18 Fevral 2024 09:00
496
SİYASƏT
A- A+

Qarşı tərəfin müraciətinə əsasən...

 

İlham Əliyevin Münxen görüşləri Azərbaycanın artan qlobal nüfuzundan xəbər verir

 

Tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanın mühüm geosiyasi uğurlarından biri dünya birliyində güclü mövqeyə malik olması, beynəlxalq aləmdə söz sahibinə çevrilməsidir. Hazırda Azərbaycan regionda və dünyada öz mövqelərini sürətlə möhkəmləndirən, sosial-iqtisadi baxımdan inkişaf edərək Avroatlantik məkana inteqrasiya olunan bir ölkədir. 
Bununla yanaşı, müstəqil Azərbaycan həm qüdrətli, həm də dünya miqyasında etibarlı tərəfdaş dövlət kimi tanınır. Bütün bu uğurların yeganə səbəbi isə, əlbəttə ki, ölkə lideri İlham Əliyevin yürütdüyü tam müstəqil siyasətdir. 
Məhz İlham Əliyevin uğurlu xarici siyasəti Azərbaycanın dünyada böyük etimad qazanaraq nüfuzlu dövlətə çevrilməsini təmin edib. Bu gün Azərbaycan müstəqil  söz və yüksək nüfuz sahibi kimi qlobal proseslərdə aktiv mövqeyi ilə seçilir. Bu reallığı əks etdirən çoxlu faktlar mövcuddur.

 

Hörmət, ehtiram və yüksək dəyər... 

 

Azərbaycanın bugünkü reallıqlarına nəzər salsaq görərik ki, ölkəmiz, sözün əsl mənasında, müstəqil dövlət kimi dünya xəritəsində öz yerini tutub. Bütün regional məsələlərdə fəal iştirak edən Azərbaycan sabitlik və inkişaf məkanına çevrilib. İlham Əliyevin beynəlxalq aləmdə artan nüfuzu həm ölkəmizi gücləndirir, həm də regionda gedən proseslərə çox müsbət təsir göstərir. Bütün bunlar Azərbaycanın beynəlxalq münasibətlər sistemində rolunun artmasına böyük təsir göstərməklə yanaşı, İlham Əliyevin dünyada şəxsi nüfuzunun artmasına gətirib çıxarıb. Beləliklə, cənab Prezidentin regionda mübaliğəsiz lider olduğunu isbat edib. 
Xüsusilə qeyd etməliyik ki, İlham Əliyev təkcə regional məsələlərdə deyil, mahiyyətindən asılı olmayaraq dünya miqyasında baş verən qlobal hadisələr zamanı qətiyyətli mövqe nümayiş etdirir. Dövlət başçısının təşəbbüsləri qlobal miqyasda beynəlxalq həmrəyliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm nümunədir. Məhz bütün bunlara görə dünya siyasətinin aparıcı qurumları, mötəbər beynəlxalq təşkilatlar Azərbaycanın mütərəqqi xarici siyasətini regional təhlükəsizliyə və qlobal inkişafa mühüm töhfə kimi qiymətləndirir və ölkəmizlə əməkdaşlığa böyük önəm verirlər.
İlham Əliyevin Avropa liderlərinin dəvəti ilə ən mötəbər tədbirlərdə iştirakı, yüksək tribunalardan çıxış etməsi, yüksək səviyyədə qarşılanması ölkəmizin artan nüfuzunun bariz nümunəsidir. 
Prezidentin Münxen Təhlükəsizlik Konfransında iştirakı, konfrans çərçivəsində bir çox dövlət liderinin xahişi ilə keçirilən görüşlər bir daha sübut edir ki, dünya ölkələri Azərbaycanla əməkdaşlığa yüksək dəyər verir, İlham Əliyevi sözünün sahibi, etibarlı tərəfdaş və ən önəmli lider hesab edirlər.  Ümumiyyətlə, Münxen Təhlükəsizlik Konfransı dünya liderlərinin, aparıcı beynəlxalq təşkilatların, nüfuzlu  tədqiqat, elm mərkəzlərinin rəhbərlərinin, tanınmış ekspertlərin toplaşdıqları ən mühüm platformalardan biridir.
Azərbaycan müntəzəm şəkildə bu platformaya İlham Əliyevin şəxsində dəvət alır, dövlət başçısı müzakirələrdə fəal iştirak edir, qlobal və regional təhlükəsizlik məsələləri ilə öz dəyərli fikirlərini bölüşür.
Əgər diqqət etsək görərik ki, İlham Əliyev fevralın 16-17-də qarşı tərəflərin müraciətlərinə əsasən bir sıra mühüm görüşlər keçirib. 
Görüşlər haqqında qarşı tərəfin müraciətləri və görüşlərin intensivliyi Azərbaycan Prezidentinin yüksək nüfuzunun, onun şəxsiyyətinə olan böyük hörmət və diqqətin göstəricisidir. Dövlət başçısının qrafikinə baxdıqda mövcud intensivliyi Azərbaycanla əməkdaşlıq etmək istəyənlərin sayının həddən artıq çox olması ilə bağlıdır. Bura dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, özəl sektorun nümayəndələri daxildir.

