24 May 2024 09:30
1117
SİYASƏT
A- A+
Xalq 100 günü necə qiymətləndirir?

Xalq 100 günü necə qiymətləndirir?

 

Bu il fevralın 7-də ilk dəfə bütöv Azərbaycanda keçirilən Zəfər seçkilərində xalq demokratik sabitliyin, yüksəlişin, sosial-iqtisadi, mədəni-mənəvi tərəqqinin və dayanıqlı inkişafın müəllifi 
İlham Əliyevi yenidən Prezident seçdi.
Vətən müharibəsindən sonra keçirilən bu seçki hər bir vətənsevər azərbaycanlı üçün son 200 illik tariximizdə mühüm dövlətçilik imtahanı oldu. Seçkilərin nəticələri göstərdi ki, vətəndaşlarımız öz xoşbəxt gələcəyini, firavan həyatını, dövlətimizin daha da inkişafını, eləcə də dövlətçiliyimizin qorunmasını, müstəqilliyimizin möhkəmlənməsini İlham Heydər oğlu Əliyevin ölkəyə rəhbərlik etməsində görür. Xalq bu seçkidə təkcə ölkənin birinci şəxsini seçmədi, həm də qalib Azərbaycanın xoş gələcəyinə səs verdi! 
Bu gün İlham Əliyevin prezidentlik fəaliyyətinə başlamasının 100 günü tamam olur. Həmin ərəfədə əməkdaşlarımız paytaxt sakinləri ilə görüşüb Prezidentin 100 günlük fəaliyyətinə münasibətlərini öyrəniblər.

Aslan ƏZİMZADƏ, İqtisad Universitetinin müəllimi, iqtisadçı ekspert:
- Cənab İlham Əliyevin beşinci dəfə prezident seçilməsinin 100 gününü əvvəlki illərdə respublikamıza rəhbərlik etdiyi illərin daha uğurlu davamı hesab edirəm. Bu gün istər ölkə, istərsə də dünya iqtisadiyyatında formalaşmaqda olan yeni çağırışlar Cənubi Qafqaz üçün də önəmli amilləri şərtləndirir. Bu çərçivədə Azərbaycanın Müzəffər Ali Baş Komandan İlham Əliyev kimi bir rəhbərinin olması xalqımız üçün  şansdır. İlham Əliyevin apardığı istər iqtisadi, istərsə də sosial islahatlar xalqımız tərəfindən yüksək dəyərləndirilir. Xüsusən mən Prezidentin sosialyönümlü siyasətini qeyd etmək istəyirəm. Son illər qəbul olunmuş 4 sosial paket əhalinin rifahının daha da yaxşılaşmasına xidmət edir. Araşdırsaq görərik ki, heç bir postmüharibə ölkəsində Azərbaycandakı kimi dayanıqlı və müsbət trendlər müşahidə edilmir. Çünki bu cür konstruktiv və sistemli sosial-iqtisadi siyasətin müəllifi cənab İlham Əliyevdir. Bu səbəbdən xalqımız seçdiyi Prezidentinə inanır. Ona görə də Azərbaycanda xalq və Prezidentin sarsılmaz birliyi mövcuddur. 

Təranə ASLANOVA, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru: 
- Mən əslən Şuşalıyam. Bu günlər 32 ildən sonra doğma Şuşaya getmişdim. Yolboyu ermənilərin işğal dövründə torpaqlarımızda törətdikləri vandalizmin qalıqlarını gördükcə dəhşətə gəlməmək mümkün deyildi. Şuşada aparılan abadlıq, quruculuq, bərpa işlərini görəndə isə gözlərimə inanmadım. Şuşa böyük bir tikinti meydançasını xatırladırdı. 32 ildən sonra doğma yurduna qayıdıb evlə təmin olunan insanların sevincini sözlə ifadə etmək mümkün deyil.
Yenidən qurulan Laçın şəhərində də olduq. Dağların qoynunda əsl cənnət yaradılır. Laçını gözəllikdə Avropa şəhərləri ilə də müqayisə etmək olar. Prezidentimizin dediyi kimi, Laçın cənnətin özüdür. Bunu görüb, dövlətimin gücü, qüdrəti ilə qürur duydum, Azərbaycanla fəxr etdim. Bizə bu xoşbəxtliyi İlham Əliyev gərgin əməyi, yuxusuz gecələri, ardıcıl fəaliyyəti ilə yaşadır. Çox səmimi şəkildə deyirəm ki, İlham Əliyev kimi Prezidentimiz olduğuna görə fəxr edirəm. Xalqımızın bəxti onda gətirib ki, İlham Əliyev kimi lideri var.

