Rənglər aləminin həbibi
Çoxəsrlik Azərbaycan rəngkarlığının fundamental ənənələrindən, fırça ustalarımızın möhtəşəm əsərlərindən ruhlanan, bu istiqamətdə ilk kövrək qədəmlərini atan gənclərimizdən biri də Mədinə Həbibdir.
O, ömrünün yeniyetməlik dövrünü - 16-cı ilini yaşamasına baxmayaraq, artıq sənətindən doğan seyrçi məhəbbəti qazanıb.
Hələ 6 yaşından boyaya, rəsmə böyük həvəs göstərən Mədinə müxtəlif kitab və jurnallarda, televiziya ekranlarında, canlı təbiətdə görüb ilhamlandığı təsvirləri canlandırmağa başlayır. Bu kiçik qızın istedadını və rəssamlığa olan sevgisini görən valideynləri onu incəsənət sahəsinə yönləndirməyi qərara alırlar. Təbii ki, baxışları formalaşdırmaq, istedadı cilalamaq üçün hər işin peşəkarı ilə məsləhətləşmək, ustaddan dərs almaq lazımdır. Anası Səbinə xanım Mədinəni vaxt itirmədən Azərbaycan Rəssamlar İttifaqının üzvü, "Esmiralda"- Uşaq və Yeniyetmə Rəsm Studiyasının rəhbəri, dizayn ixtisaslı rəssam və pedaqoq Esmiralda Tağızadənin yanına gətirir. Həmin tarixdən etibarən bu yaradıcılıq studiyasında o, incəsənətin sirlərinə yiyələnir. Müxtəlif materiallar üzərində bir-birindən fərqli texnikalarda rəsmlər çəkir. Kətan üzərində yağlı boya, akril, kağız üzərində sulu boya, quaş, rəngli karandaş, pastel, tuş, qara qələmlə müxtəlif mövzulu əsərlər ərsəyə gətirir, bir-birindən rəngarəng əsərləri ilə öz dəst-xətini formalaşdırır. Rəssamlığın həm qrafika, həm də rəngkarlıq sahələrinə meyil göstərən gənc istedad 2016-cı ildən etibarən intensiv olaraq respublika və beynəlxalq rəsm müsabiqələrində iştirak etməyə başlayır.
Xalq rəssamı Arif Hüseynov Mədinə Həbib haqqında nikbin fikirdədir: "Bir dəfə Xətai Sənət Mərkəzində keçirilən rəsm müsabiqəsinə dəvət almışdım. "Esmiralda Art Studio"nun tələbələrindən ibarət sənət yarışması və sərgi idi. Komissiya üzvü olduğum tədbirdə Mədinə Həbibin rəsm əsərlərini görüb, necə deyərlər, bir rəssam kimi onu kəşf etdim. Bu sahəyə həvəsini daha da artırmaq, gələcəkdə uğurlar əldə etməsi üçün müəyyən dəstək göstərməyə qərar verdim. Mədinəni gənc sənətşünas Ziyarət Cabarova-Qəhrəmanova ilə tanış etdim. Onu birlikdə imza atdığımız "Gənc İstedadlar" layihəsində görməyi qərara aldıq. İstedadı ilə yaşıdlarından seçilən, hələ uşaqlıq yaşlarından bir-birindən rəngarəng, müxtəlif texnikalarda əsərlər çəkməyə başlayan Mədinənin əsərlərindən ibarət sərgi də təşkil olundu. Müxtəlif geyim eskizləri, mənzərələr, obrazlar canlandıran Mədinə Həbibin əsərləri hər kəs tərəfindən böyük maraqla qarşılandı. Hazırda respublikamızda və ölkə xaricində vətənimizi öz rəsmləri ilə təmsil edən gənc rəssamın uğurlarının davamlı olacağına inanırıq".
