08 Fevral 2024 21:59
1884
PARLAMENT
A- A+

Serbiya parlamenti sədrinin müavini: Azərbaycanda seçkilər demokratik prinsiplərə uyğun keçirilib

 

Fevralın 8-də Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Azay Quliyev növbədənkənar prezident seçkilərini müşahidə etmək üçün ölkəmizdə səfərdə olan Serbiya Respublikası parlamenti sədrinin müavini Sandra Boziçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, söhbət zamanı Azay Quliyev Azərbaycanın Serbiya ilə əlaqələrin hərtərəfli inkişafında maraqlı olduğunu bildirib. O, beynəlxalq təşkilatlarda əməkdaşlığın əhəmiyyəti və parlament diplomatiyasının vacibliyi barədə fikirlərini bölüşüb.

Ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələrindən bəhs edən xanım Boziç Azərbaycanda seçkilərin demokratik prinsiplərə və qanuna uyğun şəkildə keçirilməsini görməkdən çox məmnun olduğunu, Xankəndidə və Şuşada prosesi izlədiklərini qeyd edib.

Görüşdə iştirak edən Azərbaycan-Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Məlahət İbrahimqızı, deputat Nurlan Həsənov ölkələrimiz arasında əməkdaşlığın perspektivləri barədə danışıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video