Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
BTC-nin təməlini Heydər Əliyev qoydu, İlham Əliyev isə bu kəməri möhtəşəm dəhlizlərə qovuşdurdu
Regionun neft ixracı arteriyası - Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri 18 ilə yaxındır tam bir sistem kimi təhlükəsiz və ahəngdar surətdə fəaliyyət göstərir. Təməli Ulu Öndər tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən yeni dəhlizlərə qovuşdurulan, zirvələrə çatan BTC bu gün təkcə Azərbaycana deyil, bütün regiona böyük fayda, xeyir-bərəkət gətirir.
Zirvə demişkən, BTC sözün birbaşa mənasında da çox yüksəklərə qalxır. Belə ki, kəmər 1768 kilometrlik marşrutu boyu bir neçə dağ silsiləsi qət edir, o cümlədən 2830 metr hündürlükdə özünün ən yüksək nöqtəsinə çatır, eləcə də 3000 yol, dəmir yolu, yeraltı və yerüstü kommunikasiya xətti, eni 500 metrədək olan Ceyhan çayının keçidi, 1500-dən artıq su hövzəsi ilə kəsişir. Ceyhana yaxınlaşarkən yenidən dəniz səviyyəsinə enir.
BTC-yə həmçinin üçüncü minilliyin nəhəng mühəndis qurğusu deyirlər. Çünki bu boru xətti bütün Avrasiya məkanında mövcud olan analoji kəmərlər arasında öz unikallığı ilə seçilir. BTC haqlı olaraq dünya enerji təhlükəsizliyinin əsas elementlərindən biri sayılır.
BTC Ümummilli Lider Heydər Əliyevin şah əsərlərindən biridir və Ulu Öndərin adını şərəflə daşıyır. Bu layihənin uğur salnaməsi Prezident İlham Əliyev tərəfindən ardıcıl davam etdirilir.
BTC çox sınaqlardan keçib. Məlum olduğu kimi, istər ölkəmizin daxilində, istərsə də xaricdə bir sıra qüvvələr müxtəlif əsassız bəhanələrlə onun çəkilişinə mane olmağa cəhd göstərirdilər. Lakin Ulu Öndərin səyləri və dünyadakı siyasi nüfuzu sayəsində maneələrin hamısı dəf olundu. Təməli 2002-ci il sentyabrın 18-də qoyulan kəmərin inşaat işləri ümumilikdə bir neçə il davam etdi. Belə ki, xəttin Azərbaycan hissəsində tikinti 2004-cü ilin sentyabrında sona çatdı. Həmin ilin oktyabrında isə kəmərin Azərbaycan və Gürcüstan hissələrinin birləşdirilməsinə həsr olunmuş "Qızıl qaynaq" mərasimi keçirildi.
2005-ci ilın mayında BTC-nin Azərbaycan, oktyabrında Gürcüstan hissəsi Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verildi. Kəmər eləcə də dövlətimizin başçısının iştirakı ilə tam bir sistem kimi 2006-cı ilin iyul ayında istismara daxil oldu. BTC-nin Ceyhan terminalına çatdırdığı xam neftlə ilk tanker isə 2006-cı il iyunun 4-də yüklənmişdi. O vaxt təqribən 600 min barel "Azəri-Çıraq-Günəşli" nefti "British Hawthorn" tankerinə vurularaq Ceyhandan dünya bazarlarına göndərilmişdi.
BTC Xəzər regionundan Aralıq dənizinə təhlükəsiz və məsuliyyətli şəkildə xam neft ixrac etmək üçün çəkilib. Kəmər Azərbaycanda 443, Gürcüstanda 249, Türkiyədə 1076 kilometr məsafə qət edir. Ölkəmizdə 13 rayondan - Qaradağ, Abşeron, Hacıqabul, Ağsu, Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Goranboy, Samux, Şəmkir, Tovuz və Ağstafa rayonlarından keçir. Gürcüstanda 7 bölgənin - Qardabani, Marneuli, Tetritskaro, Tsalka, Borjomi, Axaltsixe və Agideni rayonlarının ərazisi boyu uzanır. Xəttin Türkiyədə keçdiyi 9 rayon isə Ərdahan, Qars, Ərzurum, Ərzincan, Sivas, Kayseri, Qəhrəman Maraş, Osmaniyə və Adanadır.
BTC-nin gündəlik ötürücülük gücü 2009-cu ilin yazınadək bir milyon barel idi, həmin vaxtdan indiyədək isə 1,2 milyon barel təşkil edir. Keçdiyi ərazilərin coğrafiyasından asılı olaraq onun borularının diametri 46, 42 və 34 düymdür. Üç tranzit ölkə ərazisində kəmərin 8 nasos stansiyası və 98 siyirtmə məntəqəsi var. Baş nasos stansiyası Səngəçal terminalında yerləşir. Ölkəmizdəki daha bir stansiya Yevlax rayonu ərazisindədir. Növbəti iki stansiya Gürcüstanda və dördü Türkiyədə fəaliyyət göstərir.
