Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
İlham Əliyev ABŞ və Fransanı reallıqları qəbul edib, regionun lider dövləti olan Azərbaycanla işləməyə çağırdı
"Azərbaycan sülh prosesinə sadiqdir. Məhz biz İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra sülh danışıqları təşəbbüsü ilə çıxış etdik. Əslində, biz sülh yolu ilə həllin beş əsas prinsipini işləyib hazırladıq və sülh müqaviləsinin mətninin layihəsini təqdim etdik. Beləliklə, biz əgər sülh istəmiriksə, niyə bunların hamısını hazırlamışıq?!"
Prezident İlham Əliyevin bu fikirləri son günlərdə Qərb mətbuatında "Azərbaycanın Ermənistana qarşı hücuma hazırlaşması" iddiasının həm yalan, uydurma olduğunu təsdiqlədi, həm də bir daha Azərbaycanın əsl məqsədini dünyaya nümayiş etdirmiş oldu.
Alman İqtisadiyyatının Şərq Komitəsinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə İlham Əliyev əsl həqiqətləri açıqladı və bildirdi ki, ikili standartların hökm sürdüyü Avropa İttifaqı Azərbaycana qarşı saxta məlumatlar əsasında ittihamlar səsləndirir, ölkəmizin Ermənistana hücuma hazırlaşması ilə bağlı feyklər tirajlayır. Fransanın Avropa İttifaqının Ukraynanı ərazi bütövlüyünü təmin etmək üçün müdafiə etdiyi bir şəraitdə tam tərsinə, ərazi bütövlüyünü təmin etdiyinə görə Azərbaycanı günahlandırması anlaşılmazdır. Bu, islamofobiya nümunəsidir.
Dövlət başçısı onu da vurğuladı ki, vaxtilə ATƏT-in sabiq Minsk qrupunda olmuş Fransa, ABŞ və Rusiya kimi ölkələr Azərbaycanı öz yolundan döndərmək üçün illərlə müxtəlif alətlərdən istifadə ediblər.
Prezident konkret faktlarla, arqumentlərlə müqayisə apararaq reallıqları diqqətə çatdırıb. Belə ki, Azərbaycan əraziləri 30 il Ermənistanın işğalı altında olarkən barbar ermənilər həmin əraziləri dağıdıb yerlə yeksan ediblər. Bir milyona yaxın soydaşımız məcburi köçkün vəziyyətinə düşüb. Torpaqlarımızı işğal altında saxlayan Ermənistan bu müddətdə BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə, beynəlxalq hüququn normalarına, o cümlədən humanitar normalara məhəl qoymayıb.
Amma heç bir beynəlxalq təşkilat, mərhum Minsk qrupu da Ermənistana "gözün üstə qaşın var" deməyib. Məhz bu cəzasızlıq mühitindən yaxşıca yararlanan Hayastan istədiyi vandalizmi həyata keçirib. Azərbaycan suverenliyini və ərazi bütövlüyünü bərpa etdikdən və Qarabağda separatizm yuvasını dağıtdıqdan sonra hücumlara məruz qalıb. Lakin 2 ili tamam olan Rusiya-Ukrayna müharibəsində ərazi bütövlüyünü bərpa etmək istəyən Ukraynaya Qərb ölkələri silahlar göndərir və bəyan edirlər ki, Ukrayna öz ərazi bütövlüyünü təmin etməlidir.
Bəs belə olan halda Azərbaycan hansı yolu seçməli idi?!
30 il sülh istəyən Azərbaycana heç bir dəstək göstərilmədi və öz gücünə ərazilərini işğaldan azad etdiyinə görə təzyiqlərə məruz qalır. Prezident İlham Əliyev bunun izahını verərək vurğuladı ki, biz Cənubi Qafqazda ayırıcı xətlərin qurulması cəhdlərini görürük. Bununla bağlı Azərbaycanda bir çox insan belə düşünür ki, Avropa institutları tərəfindən Cənubi Qafqazda Gürcüstanın və Ermənistanın çox yaxın qəbul edildiyi, Azərbaycanın isə demonizə edildiyi bir şəraitdə yeganə çıxış yolu islam dinimizdir: "Mən demirəm ki, bu, mənim şəxsi fikrimdir, insanların çoxu belə düşünür. Biz öz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdikdən sonra Avropa Şurası Parlament Assambleyası Azərbaycan nümayəndə heyətinin səs hüququndan məhrum edilməsi barədə qərar qəbul edir. Əfsuslar olsun ki, bu qərar Almaniya parlamentinin üzvünün təşəbbüsü ilə qəbul olunub və o şəxs Kansler Şoltsun rəhbərlik etdiyi partiyanın üzvüdür. Bu, ikili standart deyilmi, yoxsa bizimlə aparılan bir oyundur?!"
Azərbaycan Prezidenti Almaniyanın da bu prosesdə ikili oyun oynadığını vurğulayaraq dedi ki, bu ölkənin kansleri qərəzsizlik nümayiş etdirir, onun bəyanatları və fəaliyyəti bunu göstərir. Onun rəhbərlik etdiyi partiyanın üzvü isə AŞPA-da 2 qeyri-xristian ölkəsindən biri olan Azərbaycanı uzaqlaşdırmaq istəyir və bunu nümayişkaranə və məqsədyönlü şəkildə edir. Azərbaycan isə bu qurumun sessiyalarında iştirak etməmək qərarına gəlib. Əgər Azərbaycanın öz mövqeyini bildirmək hüququ yoxdursa, nəyə görə orada olmalıdır?!
