24 Aprel 2024 09:38
275
DÜNYA
A- A+

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

 

ABŞ-ın Ukrayna, İsrail və Tayvan üçün nəzərdə tutulmuş 95 milyard dollarlıq yardım paketi Senat tərəfindən təsdiq olunub.

AZƏRTAC-ın ABŞ bürosunun verdiyi məlumata görə, 4 qanunu özündə birləşdirən layihə ötən həftənin sonu Nümayəndələr Palatasında hər iki partiyanın dəstəyi ilə səsvermədən keçib.

Paketə İsrailə və Qəzzaya humanitar yardım üçün 26 milyard dollar, Ukraynaya hərbi yardım üçün 61 milyard dollar və Tayvan və Hind-Sakit okeanı müttəfiqləri üçün 8 milyard dollar yardım daxildir. 4-cü qanunda isə ABŞ-da “Tiktok”un qadağan olunmasını, Rusiya, Çin və İrana qarşı sanksiyaları və Ukraynanın müharibədən sonrakı bərpasına kömək etmək üçün Rusiya aktivlərinin müsadirə olunmasını nəzərdə tutur.

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden ötən gün Senatı tez bir zamanda qanun layihəsini təsdiqləməyə çağırıb. Qanun layihəsi təsdiqləndikdən sonra imzalanması üçün prezidentə təqdim ediləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video