Səyyar görüşdə mingəçevirlilər problemlərindən söz açdılar
Sakinlər əmin edildilər ki, qaldırılan məsələlər həllini tapacaq
Mingəçevir şəhər sakinləri ilə növbəti səyyar görüş Energetiklər yaşayış massivindəki Naxçıvan küçəsi ərazisində oldu. Görüşə həm də şəhərin müxtəlif küçə və məhəllələrindən sakinlər də gəlmişdilər.
Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov görüşə gələn sakinləri salamladıqdan sonra sentyabr ayının 12-dən 13-nə keçən gecə Kəlbəcər, Laçın, Daşkəsən istiqamətində düşmənin törətdiyi növbəti təxribatdan danışaraq Vətən torpaqlarının azad olunması, qorunması uğrunda həlak olan bütün şəhidlərimizin xatirəsini yad etdi. 44 günlük Vətən müharibəsindəki zəfər tariximizdən sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə və şəhərdə aparılan abadlıq və quruculuq işlərindən bəhs etdi. Bildirdi ki, bu cür səyyar görüşlər dövlət başçısının tapşırığına uyğun olaraq keçirilir, əsas məqsəd sakinləri narahat edən problemləri öyrənmək və onların operativ həllinə nail olmaqdır. İcra başçısı şəhərdə kanalizasiya sisteminin yenidən qurulması işlərinin sürətlə görüldüyünü bildirdi.
Naxçıvan küçəsindəki 46, 48, 48/1, 53/3, 50/2, C.Əliyev küçəsindəki 1, 2, 13, 13A saylı yaşayış binalarının sakinləri çıxış edərək qarşılaşdıqları problemlərdən söz açdılar. Saniyə Əbdürrəhmanova istilik sisteminin olmaması səbəbindən qış aylarında xəstəliklərdən əziyyət çəkdiyini bildirdi. Polad Səfərov zirzəmilərdə yığılan su yığıntısının antisanitariya yaratdığından, Ramiz Məmmədov məhəllədə işıqlanmanın olmamasından, Məlahət Nəsibova əqli və fiziki qüsurlu övladının təqaüdünün kəsilməsindən, Qurban Səmədov yaşadığı küçəyə ad lövhəsinin vurulmamasından, Tofiq Rəsulov və Mahud İsmaylov kanalizasiya və işıqlanma sahəsindəki problemlərdən bəhs etdilər. Anar Səbzəliyev, Aygün Nəbiyeva binalarının ümumi istifadə sahələrinin, dam örtüyünün əsaslı təmirə ehtiyacı olduğunu dilə gətirdilər. Bağlar yaşayış massivindən gələn Könül Qurbanova da öz problemindən danışdı. İşsizlik məsələsi, habelə məhəllələrdə sakinlərin istirahəti üçün oturacaqların qoyulmasının, söhbətgahların yaradılmasının zəruriliyi dilə gətirildi.
Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qaldırılan bütün məsələləri diqqətlə dinlədikdən sonra keçmiş Regenerat zavodunun ərazisində yeni fabriklərin tikiləcəyini və bunun sayəsində yeni iş yerlərinin açılacağını bildirdi. Görüşdə iştirak edən icra hakimiyyəti başçısı Aparatının məsul işçilərinə, idarə, müəssisə, təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi. Yekun olaraq sakinlər əmin edildilər ki, qaldırılan hər bir məsələ nəzarətə götürüləcək və vaxtında həllini tapacaq.
Lazım QULİYEV,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Ermənistanda sakinlər suvarma suyunun qiymətinin bahalığına görə yolu bağlayıblar
20 Aprel
Alimlər yaşlı insanlarda əzələ zəifliyinin səbəbinə aydınlıq gətiriblər
20 Aprel
Dünya Bankının nümayəndəsi: Azərbaycanın COP29-a ev sahibliyi edəcəyindən məmnunuq
20 Aprel
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib
20 Aprel
Medianın İnkişafı Agentliyi Ermənistanın və bir sıra digər ölkələrin media resurslarında dərc olunan...
20 Aprel
ICESCO üzv ölkələri gənclərin və qadınların innovativ bacarıqlarını artırmağa çağırıb ...
20 Aprel
Bakıda Birinci Türk Dövlətləri Kardiologiya Qurultayı keçirilir YENİLƏNİB
20 Aprel
Azamat Ziyo: Özbəkistan Qafqaz Albaniyasının irsinin araşdırılmasına qrantlar ayırmağa hazırdır ...
20 Aprel
Gələcəkdə mediasiya xidmətlərindən ödənişsiz yararlanacaq imtiyazlı şəxslərin sayı artırıla bilər ...
20 Aprel
UNESCO: Gender bərabərliyi üzrə qlobal fəaliyyət zəifləyir
20 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!