Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb
Cari ilin birinci rübü ərzində vergi orqanlarına ümumilikdə 32 min 459 müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz azdır.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, müraciətlərdən 96,3 faizi ərizə, 3,6 faizi şikayət, qalan hissəsi isə təklif olub. 50 müraciətin icrası nəzarətə götürülüb.
Müraciətlərin 93,8 faizinin baxılması bu ilin 1-ci rübü ərzində başa çatdırılıb, 6,2 faizi isə hazırda icradadır. Baxılmış müraciətlərdən 66,8 faizi həll olunub, digərləri barədə qanuna müvafiq tədbirlər görülüb.
Müraciətlərin tərkibində faktiki şikayətlərin sayı 2588 olub və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 30,2 faiz azalıb. Həll edilmiş şikayətlərin 76,3 faizi kameral vergi yoxlamaları, qalan hissəsi isə vergi borcları, vergiödəyicisinin qeydiyyatı, şəxsi hesab vərəqələri, sosial sığorta ödənişləri, maliyyə sanksiyasının silinməsi, operativ vergi nəzarəti, vergi mükəlləfiyyəti və digər məsələlərlə bağlı olub.
2024-cü ilin birinci rübündə Dövlət Vergi Xidmətinin aparatında müvafiq vəzifəli şəxslər tərəfindən ümumilikdə 119, o cümlədən şəhid ailəsi və müharibə iştirakçısı olan 11 vətəndaşın qəbulu təşkil edilib.
Qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həll olunması üçün lazımi tədbirlər görülüb, həlli imkan xaricində olan məsələlərlə bağlı qanuna müvafiq izahatlar verilib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Boksçular mübarizəyə sabah qoşulacaqlar
27 Iyul
"Bu, biabırçı seqreqasiya aktıdır"
27 Iyul
Casusluq ittihamı ilə qovuldu
27 Iyul
Avarçəkənimizin rəqibləri məlum oldu
27 Iyul
Lahıc - zamanların qovuşduğu məkan
27 Iyul
Azərbaycanın idxal-ixrac əməliyyatlarında saldo müsbət olaraq qalır
27 Iyul
"Paris-2024": Şikayət ardınca şikayət gəlir
27 Iyul
Kənd turizmi insanlar üçün çox sərfəlidir
27 Iyul
Azərbaycana gələn turistlərin sayı artır
27 Iyul
Səyyar görüş keçirilmişdir
27 Iyul
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Həqiqətə çağırış25 Iyul 2024
![](/uploads/img/posts/2024/07/25/Clip_23jpg-1721862946.jpg)
Uzaqgörənlik24 Iyul 2024
![](/uploads/img/posts/2024/07/24/1 copyjpg-1721771921.jpg)
Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə qlobal səviyyədə tanınır23 Iyul 2024
![](/uploads/img/posts/2024/07/23/Clip_2jpg-1721686526.jpg)
Azərbaycan Qlobal Cənubla Qlobal Şimal arasında təmasları gücləndirir YENİLƏNİB - 2 VİDEO...21 Iyul 2024
![](/uploads/img/posts/2024/07/20/1721480194305007127_1200x630jpg-1721495783.jpg)
Avropanın Azərbaycana ehtiyacı artır20 Iyul 2024
![](/uploads/img/posts/2024/07/20/Clipjpg-1721423683jpg-1721453251.jpg)
Bütün yollar Qarabağa aparır18 Iyul 2024
![](/uploads/img/posts/2024/07/18/Clip_8jpg-1721248442.jpg)
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!