Oqtay AĞAYEV, Mitel Enerji İnşaat şirkətinin əməkdaşı:
- Prezident İlham Əliyev Qarabağın xilaskarı və qurucusudur. Mən inşaat şirkətinin əməkdaşı kimi Qarabağda və Şərqi Zəngəzurda aparılan tikinti-quruculuq işlərində iştirak edirəm. Əminliklə deyə bilərəm ki, bu işlər cənab İlham Əliyevin rəhbərliyi ilə onun nəzarəti altında həyata keçirilir. Son günlər işğaldan azad olunmuş ərazilərdə aparılan işlərin panoramasına diqqət etsək görərik ki, bu 100 gündə Qarabağda 100 ayın işi görülüb. Prezident İlham Əliyev qurduğu ordu ilə 200 illik Qarabağ problemini cəmi 44 günə birdəfəlik həll edən tarixi şəxsiyyətdir. Belə bir liderin ölkəmizə rəhbərlik etdiyi hər gün xalqımızın tarixinə yazılan şərəfli bir səhifədir. Cənab İlham Əliyev müqayisəolunmaz fəaliyyəti ilə Azərbaycan tarixinin ən şanlı səhifələrini yazan bir liderdir, Prezidentimlə qürur duyuram. Qalib Azərbaycan İlham Əliyevin yazdığı çox möhtəşəm əsərdir. 

Mahmud QƏHRƏMANOV, təqaüdçü: 
- Dövlətimizin başçısı İlham Əliyev Azərbaycanı müstəqilliyinə qovuşduran, ərazi bütövlüyümüzü bərpa edən, çoxəsrlik Qarabağ problemini birdəfəlik həll edən tarixi şəxsiyyət kimi adını xalqın qəlbinə yazan bir liderdir. Prezidentimiz hakimiyyətə gəldiyi ilk gündən ona inanaraq siyasətini dəstəkləmişik. Azərbaycanda görülən işlər, insanların yaşayışında baş verən müsbət dəyişikliklər bir vətəndaş kimi məni qürurlandırır. Cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində mənim ölkəm bu gün dünyada söz, nüfuz sahibi olub. İndi Azərbaycan dünyanın ən mötəbər tədbirlərinin keçirildiyi məkana çevrilib. Qarabağın düşmən işğalından tam azad olunmasını, iki ölkə arasında sərhədlərin müəyyən edilib sərhəd dirəklərinin basdırılmasını xəyalımızdan belə keçirə bilmirdik. Prezident bizim xəyallarımızı gerçəkləşdirdi. Bizi inanılmaz görünən arzularımıza çatdırdı. 

İdris ABBASOV, AMEA-nın Dilçilik İnstitutunun şöbə müdiri, professor:
- Prezident İlham Əliyev ölkədə daxili sabitliyi qoruyub saxlayan bir liderdir. Xalqımızın gələcəyi, dövlətimizin qüdrətlənməsi üçün gördüyü işlər müqayisəolunmazdır. Etiraf edim ki, özümüz vətəndaş olaraq Azərbaycan üçün Prezidentin etdiyinin cüzi bir hissəsini etmirik. Təkcə dövlətimizin başçısının Qarabağ zəfəri haqqında cild-cild kitab yazılsa, yenə azdır.
Azərbaycan coğrafi mövqeyinə görə elə bir məkanda yerləşir ki, Avropanın və Asiyanın nəzəri bura yönəlib. Cənab İlham Əliyevin apardığı siyasət nəticəsində biz bütün bəlalardan xilas ola bilirik. Eyni zamanda dünyanın əksər dövlətləri bizimlə iqtisadi, siyasi əməkdaşlığa can atır. Praqmatik siyasətin nəticəsi olaraq bu gün Azərbaycan dünyanın ən sabit ölkəsinə çevrilib. 