İlham Əliyev qətiyyətli şəkildə vurğuladı ki, əgər bir il ərzində nümayəndə heyətimizin hüquqları bərpa olunmazsa, Azərbaycan Avropa Şurasından tamamilə çıxmağı barədə məsələyə ciddi şəkildə baxa bilər.
İndi Almaniya Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması istiqamətində tərəflər arasında görüşlərin keçirilməsinə vasitəçilik edir. Ölkə liderlərinin Münxendə, xarici işlər nazirlərinin isə Berlində görüşlərinin təşkili Almaniyanın sülh prosesinə konstruktiv yanaşmağa çalışdığını göstərir. Yəni Almaniya qonşuluğunda yerləşən, Prezidentin söylədiyi kimi, alovun üstünə benzin tökən və Ermənistanı öldürücü silahlarla təchiz edən Fransadan fərqli olaraq, sülh prosesində neytrallıq nümayiş etdirir. Amma bu ölkənin KİV-ində Azərbaycana qarşı çirkin kampaniya aparılır. Azərbaycan haqqında bilərəkdən mənfi təəssürat yaradılır.
İlham Əliyev bir daha bəyan etdi ki, bütün bunlar, o cümlədən Azərbaycana qarşı qarayaxmalar, iftiralar, hədə-qorxu dili ilə danışıqlar həyata keçirilən işlərə mane ola bilməz. Azərbaycan dövləti istər ərazi bütövlüyünün bərpası, istərsə də iqtisadi gündəliyi ilə bağlı xalqın, ölkənin rifahı naminə möhtəşəm işlər görür.
Artıq qonşu Rusiya Federasiyası əsl reallıqları anlayır və yeni reallıqları qəbul edir. ABŞ və Fransanı da eyni addımı atmağa çağıran İlham Əliyev bəyan etdi ki, əks təqdirdə vəziyyət onların planlaşdırdığı kimi olmayacaq. Bu ölkələr Cənubi Qafqazda regionun aparıcı ölkəsi, güclü iqtisadiyyatı, ordusu, geniş beynəlxalq əlaqələri olan Azərbaycan ilə işləməlidirlər.
Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"
Prezident İlham Əliyev Cəbrayıl sakinləri ilə görüşdə Amerikanın anti-Azərbaycan addımlarından danışıb
Azərbaycan QHT-ləri ABŞ konqresmeni Adam Şiffə açıq məktub yazıb
Prezident İlham Əliyev: Bizə qarşı olan düşmənçilik siyasəti dayanmır
Viktor Orban Aİ-nin iqtisadi kursunu soyuq müharibə adlandırıb
Prezident: Fransa və onun kimi Qərb dövlətləri işğalı əbədi etmək üçün əllərindən gələni edirdilər
Azərbaycan parlamentinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin ilk iclası olub
Prezident İlham Əliyev: Cəbrayıl əməliyyatı xüsusi əhəmiyyətə malik idi
Azərbaycan Prezidenti: Azad edilmiş torpaqlarda aparılan işlər miqyasına görə xüsusi xarakter daşıyır
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib YENİLƏNİB
Sabahın hava proqnozu açıqlanıb
“ASAN xidmət” mərkəzi efiopiyalı nazirdə yüksək təəssürat yaradıb
Azərbaycan və Belarus arasında “Kənd təsərrüfatı məhsullarının istehsalının inkişafına dair birgə tədbirlər üzrə Yol Xəritəsi” imzalanıb
Bakıda istixana qazı emissiyalarında texnologiyanın rolu mövzusunda sessiya keçirilib
Hikmət Hacıyev: Gəncəyə atılan "Skad" İkinci Dünya Müharibəsindən sonra Avropada ballistik raketlərin ilk istifadəsi idi
Göldə gəmi qəzası: 78 nəfər batdı
Kim Çen In xəbərdarlıq etdi
Fernandu Santuş: Elə komanda qurmaq istəyirik ki, qələbələr çox, məğlubiyyətlər az olsun
DSMF: Doqquz ayda 75 mindən çox elektron arayış alınıb
Azərbaycan və Rusiya Xəzər dənizinin dayazlaşması məsələsi ilə əlaqədar ikitərəfli işçi qrup yaradıb
Nazir: Azərbaycanın məqsədi ədalət və bərabərliyə əsaslanan enerji keçidinə nail olmaqdır
COP29 Azərbaycan Əməliyyat Şirkəti beynəlxalq ISO 450001 sertifikatına layiq görülüb
Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib YENİLƏNİB30 Sentyabr 2024
İnkişaf büdcəsi29 Sentyabr 2024
Prezident İlham Əliyev bir daha bəyan etdi28 Sentyabr 2024
Zəfərlə anırıq...27 Sentyabr 2024
VƏTƏNİN ŞƏHİD BALALARI27 Sentyabr 2024
Azərbaycan yeni strateji dövrdə26 Sentyabr 2024
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!