01 Aprel 2024 14:51
1496
Elm və texnika
A- A+

TikTok 2023-cü ildə Azərbaycanda iki milyondan çox videonu silib

 

Aparıcı qısa video platforması TikTok platforma ictimaiyyətinin təhlükəsizliyini mütləq prioritet hesab edə və insanların yaradcılıqlarını göstərə, bir ara gələ və yeni biliklər qazana biləcəyi
xoş mühit yaradır. Platformada təhlükəsizliyi qorumaq üçün TikTok platformanın İcma Qaydalarını pozan məzmunu müəyyən etmək və ona qarşı tədbir görmək üçün innovativ texnologiyadan və peşəkarlardan ibarət komandalardan istifadə edir. Hazırda dünyada müxtəlif dillərdə, o cümlədən Azərbaycan dilində danışan 40 000-dən çox insan TikTok-da
istifadəçilərin təhlükəsizliyini təmin etmək üçün çalışır. TikTok təhlükəsizlik təcrübələri ilə bağlı şəffafdır və mütəmadi olaraq aktiv şəkildə silinən videolar və hesablar haqqında məlumat yerləşdirir. Bu məlumat platformadan çıxarılan məzmunun həcmi və xarakteri haqqında məlumat verən İcma Təlimatlarının İcra Hesabatları vasitəsilə rüblük olaraq açıqlanır. Ən son İcma Təlimatlarının İcra Hesabatlarına əsasən, 2023-cü ilin dördüncü rübündə dünya üzrə:

• 176 461 963 video İcma Qaydalarının pozulması səbəbindən silinib. Bu, rübdə
TikTok tərəfindən silinən ən yüksək video sayıdır.
• Silinmiş videoların 96,7%-i proaktiv şəkildə silinib. Proaktiv silinmə videonun xəbər
verilməzdən əvvəl müəyyən edilməsi və silinməsi deməkdir.
• Videoların 89,9%-i yayımlandıqdan sonra 24 saat ərzində silinib.
• 8 012 732 canlı yayım qanun pozuntularına görə dayandırılıb.
Eyni müddət ərzində Azərbaycanda:
• 903 041 video İcma Qaydalarının pozulması səbəbindən silinib. Bu, 2023-cü ilin
istənilən rübündə silinmiş videoların ən yüksək sayıdır.
• Silinmiş videoların ümumi sayının 98%-i platforma tərəfindən proaktiv şəkildə silinib.
• Videoların 95,8%-i yayımlandıqdan sonra ilk 24 saat ərzində silinib.
Ümumilikdə, 2023-cü il ərzində Azərbaycanda İcma Qaydalarını pozan 2 071 243 video
silinib.
TikTok azyaşlı istifadəçilər kimi həssas qrupa xüsusi diqqət yetirir. TikTok 13 və daha yuxarı yaşlı istifadəçilər üçün platformadır və hər bir yeni istifadəçiyə tam doğum tarixi tələb olunan
qeydiyyat forması təqdim olunur. Platformanın moderator komandası hesabın 13 yaşından kiçik istifadəçiyə aid ola biləcəyini göstərən əlamətləri aşkar etmək üçün təlim keçib. Təhlükəsizlik qrupu hesabın uşağa aid olduğuna inanarsa, o, bloklanacaq. TikTok, sahiblərinin 13 yaşdan kiçik ola biləcəyi üçün silinən hesabların sayını açıqlayan ilk böyük platforma oldu. Belə ki, 2023-cü ildə dünya üzrə 13 yaşdan kiçik 76 484 236 istifadəçi hesabı silinib. TikTok həmçinin hər altı ayda bir dünyanın müxtəlif ölkələrinin hökumətlərindən gələn sorğular haqqında məlumatları ehtiva edən hesabatlar hesabatlar dərc edir, burada belə sorğuların sayını, görülən tədbirlər və silinən məzmunun miqdarını açıqlayır.
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video