Türkiyə dünyada təhlükəsizlik, sülh və sabitliyə ciddi töhfə verir

 

Türkiyə geosiyasi mövqeyi və köklü strateji yanaşması sayəsində həm regionda, həm də dünyada təhlükəsizlik, sülh və sabitliyə ciddi töhfə verir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin milli müdafiə naziri Yaşar Gülər səsləndirb. Onun sözlərinə görə, rəsmi Ankara regionda yaşanan böhranların həlli üçün müvafiq ölkələrlə aktiv dialoq aparmaqla yanaşı, beynəlxalq müstəvidə əvəzedilməz və ciddi təsirə malik aktor kimi addımları davam etdirir.

Nazir bildirib ki, Türkiyənin düşünülmüş mövqeyi regional problemlərin uzun müddətli həllində rasional və məqbul addımlar atmağa imkan yaradır.

“Biz bütün qonşu dövlətlərlə xoş münasibət və əməkdaşlığın tərəfdarıyıq. Bölgəmizdə təhlükəsizliyin, sülh və əmin-amanlığın bərqərar olması istiqamətində səylərimizi davam etdirəcəyik”, - deyə nazir vurğulayıb.

Gülər, həmçinin Türkiyə Silahlı Qüvvələrinin bütün proqram və fəaliyyətlərinin müvafiq dövlət strukturları ilə koordinasiyalı şəkildə həyata keçirdiyinə diqqət çəkib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video