28 May 2024 10:40
442
SİYASƏT
A- A+

Səməd Seyidov Rusiya Federasiya Şurası sədrinin müavini ilə görüşüb  

 

Rusiya Federasiyasının (RF) Federasiya Şurası sədrinin müavini Konstantin Kosaçov Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

AZƏRTAC xəbər verir ki, görüşdə RF Federasiya Şurasının Elm, təhsil və mədəniyyət komitəsi sədrinin birinci müavini İlyas Umaxanov iştirak edib.

Görüş zamanı Konstantin Kosaçov RF Federasiya Şurasının sədri Valentina Matviyenko və Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovanın daimi iş əlaqələri saxladıqlarını qeyd edib.

“Müasir geosiyasi şəraitdə Rusiya və Azərbaycanın parlamentlərarası münasibətləri dayanıqlıq sınağından şərəflə çıxır”, - deyə vitse-spiker bildirib. O, Rusiya Federasiyasının Federal Məclisi ilə Azərbaycan Respublikası Milli Məclisinin Əməkdaşlıq üzrə Parlamentlərarası komissiyasının, habelə Federasiya Şurası və Milli Məclisin profil komitələrinin xətti ilə qarşılıqlı fəaliyyətin vacibliyini vurğulayıb.

Səməd Seyidov bu fikirlə razılaşdığını bildirib. Onun sözlərinə görə, Rusiya və Azərbaycan keçmiş Sovet İttifaqının iki ölkəsi arasında əməkdaşlığın unikal nümunəsidir və regionda yaranan yeni geosiyasi reallıq bu iki ölkənin xalqlarının maraqlarına uyğundur.

Söhbət zamanı parlamentlərarası əlaqələrin inkişafı, o cümlədən rus dilinin təbliği sahəsində mədəni-humanitar qarşılıqlı fəaliyyətin əsas məsələlərinə toxunulub, Azərbaycan gəncliyi nümayəndələrinin “Yaddaş qatarı” mədəni-təhsil layihəsində iştirakı müzakirə olunub.

Həmçinin beynəlxalq problemlərlə bağlı fikir mübadiləsi aparılıb. Tərəflər müzakirə olunan məsələlərdə mövqelərinin üst-üstə düşdüyünü və yaxın olduğunu ifadə ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video