23 Mart 2024 13:58
1448
SİYASƏT
A- A+
Qərbin Cənubi Qafqazda yeni savaş ssenarisi hazırdır

Qərbin Cənubi Qafqazda yeni savaş ssenarisi hazırdır

Bütün oyunların sonu Ermənistanı bugünki Ukraynaya çevirəcək

 

Bütün zamanlarda Cənubi Qafqazda sülhün, təhlükəsizliyin bərqərar olunmasını isəməyən qüvvələr indi yenə də aşikar şəkildə “hərəkətə” keçiblər. Görünən odur ki, ABŞ və Qərb bütün mümkün vasitələrlə Rusiyanı regiondan sıxışdırıb çıxarmaq istəyir və bunu da artıq gizlətmir. Bu məqsədə çatmaq üçün isə alət olaraq Ermənistandan istifadə edilir. Bu da təbii ki, məğlub ölkənin Azərbaycanla sülh müqaviləsini imzalamaqdan yayınmasına əlverişli şərait yaradır. 
30 il Azərbayan torpaqlarını işğal altında saxlayarkən də Qərb dairələri status-kvonun dəyişməməsi üçün daim ikili standartlar tətbiq etməklə Ermənistana sahib çıxırdılar. İşğalçı ölkə də bu cəzasızlıq mühitindən yararlanaraq istədiyi oyunu oynayır və istəınilən vaxt Azərbaycanı təxribata çəkirdi. Amma bu dəfə fərqli oyun oynayırlar. Yəni, Qərb dairələrinin Hayastanın sülhdən yayınması, sülh müqavilənin imzalanmaması üçün başlatdıqları oyunlar köhnə ssenarinin davamına bənzəmir. Bu dəfə əsas hədəfdə Rusiyadır. 
ABŞ başda olmaqla Qərb dövlətləri Cənubi Qafqazda vəziyyəti mümkün qədər gərginləşdirmək, ənənəvi rəqiblərinə qarşı yeni münaqişə ocaqları yaratmaq yolunu tutublar. NATO-nun Baş katibi Y.Stoltenberqin regiona səfərinin ardınca onun ABŞ dövlət katibi Blinken və Avropa Komissiyasının sədri Ursula von der Leyen ilə 2024-cü ilin aprelində geniş tərkibdə görüşünün olacağı barədə yayılan məlumatlar, xüsusən Ermənistana təhlükəsizlik zəmanətinin verilməsi barədə müzakirələr bir daha göstərir ki, Qərb Cənubi Qafqazı “qan canağına” çevirməkdə israrlıdır.   
ABŞ və Avropa İttifaqı regionda vəziyyəti mümkün qədər gərginləşdirməkdə Cənubi Qafqazda hərbi cəhətdən mövcudluğu hədəfləyir. Bu isə heç şübhəsiz ki, Bakı və İrəvan arasında sülh perspektivlərini faktiki heçə endirir. Bir sözlə, təhlükəsizlik zəmanəti ideyası Azərbaycanla Ermənistan arasında yekun sülhün beynəlxalq hüququn prinsiplərinə yox, Qərbin arzuladığı formaya uyğunlaşdırmaq cəhdidir. Əlbəttə, bu, Azərbaycana qarşı atılan addım olmaqla milli maraqlarımıza ciddi təhdiddir.
Ehtimal olunur ki, ABŞ və Avropa İttifaqı Ukrayna ilə Böyük Britaniya, Fransa, Almaniya və digər ölkələr arasında ikitərəfli sazişlər kimi Ermənistana təhlükəsizlik zəmanətləri vermək üçün sənəd imzalamağa hazırlaşır. Belə olan halda regionda geosiyasi hadisələr sürətlə inkişaf etməyə başlaya bilər. 
Ermənistan KTMT-də iştirakını “dondurmasından” sonra təşkilatdan qəti şəkildə çıxacağını göstərir. Rəsmi İrəvanın qəti şəkildə Rusiyanın Gümrüdəki 102-ci bazasının ləğvinə başlamaq fikrində olması da bunu təsdiqləyən reallıqdır. Burada Ermənistanın istəyi də bəllidir. Gözlənilir ki, İrəvan tərəfindən qovulmuş Rusiya sərhədçiləri və Rusiya hərbçilərinin yerinə artıq sərhəddə yerləşdirilmiş Avropa Monitorinq Missiyasının (EUMA) tərkibində göndərilə bilən ABŞ hərbçiləri ola bilər.
Mövcud təhlükəli vəziyyətdə Rusiya hakimiyyəti hələ də məsələyə qarışmadan gözləmə mövqeyi sərgiləyir. Amma təcrübədən göründüyü kimi, Paşinyanın Fransa və ABŞ kimi Qərb dövlətləri ilə hərbi əməkdaşlığa kəskin dönüş yaratmaq üçün atdığı addımlar durumu getdikcə ağırlaşdırır.
Təbii ki, Brüsseldə danışıqların aparllması, Ermənistana təhlükəsizlik zəmanətinin yaradəlması, Azərbaycanla Ermənistan arasında sülh prosesinə dəstək deyil, məsələni birtərəfli qaydada həll etmək cəhdidir ki, bu da Azərbaycanın maraqlarına cavab vermir və ölkəmizə qarşı atılan addımdır. Bu Aİ-nin missiyasından sonra Qərbin daha geniş miqyasda regiona hərbi cəhətdən daxil olması cəhdidir ki, mövcud vəziyyət regionda partlayışa və formalaşmaqda olan regional təhlükəsizliyə böyük zərbə ola bilər. 
Bu, eyni zamanda Ukraynanın ardınca indi də Rusiyanı Cənubi Qafqazdan, daha sonra isə Mərkəzi Asiyadan sıxışdırıb çıxartmaq planının işə salınmasıdır. Əlbəttə ki, Rusiya bu plana  mütləq cavab verməlidir. Elə görünə odur ki, cavab özünü çox gözlətməyəcək. Belə olan halda isə daha çox zərbə alan Hayastan olacaq. Bu isə baş verə biləcəkləri indidən proqnozlaşdırmağa imkan verir. Belə ki, Rusiyanın cavabı ABŞ başda olmaqla Cənubi Qafqazda vəziyyəti mümkün qədər gərginləşdirmək, ənənəvi rəqiblərinə qarşı yeni münaqişə ocaqları yaratmaq yolunu tutan Qərb dövlətlərinə tutarlı zərbə olacaq, bu ssenaridə vasitə rolunu oynayan Ermənistanın isə Ukrayna və ya Livana çevriləcəyi şübhə doğurmur. 
Azərbaycanın da mövqeyi hər zaman olduğu kimi dəyişməzdir. İlham Əliyevin bəyan etdiyi kimi artıq kimsə Azərbaycanla təhdid, hədə-qorxu dili ilə danışa bilməz. Regionla bağlı hər hansısa işi reallaşdırmaq istyən hər kəs Azərbaycanla hesablaşmalıdır. 

Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

IV Şəki Beynəlxalq Teatr Festivalının rəsmi açılış mərasimi olub  

22:25
01 Dekabr

Azərbaycan derbisi: "Qarabağ" "Neftçi"yə böyük hesabla qalib gəlib  

22:22
01 Dekabr

Hakan Fidan ilə Antoni Blinken beynəlxalq vəziyyəti müzakirə ediblər  

22:20
01 Dekabr

Zelenski Avropa İttifaqı Şurasının yeni prezidenti ilə regiondakı vəziyyəti müzakirə edib  

19:41
01 Dekabr

Fərid Qayıbov: “Üzgüçülük hamı üçün” yarışında müxtəlif yaşda olan insanlara rast gəlmək sevindirici məqamdır

16:19
01 Dekabr

Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur

16:07
01 Dekabr

İrakli Kobaxidze: ABŞ-ın Gürcüstanla strateji tərəfdaşlığı dayandırmaq barədə qərarı müvəqqəti xarakter daşıyır  

16:03
01 Dekabr

Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində növbəti başçəkmə həyata keçirilib

15:52
01 Dekabr

Misli Premyer Liqasında Azərbaycan derbisi: “Qarabağ” “Neftçi”yə qarşı

15:29
01 Dekabr

Bakıda “Üzgüçülük hamı üçün” layihəsinin açılış mərasimi keçirilib  

14:47
01 Dekabr

Bakı Təşəbbüs Qrupu BMT-də Afrika əsilli xalqların hüquqlarının müdafiəsinə dair tədbirdə təmsil olunacaq  

14:09
01 Dekabr

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

13:59
01 Dekabr

Mərakeş Diplomatik Araşdırmalar Akademiyasında Azərbaycanın xarici siyasətindən danışılıb  

13:37
01 Dekabr

Rumıniyanın Prezidenti Zati-aliləri cənab Klaus Verner İohannisə  

11:47
01 Dekabr

Prezident İlham Əliyev Laçının işğaldan azad edilməsinin dördüncü ildönümü münasibətilə paylaşım edib VİDEO  

11:39
01 Dekabr

Alimlər inanılmaz həcmdə məlumatların almazda saxlamağın yolunu tapıblar

10:49
01 Dekabr

İranın XİN başçısı Türkiyəyə səfər edəcək

10:08
01 Dekabr

Dünyanı bürüyən mərəz 

08:50
01 Dekabr

Dənizkənarı Milli Park - milli mədəniyyətimizin ən qiymətli parçasından biri

08:45
01 Dekabr

SES ən sərfəli alternativ enerji mənbəyidir

08:40
01 Dekabr

Gəncədə keçirilən əmək yarmarkasında 300-ə yaxın vakansiya təqdim olunub

08:35
01 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!