19 İyul 2025 09:30
1152
DÜNYA
A- A+
Suriyada gərginlik artır

Suriyada gərginlik artır


Bu bir daha sübut edir ki, Yaxın Şərq üçün sülh hələ uzaqdır


Suriyanın cənubundakı Əs-Süveydə əyalətində qanunsuz silahlı dəstələr atəşkəsi pozub. Bunu Suriyanın müvəqqəti keçid prezidenti Əhməd Əl Şaraa deyib. Onun sözlərinə görə, iyulun 16-da Suriya rəhbərliyinə qanunsuz silahlı birləşmələrin mülki şəxslərə hücum etməyəcəyinə təminat verildiyi üçün o, qoşunları Əs-Süveydədən çıxarmaq qərarına gəlib.

“Lakin Suriya hərbçiləri geri çəkildikdən sonra bu qruplaşmalar dinc əhaliyə qarşı dəhşətli cinayətlər törədiblər ki, bu da əldə olunmuş razılaşmaların aşkar şəkildə pozulmasıdır”, - SANA agentliyi belə qeyd edib. Suriyanın müvəqqəti başçısı İsrail ordusunun Dəməşqdə baş qərargah binasına və Prezident sarayına zərbə endirməsindən sonra açıqlama verib. O, Dəməşqin müharibədən qorxmadığını və döyüşməyə hazır olduğunu bildirib: "Biz müharibədən qorxanlar arasında deyilik. Biz həyatımızı çətinliklərlə üzləşməklə və xalqımızı müdafiə etməklə keçirmişik, lakin suriyalıların maraqlarını xaos və dağıntıdan üstün tutmuşuq". Əl Şaraa vurğulayıb ki, İsrail respublikanı münaqişə ərazisinə çevirməyə çalışır. Lakin bu qəbuledilməzdir və Suriya hakimiyyəti bunun qarşısını almaq niyyətindədir.

Prezident druzların yaşadığı bölgənin Suriyanın bir hissəsi olduğunu deyib və əlavə edib ki, İsrailin hərəkətləri ölkədə ixtilaf yaradır. O, respublikanın “hər hansı xarici və daxili nifaq salmaq cəhdlərinin” əleyhinə olduğunu vurğulayıb və diqqətə çatdırıb ki, ölkədə druzların, eləcə də digər konfessiyaların nümayəndələrinin hüquq və azadlıqlarının müdafiəsi prioritet məsələ hesab olunur. Onu da əlavə edib ki, indi yerli qruplar və druzların ruhani liderləri Əs-Süveydədə təhlükəsizlik və asayişə cavabdehdirlər. Ölkə hakimiyyəti bu addımı yeni hərbi münaqişədən qaçmaq üçün atıb. Əl Şaraa həmçinin bildirib ki, Suriyanın yeni hökuməti ölkədə sülhü qorumaq niyyətindədir, lakin respublika vətəndaşları onların ləyaqətinə təhlükə yaranarsa, döyüşməyə hazırdırlar.

Xatırladaq ki, Əs-Süveydə əyalətində hökumət qüvvələri ilə tövhid dinini qəbul edən ərəblərin etno-konfessional qrupu olan druzlar arasında toqquşma baş verib. Atışma nəticəsində onlarca insan həlak olub. İsrailin Baş naziri Benyamin Netanyahu hadisəyə reaksiya verib. O, ölkənin “Suriyanın cənub-qərbində sərhədyanı silahsızlaşdırılmış zonanı qorumaq və yerli druz əhalisini müdafiə etmək” öhdəliklərini açıqlayıb. Ardınca İsrail Müdafiə Qüvvələri Suriyadakı hədəflərə hücum edib. Zərbələr Müdafiə Nazirliyinin binasına və paytaxtdakı Prezident sarayına endirilib. 

İsrail Müdafiə Nazirliyi druzlara qarşı təcavüzün davam etdirilməsinin ciddi nəticələr verəcəyi barədə xəbərdarlıq edib. Təl-Əviv vurğulayıb ki, Suriya rəhbərliyi druz icmalarına qarşı istənilən hücumun qarşısını almalı və yatırmalıdır. İsrailin Suriyada druzları qorumaqda maraqlı olması dini azlıqlarla həmrəyliyin təzahürü kimi görünə bilər. Ancaq əsl səbəblər daha mürəkkəbdir. İsraildə 100 mindən çox druz yaşayır və onlar ölkənin tamhüquqlu vətəndaşlarıdır: druzlar orduda xidmət edir və siyasətlə məşğul olurlar. Onlar İsraildə hərbi xidmətə məcburi cəlb olunan yeganə ərəbdilli qrupdur. Nəticədə bu, druz icması ilə yəhudi dövləti arasında özünəməxsus münasibət formalaşdırıb. Onilliklər ərzində İsraildəki druzlar sadiq vətəndaşlar kimi qəbul edilir. Eyni zamanda bu öhdəlik çox vaxt milli sərhədlərdən kənarda proqnozlaşdırılır.

