Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
Daha çox uşaqlar arasında yayılan və adına az rast gəlinən infeksion xəstəliklərdən biri skarlatinadır. İnfeksion xəstəlik səbəbindən xırda səpkilər üzdən başlayaraq bütün bədənə - boğaza, qollara, qarın nahiyəsinə, ayaqlara yayılır. Ağız və burun ətrafı istisna olmaqla bütün bədəndə qırmızı səpkilər yaranır.
AZƏRTAC xəbər verir ki, Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 39 nömrəli Şəhər Poliklinikasının həkim-infeksionisti İlhamə Şirinovanın sözlərinə görə, skarlatina ən çox 3-7 yaşlı uşaqlar arasında rast gəlinən A qrup hemolitik streptakok (boğaz, burun və dəridə yaşayan bakteriyalar) tərəfindən törədilən yoluxucu xəstəlikdir: “Xəstəliyin əsas əlamətləri bədən hərarətinin kəskin artması (temperatur 38-39 dərəcəyədək yüksəlir), halsızlıq, boğaz və baş ağrısı, boyunda olan limfa düyünlərinin böyüməsi və ağrılı olması, mütəmadi qusmalardır. Skarlatina xəstəliyinin başladığı ilk və ikinci gündən etibarən dəridə parlaq qırmızı səpkilər müşahidə olunur. Xəstəliyi keçirən şəxslərdə davamlı immunitet formalaşır”.
İ. Şirinova qeyd edir ki, çox zaman insanlar oxşar əlamətlərinə görə, skarlatina və qızılca xəstəliyini səhv salırlar:
“Çünki hər iki infeksion xəstəlik məhz yoluxmuş şəxslərin asqırması, öskürməsi zamanı yayılan damcı ilə və xəstə insanla təmasda olmaqla yayılır. Qızılca xəstəliyi zamanı səpkilər xəstəliyin 4-5-ci günündə üzdən başlayır və mərhələli şəkildə bədən səthinə yayılır. Skarlatina xəstəliyi zamanı isə səpkilər xəstəliyin 1-2-ci günlərindən etibarən döş qəfəsindən başlayaraq dəriyə yayılır. Səpkilər 2-5 gün davam etdikdən sonra solmağa başlayır. Qızılcadan fərqli olaraq skarlatinada xəstəliyin 4-cü günündə parlaq qırmızı moruğa bənzər dil əmələ gəlir. Xəstəliyin sonunda əl və ayaq dərisində dəri soyulması müşahidə olunur”.
Həkim-infeksionist vurğulayıb ki, skarlatinanın müalicəsi isə mütləq şəkildə həkim təyinatına uyğun aparılmalıdır. O qeyd edib ki, əks halda, özbaşına edilən hər müalicə üsulu faydasız və hətta zərərli ola bilər:
“Skarlatina xəstəliyinin müalicəsi antibiotiklər, hərarətsalıcı preparatlar, boğaz məhlulları ilə aparılır. Boğaz məhlulları ilə mütəmadi olaraq qarqara etmək, bol maye və vitaminli qidaların qəbulu xəstəliyin müalicəsi və profilaktikası üçün vacib amildir. Bunlarla yanaşı, mütləq şəkildə gigiyena qaydalarına əməl olunmalı, yeməkdən əvvəl əllər yaxşı yuyulmalıdır. Asqırma və öskürmə zamanı ağzı əllə və ya salfet / dəsmalla tutmaq lazımdır”.
Həkim-infeksionist xüsusi olaraq vurğulayır ki, antibiotik və digər dərman preparatlarının istifadəsi mütləq şəkildə həkim təyinatı ilə aparılmalıdır. Çünki yanaşı xəstəliyi olan şəxslər üçün antibiotiklərin qəbulu sonrakı mərhələdə ciddi fəsadlar törədə bilir.
Özünüzün və ya övladlarının səhhətində yaranan bu və ya digər xəstəliklərlə bağlı ilkin səhiyyə xidməti göstərən tibb müəssisələrindəki həkim-infeksionistlərə müraciət edilməlidir. Əks halda, gecikmiş müalicə effektsiz ola bilər.
İrəvanın mərkəzində 40-a yaxın insanın iştirakı ilə silahlı qarşıdurma olub
Ekspert: dünya qlobal münaqişə astanasında dəyişir
Əlilliyi olan 25 min uşağa reabilitasiya xidmətləri göstərilib
Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliya Silahlı Qüvvələrinin yeni Baş Qərargah rəisi ilə görüşüb
“NEQSOL HOLDING” və “GILTEX” şirkətləri COP29-un tərəfdaşları elan edilib
Bloomberg: Maskın Bayden və Harrisə sui-qəsdlə bağlı yazısı araşdırılır
İtkin şəhid Tərlan Rüstəmov Lökbatan qəsəbəsindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb
IV Beynəlxalq Bəstəkarlıq Müsabiqəsinin qaliblərinin adları açıqlanıb
Prezident: Gənclərimiz heç kimin təsiri altına düşməməli, vədlərə aldanmamalıdırlar
Livanda yeni partlayışlardan qorxaraq telefonları söndürürlər
“Tacikistan Dəmir Yolları”: Orta Dəhliz ölkələrimiz arasında perspektivli nəqliyyat dəhlizlərindən biridir
İtkin şəhid Mübariz Məmmədov Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb
Prezident İlham Əliyev: Biz işğaldan, hətta müstəmləkəçilikdən əziyyət çəkən xalqlara göstərdik ki, inamla yaşamaq lazımdır
Prezident: Dünyada da bilirlər ki, Xankəndi şəhəri qədim Azərbaycan yaşayış yeri olub
Yay tətili zamanı Bakıda 20 küçə və prospekt təmir olunub
Türkiyə müdafiə naziri: Azərbaycanın yanında olacağıq
Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib
Azərbaycan Prezidenti: Qarabağ Universitetinin yaradılması tarixi hadisədir
Prezident: Biz göstərdik ki, güclü iradə, peşəkarlıq, vətənpərvərlik olarsa, heç bir qüvvə o xalqın qabağında dura bilməz
Çin BMT BA tədbirlərində qlobal idarəçiliyi gücləndirmək niyyətindədir
İsrail ordusu Qəzza zolağının cənubunda 300-dən çox radikalı öldürüb
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!