Günay VERDİYEVA, AMEA-nın Şərqşünaslıq İnstitutunun elmi işçisi, dosent:
- Prezidentimizin fəaliyyəti, gördüyü işlər gözümüzün önündədir. Şəxsən mən ərazi bütövlüyümüzü tam bərpa etdiyi, Azərbaycanı yalnız regionun deyil, dünyanın  hesablaşdığı dövlətlər səviyyəsinə yüksəltdiyi üçün cənab İlham Əliyevlə qürur duyuram.
 Bir neçə gün əvvəl Prezidentimizin Zəngilan səfərini izləmişik. Dövlət başçısı vətəndaşla öz arasında səmimi körpü yaratmağı bacaran bir rəhbərdir. Onun xalqla təmas yaratma xüsusiyyəti, insanlarla səmimi davranışı, qayğısı, sadə vətəndaşlara göstərdiyi doğma münasibət xoş təəssürat yaradır. 
Cənab Prezidentin ilk dəfə hakimiyyətə gələndə dediyi bir fikri yaxşı xatırlayıram: "Mən hər bir azərbaycanlının Prezidenti olacağam". O, söylədiyi fikrə sadiq qalaraq verdiyi bütün sözləri tutdu. Həm də bütün xalqımızın sevimlisi olmağı bacardı.

Günel QULİYEVA, İ.M.Seçenov adına Moskva Dövlət Universitetinin Bakı filialının müəllimi:
- Mən siyasətçi olmasam da, dünyada baş verən siyasi proseslərdən xəbərsiz deyiləm. Prezidentimizin qətiyyəti, apardığı müstəqil siyasət, uzaqgörənliyi nəticəsində ölkəmiz dünyanın ən sakit bir guşəsinə çevrilib. Ölkəmiz elə coğrafi məkanda yerləşir ki, istəsək də, istəməsək də, dünyanın diqqətini çəkir. Sirr deyil ki, dünyada bu gün güc, nüfuz davası, sürətli qütbləşmə gedir. Böyük dövlətlər Cənubi Qafqaz regionu uğrunda əsl savaş aparırlar. Belə bir vəziyyətdə yalnız müdrik insanlar düzgün seçim edib rəhbərlik etdiyi dövləti qoruya, xalqının təhlükəsizliyini təmin edə bilər. Cənab İlham Əliyev məhz belə liderdir. 

Asim CƏNNƏTOV, "ASAN xidmət" Agentliyinin mütəxəssisi:
- Prezident İlham Əliyev xalqımızın qəhrəmanlıq tarixini yazan, çoxəsrlik Qarabağ problemini həll edən qüdrətli şəxsiyyətdir. Xalqımızın bəxti onda gətirib ki, bizim cənab İlham Əliyev kimi uzaqgörən, qətiyyətli, nəyi nə zaman etməyi dəqiq bilən və dediklərini də hər zaman həyata keçirən bir lideri var.
Azərbaycan gəncliyi xoşbəxtdir ki, İlham Əliyevin rəhbərlik etdiyi, sakit, inkişaf edən, gənclər üçün hər cür şərait yaradılan və ümidli gələcək vəd edən bir ölkədə yaşayır. Prezidentimiz uğurlu xarici siyasəti, uzaqgörənliyi, siyasi və elmi potensialı ilə vətənimizə və dövlətimizə dil uzadan bütün qüvvələri yerində oturtmağı bacarır. Bununla qürur duymamaq mümkün deyil.
Eləcə də gəncliyin xoşbəxt həyatı, insanların firavanlığı, rahat yaşamaları üçün aparılan islahatlar, həyata keçirilən sosial layihələr biz gəncləri çox sevindirir. Bu gün gənclərimizin oxuması, işləməsi, bilik və bacarıqlarını nümayiş etdirib özlərini təsdiq etməsi üçün hər cür şərait yaradılıb. 