 

Azərbaycan dünyada orta güc hesab olunan ölkələr kateqoriyasına daxildir

 

Maraqlı görüşlərdən biri isə ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borq ilə keçirilib. 
Prezident İlham Əliyev 30 il yarıtmaz fəaliyyətlə məşğul olan ATƏT-in Minsk qrupu ilə bağlı maraqlı təklif də səsləndirib. Prezident ATƏT çərçivəsində keçmişin qalıqları olan bir sıra mexanizmlərin - bu xüsusda Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz olan bu strukturların artıq rəsmi qaydada ləğv edilməsinin vacib olduğunu bildirib. İlham Əliyev ATƏT çərçivəsində büdcənin də daha məqsədyönlü və vacib layihələrə istiqamətləndirilməsinin önəmini qeyd edib. Dövlət başçısı bir daha bəyan edib ki, Qarabağ münaqişəsi artıq həll olunub, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü təmin edib. Prezident həmçinin Ermənistan ilə Azərbaycan arasında normallaşma prosesinin ikitərəfli xarakter daşıdığını diqqətə çatdırıb.
Bu qətiyyətli fikirləri ilə İlham Əliyev bir daha nümayiş etdirdi ki, Azərbaycan güclü, qüdrətli dövlətdir və kimsə bizimlə diktə dili ilə danışa bilməz. 
Ümumilikdə, Münhen Təhlükəsizlik Konfransında Azərbaycanın iştirakı, keçirilən görüşlər ölkəmizin xarici siyasətinin artıq qlobal xarakter daşıdığını bir daha göstərir. Xarici siyasətin konturlarını dövlət başçımız fevralın 14-də inaqurasiya mərasimində də səsləndirib. Azərbaycan ikitərəfli formatda əməkdaşlığın tərəfdarıdır. Xarici siyasətimiz bərabərhüquqlu münasibətlərə, bir-birinə hörmət, xoş münasibət, bir-birinin işinə qarışmamaq prinsipləri üzərində qurulub. Azərbaycanın xarici siyasəti artıq regionun hüdudlarından kənara çıxan siyasətdir. Azərbaycan dünyada orta güc hesab olunan ölkələr kateqoriyasına daxildir. Bu kateqoriyaya BƏƏ, İsrail və bu kimi digər dövlətlər daxildir.
Bu nüfuzun formalaşmasının əhəmiyyətli tarixçəsi var. Azərbaycan Qoşulmama Hərəkatına uğurlu sədrliyi dövründə ölkəmiz dünyanın müxtəlif regionlarını bir araya gətirdi və konsensusu inkişaf etdirdi. COP-29 dünyanın gündəliyində dayanan, ən mühüm problemin həllinə  həsr olunan qlobal tədbirdir. Azərbaycanın bu tədbirə evsahibliyi etməsinin dünya ölkələri tərəfindən dəstəklənməsi ölkəmizin effektiv, çoxtərəfli danışıqlar aparmaq, dünyanın ayrı-ayrı regionlarında fərqli baxışları bir araya gətirmək, konsensus əldə etmək, qlobal problemlərin həllinə töhfə vermək bacarığının və güclü potensialına olan inamın nəticəsidir. 
Azərbaycanın bu  bacarığı, əzmi dünya ictimaiyyəti tərəfindən təqdir olunur. Azərbaycan Cənubi Qafqaz, Xəzər dənizi, Qara dəniz, Mərkəzi Asiya, Yaxın Şərq, postsovet məkanı, Avropa və digər regionlarla geniş əlaqələrə malikdir, bu bölgələrin bir çox ölkəsi ilə yaxın tərəfdaşlıq əlaqələri qurub və səmərəli qarşılıqlı əməkdaşlığın  inkişafına nail olub. Buna görə də ölkəmiz qlobal səviyyədə öz siyasətini həyata keçirməyi bacaran etibarlı tərəfdaş imicini qazanıb. İllər uzunu Azərbaycanın bu potensialını ortaya qoymasına Ermənistan-Azərbaycan münaqişəsi mane olurdu. Artıq  dünya ölkələri ilə əməkdaşlıq və tərəfdaşlıq əlaqələrini inkişaf etdirmək, təmaslarını gücləndirmək üçün Ermənistan və Qarabağ problemi yoxdur. 
Azərbaycan sülhsevər ölkədir, qonşu dövlətlərlə, digər regionlarla sülh gündəliyini təşviq edir.  Ölkəmiz bundan sonra da öz xarici siyasətini bu prinsiplər və parametrlər əsasında quracaq və inkişaf etdirəcək.

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video