Həbib Mədinə Rüfət qızı 25 dekabr 2008-ci il tarixində Bakı şəhərində hərbçi ailəsində dünyaya gəlib. Yeddinci sinfə qədər Paşa Nəzərov adına 60 saylı tam orta məktəbdə təhsil alıb. Sonra - 2020-ci ildə Telman Abbasov adına 225 saylı tam orta məktəbdə təhsilini davam etdirib. Davamlı olaraq sərgi və yaradıcılıq festivallarında çıxış edərək müxtəlif diplom və sertifikatlara layiq görülüb. "Misir-Azərbaycan uşaqların gözü ilə", "Naxışın sirləri", "Həmrəylik" (2018), "Azərbaycan-Odlar Yurdu", 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş (2019), "Rəngli xəyallar", "Doğma diyar Azərbaycan" (2020), "Xonçalı Novruz" (2022), "Zəfər-44", "Rəngli dünya" (2023) adlı müxtəlif mövzulu sərgi və müsabiqələr bu qəbildəndir. O, "Saf rənglər" IV və V beynəlxalq rəssamlıq festivalları (2016-2018), Nyu Yorkun Bruklin şəhərində keçirilən festivala uğurla qatılmış, "Təhlükəsiz dünya gələcəyi, nəqliyyat vasitələri" nominasiyası üzrə 1-ci yerə, 2020-ci ildə keçirilən "Zərərli vərdişlərə yox de, sağlam həyat tərzi seç!" rəsm müsabiqəsində 2-ci yerə, 2022-ci ildə "Gold time" beynəlxalq rəsm festivalında qrafika nominasiyası üzrə dünya üzrə 2-ci yerə layiq görülüb. Mədinə Həbib 2020-ci ildə İnsan Resursları Mərkəzinin təşkilatçılığı ilə keçirilən "Öyrətdiyinlə seçil" rəsm müsabiqəsinin qalibi olub.
İstedad və bacarıqları saymaqla bitməyən, çoxşaxəli yaradıcılıq yoluna uğurla qədəm qoyan Mədinə Həbib rəssamlıqdan əlavə, idmanla da məşğul olur. O, Azərbaycan Respublikası "Vin Çun" döyüş sənəti federasiyasının üzvüdür. Federasiyada Əməkdar məşqçi Asif Sayadovun rəhbərliyi altında peşəkar dərslər alır. Dəfələrlə respublika üzrə çempionatlarda iştirak edərək yüksək yerlər tutub.
Qurban MƏMMƏDOV
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Türkiyə telekanalı: Xankəndi inkişafının yeni səhifəsinə hazırlaşır
27 Iyul
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
27 Iyul
İstanbulda PKK-nın 13 tərəfdarı saxlanılıb
27 Iyul
İranın yeni seçilən prezidenti sabah and içəcək
27 Iyul
Mask Olimpiadanın açılış mərasimini xristianlara qarşı hörmətsizlik adlandırıb
27 Iyul
Viktor Orban: Avropa sülh siyasətini qəbul etməlidir
27 Iyul
Olimpiadada jurnalistləri daşıyan avtobus qəzaya düşüb
27 Iyul
AKAF-ın baş katibi: Parisdə yaxşı nəticə göstərəcəyimizə inanıram
27 Iyul
Paris-2024-də ilk medalçılar bəlli olub
27 Iyul
Paris-2024: Azərbaycanın daha bir cüdoçusu mübarizəni dayandırıb
27 Iyul
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Həqiqətə çağırış25 Iyul 2024
Uzaqgörənlik24 Iyul 2024
Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə qlobal səviyyədə tanınır23 Iyul 2024
Azərbaycan Qlobal Cənubla Qlobal Şimal arasında təmasları gücləndirir YENİLƏNİB - 2 VİDEO...21 Iyul 2024
Avropanın Azərbaycana ehtiyacı artır20 Iyul 2024
Bütün yollar Qarabağa aparır18 Iyul 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!