Mədət ƏLİYEV, Azərbaycan Texniki Universitetinin tələbəsi:
- Prezident İlham Əliyevin rəhbərlik etdiyi bir ölkənin vətəndaşı olduğum üçün qürur duyuram. Cənab İlham Əliyevin adı çəkiləndə gözlərim önünə bütöv Azərbaycanın möhtəşəm xəritəsi, Xankəndidə və Şuşada dalğalanan Zəfər bayrağımız gəlir. Belə bir Prezidentin rəhbərlik etdiyi ölkədə yaşadığım, oxuduğum üçün xoşbəxtəm. Cənab İlham Əliyevin prezidentliyi gələcəyimizin xoşbəxt təminatı deməkdir.

Leyla İMANOVA, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi: 
 - Cənab İlham Əliyevin Azərbaycan gəncliyinin lideri olmasından qürur duyuram. Vətən müharibəsi zamanı Prezidentimizin dünyanın müxtəlif yerlərindən üstümüzə məqsədli şəkildə göndərilən qərəzli "jurnalist"lərə verdiyi cavablar ordumuzun düşmən üzərində çaldığı qələbə qədər bizi qürurlandırırdı. Dövlət başçısı vətənimizin bütövlüyünün, dövlətimizin müstəqilliyinin, Qarabağın azadlığının rəmzidir. 

Elşən QƏNİYEV,
İlham BABAYEV (foto),
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Çempionlar Liqası: “Real Madrid” “Milan”ı, “Liverpul” “Bayer”i qəbul edəcək  

10:29
05 Noyabr

DİN polis orqanlarında orta rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edib

10:28
05 Noyabr

Prezident İlham Əliyev: Qlobal ekoloji problemlər bəşəriyyətin mövcudluğu və gələcəyi üçün ciddi təhdidlər yaratmaqdadır  

10:27
05 Noyabr

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitinin iştirakçılarına  

10:24
05 Noyabr

Şəkidə oğurluq edən maskalı şəxslər tutulub

09:57
05 Noyabr

Bakıda Dünya dini liderlərinin III Sammiti keçirilir YENİLƏNİB  

09:56
05 Noyabr

Orta Dəhlizlə yükdaşımaların həcmi 2030-cu ilə qədər 10 milyon tona çatacaq  

09:51
05 Noyabr

ABŞ-da seçki məntəqələri əməkdaşları təhdidlərlə üzləşiblər

09:33
05 Noyabr

Almaniya Ukraynaya əlavə 200 milyon avro yardım ayıracaq  

09:31
05 Noyabr

İqlim dəyişikliyi sağlamlığımızı da təhdid edir

09:00
05 Noyabr

Tramp, yoxsa Harris?!

08:55
05 Noyabr

Döyüş meydanında sona çatan 30 illik ömür yolu

08:50
05 Noyabr

Vüsala yetməyən ömür

08:45
05 Noyabr

"Biz çox şadıq ki, COP29 Azərbaycanda keçirilir"

08:40
05 Noyabr

“Yaşıl paytaxt”ın yeni abadlıq ünvanı

08:35
05 Noyabr

Prezident islahatlarının daha bir uğurlu nümunəsi

08:30
05 Noyabr

Heydər MƏMMƏDOV: "Ali hüquq təhsili alan gənclərin əksəriyyəti prokurorluq əməkdaşı olmaq istəyir"

08:25
05 Noyabr

"Ali təhsildə elmi fəaliyyətin və tədrisin təşkili: cari vəziyyət və yeni çağırışlar" və "Orta ixtisas təhsili pilləsində tədrisin təşkili: normativlər və cari vəziyyət"mövzularında tədbirlər keçirilib

08:20
05 Noyabr

Düşmən bütün cəbhələrdə itkilər verərək geri çəkilib

08:15
05 Noyabr

Əsrlərə bərabər 44 gündə yazılan möhtəşəm Zəfər

08:10
05 Noyabr

İlham Əliyevin Zəfər salnaməsi

08:05
05 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!