Prezident İlham Əliyev BTC-nin istifadəyə verilməsinin mühüm əhəmiyyət daşıdığını qeyd edərək deyib: "Bu kəmərin fəaliyyətə başlaması ilə Azərbaycanın qarşısında yeni üfüqlər açılır, yeni imkanlar açılır. Azərbaycan iqtisadi cəhətdən çox zəngin ölkəyə çevriləcəkdir. Ölkədə bütün sosial problemlər öz həllini tapacaqdır. Azərbaycan çox önəmli neft ixrac edən ölkəyə çevrilir. Əminəm ki, neftdən əldə olunan gəlirlərdən istifadə edilməklə Azərbaycanda bütün sosial məsələlər qısa müddət ərzində öz həllini tapacaq və Azərbaycan dünya iqtisadiyyatına daha inamla inteqrasiya edəcəkdir".
İndi bunlar reallıqdır. Layihənin operatoru olan bp şirkətinin məlumatına görə, istismara veriləndən 2023-cü ilin ilk üç rübü ərzində BTC üzrə əməliyyat xərclərinə təxminən 86 milyon dollar, əsaslı xərclərə isə 25 milyon dollar vəsait sərf olunub. Sentyabr ayının sonunadək kəmər vasitəsilə ümumilikdə təqribən 554 milyon ton (4,2 milyard barel) xam neft nəql edilib və Ceyhanda 5482 tankerə yüklənərək dünya bazarlarına göndərilib. BTC-nin ümumilkdə 4 milyard barel neft ixracına nail olması əlamətdar bir uğur kimi keçən il yanvarın 18-də qeyd edilib.
Üç rüb ərzində BTC vasitəsilə ixrac olunmuş təqribən 23 milyon ton (təxminən 171 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 238 tankerə yüklənib və yola salınıb. Hazırda BTC boru kəməri əsasən Azərbaycandan "Azəri-Çıraq-Günəşli" nefti və "Şahdəniz" kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan və Türkmənistan) də nəql olunur.
BTC-nin əhəmiyyəti həm də onun özündən sonra neçə-neçə nəhəng layihəyə yol açmasındadır. Prezident İlham Əliyevin dediyi kimi: "Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikilməsi nəticəsində biz artıq pəncərədən başlayaraq böyük qapı açdıq. Azərbaycanı beynəlxalq enerji ailəsinə daxil edə bildik. Həm siyasi, həm iqtisadi baxımdan böyük uğurlar əldə edə bilmişik".
Kəmər Bosfor və Dardanel boğazlarından yan keçməklə həmçinin ekoloji riskləri azaldır. Boruları bütün marşrut boyu torpaq altında basdırılmış bu kəmər, necə deyərlər, səssiz-səmirsiz, ətraf mühitə ziyan vurmadan və insanlara narahatlıq gətirmədən işini davam etdirir.
...İndi qışın, necə deyərlər, oğlan çağıdır. Bakıda havalar mülayim keçsə də, BTC-nin qət etdiyi bir çox ərazi qarla-buzla örtülüb. Lakin BTC üçün heç bir maneə yoxdur. Xatırladaq ki, kəmərin bir hissəsi keçən il Türkiyənin zəlzələ baş verən bölgələrindən keçir. Bununla belə o zaman neftin axını təhlükəsiz davam etmişdi. Çünki tikinti zamanı xəttin möhkəm boruları həm də etibarlı şəkildə örtüklənmişdi. Bir sözlə, BTC bütün sınaqlardan şərəflə çıxır.
Flora SADIQLI,
"Azərbaycan"
İrəvanın mərkəzində 40-a yaxın insanın iştirakı ilə silahlı qarşıdurma olub
Ekspert: dünya qlobal münaqişə astanasında dəyişir
Əlilliyi olan 25 min uşağa reabilitasiya xidmətləri göstərilib
Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliya Silahlı Qüvvələrinin yeni Baş Qərargah rəisi ilə görüşüb
“NEQSOL HOLDING” və “GILTEX” şirkətləri COP29-un tərəfdaşları elan edilib
Bloomberg: Maskın Bayden və Harrisə sui-qəsdlə bağlı yazısı araşdırılır
İtkin şəhid Tərlan Rüstəmov Lökbatan qəsəbəsindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb
IV Beynəlxalq Bəstəkarlıq Müsabiqəsinin qaliblərinin adları açıqlanıb
Prezident: Gənclərimiz heç kimin təsiri altına düşməməli, vədlərə aldanmamalıdırlar
Livanda yeni partlayışlardan qorxaraq telefonları söndürürlər
“Tacikistan Dəmir Yolları”: Orta Dəhliz ölkələrimiz arasında perspektivli nəqliyyat dəhlizlərindən biridir
İtkin şəhid Mübariz Məmmədov Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb
Prezident İlham Əliyev: Biz işğaldan, hətta müstəmləkəçilikdən əziyyət çəkən xalqlara göstərdik ki, inamla yaşamaq lazımdır
Prezident: Dünyada da bilirlər ki, Xankəndi şəhəri qədim Azərbaycan yaşayış yeri olub
Yay tətili zamanı Bakıda 20 küçə və prospekt təmir olunub
Türkiyə müdafiə naziri: Azərbaycanın yanında olacağıq
Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib
Azərbaycan Prezidenti: Qarabağ Universitetinin yaradılması tarixi hadisədir
Prezident: Biz göstərdik ki, güclü iradə, peşəkarlıq, vətənpərvərlik olarsa, heç bir qüvvə o xalqın qabağında dura bilməz
Çin BMT BA tədbirlərində qlobal idarəçiliyi gücləndirmək niyyətindədir
İsrail ordusu Qəzza zolağının cənubunda 300-dən çox radikalı öldürüb
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!