İsrailin druzlara dəstək verməsində başqa səbəblər də var. Suriyanın druz icmalarından biri faktiki olaraq İsrailin nəzarəti altında olan Qolan təpələrində cəmləşib. Suriyada daxili sabitsizliyi nəzərə alaraq, İsrail imkan daxilində orada təsirini gücləndirmək üçün bu ərazilərdəki vəziyyəti diqqətlə izləyir. Bundan əlavə, İsrailin onunla həmsərhəd ərazilərdə sabitliyin qorunmasında strateji marağı mövcuddur. Suriyanın cənubunda druzlara dəstək verilməsi Təl-Əvivə sadiq bir bufer zonasının formalaşdırılmasının bir yolu kimi qiymətləndirilir. Hizbullah və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) daxil olmaqla, İranyönlü qüvvələrin Suriyada fəaliyyət göstərdiyi şəraitdə İsrail öz sərhədləri yaxınlığında təsirlərini minimuma endirməyə çalışır.

Suriyadakı vəziyyət Türkiyəni də rahatsız edib. Ankara Suriya rəhbərliyi tələb edərsə, müdafiə məsələlərində Dəməşq hakimiyyətinə dəstək verməyə hazır olduğunu bildirib. Bu cür yardıma Suriyanın hərbi infrastrukturunun gücləndirilməsi tədbirləri və terror təhlükələri ilə mübarizədə yardım daxil ola bilər.

“Türkiyə regionda baş verə biləcək istənilən ssenariyə qarşı tədbirlər görür”. Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada hökumətin iclasından sonra keçirilən mətbuat konfransında bildirib. AZƏRTAC-ın xəbərinə görə, Türkiyə Prezidenti Suriyadakı proseslərə diqqət yönəldərək qeyd edib ki, qonşu ölkənin ərazi bütövlüyü məsələsi Ankaranın regional siyasətində əsas yer tutur. “Biz Suriyanın parçalanmasını nəzərdə tutan planları dəstəkləməmişik, dəstəkləməyəcəyik. Suriyalı qardaşlarımızla birlikdə hadisələrin belə inkişafına imkan verməyəcəyik”, - deyə Türkiyə lideri bildirib və vurğulayıb ki, “sabit Suriya qonşu ölkələr üçün də sabitlik mənbəyi olacaq”.

Azərbaycan da Suriyada baş verən prosesləri yaxından izləyir. Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə İsrail-Suriya qarşıdurmasına münasibət bildirərkən deyib. "Suriyanın ərazi bütövlüyü və suverenliyinə, bölünməzliyinə və siyasi birliyinə dəstəyimizi bir daha ifadə edirik. Suriyada sülhün, təhlükəsizliyin və sabitliyin bərqərar olunması mütləq dərəcədə vacibdir", - deyə XİN rəsmisi əlavə edib.


Rizvan CƏFƏROV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sabirabadda pambıqçılığın inkişafına həsr olunmuş regional müşavirə keçirilib - YENİLƏNİB

14:12
24 İyun

Zəka Mirzəyev: Xidmətlərin keyfiyyəti platformalar üzərindən əldə etdiyimiz məlumatların etibarlılığında özünü göstərir  

13:59
24 İyun

Şuşa TDT çərçivəsində dini məsələlər üzrə ilk toplantıya ev sahibliyi edəcək

13:48
24 İyun

ADSEA sədri: Qarabağ suvarma kanalı 166 min hektar ərazinin su təminatını yaxşılaşdıracaq

13:46
24 İyun

ADSEA sədri: 2025-ci ildə ölkə üzrə 55 kilometrdən çox kanal beton üzlüyə alınıb

13:41
24 İyun

Qətər Şura Məclisinin sədri Azərbaycana təşəkkür edib

13:41
24 İyun

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb

13:37
24 İyun

Zaur Mikayılov: Şirvan suvarma kanalı 228 min hektardan artıq ərazinin su təminatına mühüm töhfə verəcək

13:31
24 İyun

Pakistanın Baş naziri: ABŞ-İran anlaşma memorandumu sülh və sabitliyə xidmət edir  

13:21
24 İyun

Bakı Hərbi Prokurorluğunun əsaslı təmir edilərək yenidən qurulan inzibati binasının açılışı olub 

13:19
24 İyun

Omanın Məşvərət Məclisinin sədri: Dünyada sülhə, qarşılıqlı anlaşmaya hər zamankından daha çox ehtiyac var  

13:18
24 İyun

2030-cu ilədək pambıq sahələrinin 42 min hektarı müasir suvarma ilə təmin olunacaq

13:17
24 İyun

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

13:17
24 İyun

Paytaxtda və bölgələrdə yağış yağacaq

13:15
24 İyun

Yəmən parlamentinin sədri: İƏT-in Bakı Sessiyası İslam birliyinə töhfə verəcək

12:59
24 İyun

Şimali Kipr parlamentinin sədri Bakıda keçirilən tədbirdə həmrəyliyə çağırış edib

12:51
24 İyun

Rəqəmsal inkişaf və nəqliyyat naziri Ağdamda vətəndaşların müraciətlərini dinləyib  

12:49
24 İyun

Numan Kurtulmuş: Çoxmərkəzliliyin hökm sürəcəyi yeni bir dünyaya daxil oluruq

12:38
24 İyun

Niger parlamentinin sədri: İƏT Konfransı əməkdaşlıq üçün mühüm platformadır  

12:33
24 İyun

Əziz Ələkbərli: Ermənistan rəhbərliyi Qərbi azərbaycanlıların doğma evlərinə qayıdış hüququnu qəbul etməli və bu prosesə mane olmamalıdır

12:29
24 İyun

Dövlət Proqramı pambıqçılıqda məhsuldarlığın 50 sentnerə çatdırılmasını hədəfləyir

12:28
24 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!