24 May 2024 17:03
285
CƏMİYYƏT
A- A+

Yanğına qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyini artırmaq məqsədilə növbəti regional müşavirə keçirilib  

 

Mayın 24-də Quba şəhərində yanğına qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyin artırılması məqsədilə regional müşavirə keçirilib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, müşavirədə nazirliyin baş yanğın təhlükəsizliyi eksperti daxili xidmət general-mayoru Yusif Nəbiyev, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Kənd Təsərrüfatı Nazirliyinin, Quba, Xaçmaz, Qusar, Şabran, Siyəzən, Xızı, Abşeron və Sumqayıt şəhəri üzrə yerli icra hakimiyyətləri, müvafiq dövlət qurumlarının, idarə və müəssisələrin, bələdiyyələrin məsul şəxsləri və fermerlər iştirak ediblər.

Müşavirənin keçirilməsində məqsəd qarşıdan gələn yay fəsli ilə əlaqədar meşə və meşəətrafı ərazilərdə, əkin sahələrində yanğın təhlükəsziliyinin etibarlı təmin olunması istiqamətində görülən işlər və qarşıda duran vəzifələrin müzakirəsi olub.

Müşavirədə bölgədə meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyinin mövcud vəziyyəti, xüsusilə yay fəslində mümkün yanğınların qarşısının alınması istiqamətində görülmüş tədbirlər barədə geniş məlumat verilib. Həmçinin ərazilərdə aparılan monitorinqlər zamanı yanğın təhlükəsizliyi sahəsində aşkar olunmuş çatışmazlıqlar və onların aradan qaldırılması yolları barədə danışılıb. Milli sərvətimiz olan meşələrin qorunması üçün hər kəsin təhlükəsizlik qaydalarına riayət etməsinin, o cümlədən müvafiq vəzifəli şəxslərin üzərinə düşən vəzifələrini layiqincə yerinə yetirməsinin vacibliyi vurğulanıb. Qeyd olunub ki, meşə və meşəətrafı ərazilərdə yanğın hallarının baş verməməsi üçün yaxınlıqda yaşayan kənd sakinlərinin, fəaliyyət göstərən sahibkarların odla ehtiyatlı davranmaları və yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etmələri mühüm əhəmiyyət kəsb edir. O da vurğulanıb ki, dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə, həmçinin rayonların ərazisində açıq sahələrdə yanğın təhlükəsi yaradan quru ot, kol-kos, məişət tullantılarının vaxtında təmizlənməməsi, texnikaların hərəkət hissələrinin və detallarının dağılması və biçilmiş sahələrin yandırılması ciddi fəsadlara səbəb olur.

Müşavirədə yaranan suallar cavablandırılıb, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video