27 Fevral 2024 14:24
229
DÜNYA
A- A+

Şəffaf ekranlı noutbuk sərgidə təqdim edilib

 

“Lenovo” “MWC 2024” sərgisində qeyri-adi noutbukunu təqdim edib. “Lenovo ThinkBook Transparent Display” adlı noutbukun qeyri-adi tərəfi isə ondan ibarətdir ki, o, şəffaf monitora və sensorlu klaviaturaya sahibdir.
Şirkət bildirib ki, bu noutbuk sadəcə olaraq prototipdir. Sərgi çərçivəsində şirkət yeni cihazın texniki göstəriciləri barədə məlumat verməsə də, “Mashable” saytı bəzi təfərrüatları öyrənib. Beləliklə məlumata görə, sözügedən noutbuk 17.3 düym micro-LED ekranla təchiz olunub və ekranın maksimal parlaqlıq səviyyəsi 1000 nit təşkil edir. Bununla yanaşı, məlumatda o qeyd edilib ki, konfidensiallığın qorunması yolunda şəffaf ekranın arxa panelini sistem səviyyəsində qaraltmaq olar. Bu halda kənar şəxs arxa panel vasitəsilə şəffaf ekranda nəyin əks olunduğunu görə bilməyəcək.
“Lenovo ThinkBook Transparent Display” özündə generativ süni zəka funksiyalı veb kameranı birləşdirir. Noutbukun aşağı hissəsi böyük ölçülü sensorlu paneldir. Həmin panel rəqəmsal klaviaturanı əks etdirir. İstifadəçi istəyinə uyğun olaraq klaviaturanı deaktiv edə və sensorlu paneli böyük ölçülü “touchpad”ə çevirə bilər. Cihaz “Windows 11” vasitəsilə çalışır. 

Ülkər XASPOLADOVA,
“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video