05 Mart 2024 08:10
1367
İDMAN
A- A+
Ölkəmizdə idmana xüsusi diqqət var

Ölkəmizdə idmana xüsusi diqqət var

 

Azərbaycan dünyada azsaylı ölkələrdəndir ki, idmana öz təqvimində xüsusi gün ayırıb və 5 Mart tarixini "Bədən tərbiyəsi və idman günü" olaraq elan edib. Məhz idman sahəsinə göstərilən yüksək qayğının əsas səbəbi idman siyasətinin daim diqqət mərkəzində olmasıdır. Bədən tərbiyəsi və idman günü dövlət başçısı cənab İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən təsis edilib.
5 mart tarixinin "Bədən tərbiyəsi və idman günü" kimi müəyyən edilməsinin səbəbi 29 il bundan əvvəl, yəni 1995-ci ilin həmin günündə Ümummilli Lider Heydər Əliyevin Bakı İdman Sarayında dünya  və Avropa çempionatlarının qalibləri, mükafatçıları ilə görüşməsi ilə bağlıdır. Bu görüş həm də ölkəmizin idman həyatında gələcəkdə atılacaq addımlarla yadda qaldı. 
Respublikamızda bədən tərbiyəsi və idmanın inkişafı Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə respublikamıza rəhbərliyə başlamasından sonra dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Bu məqsədlə 1994-cü ildə Gənclər, İdman və Turizm Nazirliyi yaradıldı. Ulu Öndər mütəmadi olaraq idmançıları qəbul edərək, onlarla görüşdü, qayğılarının həlli istiqamətində göstərişlər verdi. 
1997-ci ildə cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinə rəhbərlik etməyə başlaması ilə ölkəmizin idman həyatında yeni mərhələyə start verildi. İdmanın inkişafı istiqamətində bütün zəruri addımlar atıldı, bölgələrdə  olimpiya kompleksləri, idman zalları yaradıldı və maddi texniki baza formalaşdı. İdmançılarımızın yerli və beynəlxalq yarışlara cəlb edilməsi istiqamətində zəruri addımlar atıldı. 
Bu siyasət İlham Əliyev respublika prezidenti seçildikdən sonra daha geniş vüsət aldı. Uğurlu idman siyasəti nəticəsində ölkəmiz dünyanın qabaqcıl idman ölkəsinə çevrildi. Ulu Öndərin idman sahəsində yaratdığı xoş ənənə cənab Prezident tərəfindən də davam etdirildi. Hər il idmançıların dövlət başçısı tərəfindən qəbul edilməsi, onların mükafatlandırılması onlara yüksək nailiyyətlər qazanmaları üçün stimul verdi. Görülən işlər intensivləşdikcə müsbət nəticələr də özünü göstərməyə başladı. Bundan sonra idmançılarımızın olimpiadalardan ölkəmizə medallarla dönməsi ənənə halını aldı və beynəlxalq yarışlarda himnimizin səslənməsi, bayrağımızın ucaldılması hər bir azərbaycanlının qüruruna səbəb oldu.
Heydər Əliyevin idmanla bağlı bir fikrini hər zaman xatırlayırıq. Ulu Öndər deyirdi:  "İnanıram ki, idman, bədən tərbiyəsi Azərbaycanda getdikcə kütləvi xarakter alacaq". Ölkəmizdə həyata keçirilən mütərəqqi idman siyasəti nəticəsində Ulu Öndərin bu arzusu həyata keçdi. Prezident İlham Əliyevin diqqət və qayğısı idmanı yeniyetmə və gənclər arasında daha da kütləviləşdirdi. Belə ki, respublikamızın idman sahəsində qazandığı uğurlarla yanaşı, paytaxtda və bölgələrdə yaradılan idman kompleksləri və idman bazaları idmanın kütləviləşməsinə gətirib çıxardı. İdman zallarında məşq etmək hər kəs üçün əlçətan oldu. Ölkəmizdə müntəzəm olaraq keçirilən idman yarışları, idmançılarımızın yarışlarda qazandıqları çoxsaylı qələbələr bu sahədə əldə edilmiş tərəqqinin təzahürləridir. 
Dövlət başçısının iştirakı ilə 2023-cü ilin 21 dekabr tarixində Xankəndi stadionunda azərbaycanlı azarkeşlərin iştirakı ilə futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın "Qarabağ" və Bakının MOİK komandaları arasında oyun keçirildi. Xankəndi şəhəri azad olunduqdan sonra burada kütləvi tədbir kimi ilk olaraq futbol yarışının keçirilməsi həm də idmana verilən qiymətdir. Dövlət başçısının şəhid övladları, qazilərlə birlikdə izlədiyi futbol matçı hər zaman yaddaşlarımızda qalacaqdır. Eləcə də, həmin gün dövlət başçısı artıq ənənə halını almış görüşlərdən birini idmançılarla keçirərək, onları ilin yekunlarına görə növbəti dəfə mükafatlandırdı.
İdman sahəsində qazanılan uğurlarla yanaşı, ölkəmiz ən böyük idman yarışlarının yüksək səviyyədə təşkilatçısına çevrilib.  İndiyədək ölkəmizdə I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula-1, Euro2020-nin oyunları kimi mötəbər yarışlar keçirilib.
İdmanın kütləviləşməsinin və gənclərin idmana marağının artırılmasının, habelə vətənpərvər ruhda tərbiyənin uğurlu nəticəsini həm də ordumuzun Vətən müharibəsindəki qələbəsi göstərdi. Hərbi qulluqçularımızın fiziki cəhətdən hazırlıqlı olmaları, onların göstərdiyi şücaət diplomatik müstəvidə aparılan uğurlu danışıqlarla vəhdət təşkil edərək qalibiyyətimizi təmin etdi. Hazırda Azərbaycan Ordusunun hərbi qulluqçuları dünyanın ən hazırlıqlı hərbçilərinin sırasında yer alırlar. 
Savaşda qazandığımız Zəfər idmançılarımız tərəfindən yarışlarda uğurla davam etdirilir. Şuşamızda, Laçınımızda, Xankəndimizdə və işğaldan azad olunmuş bütün ərazilərimizdə məğrurluqla dalğalanan şanlı bayrağımız idman yarışlarında da hər zaman qürurla ucaldılacaqdır.
Qarşıda bizi Fransanın paytaxtı Paris şəhərində baş tutacaq XXXIII Yay Olimpiya Oyunları gözləyir. Əminik ki, idmançılarımız ölkəmizi ən yaxşı səviyyədə təmsil edib, qələbələrlə vətənə dönəcəklər. Bu ölkədə himnimizi səsləndirməklə, bayrağımızı qaldırmaqla dövlətimizin və xalqımızın gücünü bir daha nümayiş etdirəcəklər.

Adil ƏLİYEV,
Milli Məclisin Sədr müavini,
Gənclər və idman komitəsinin sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

IV Şəki Beynəlxalq Teatr Festivalının rəsmi açılış mərasimi olub  

22:25
01 Dekabr

Azərbaycan derbisi: "Qarabağ" "Neftçi"yə böyük hesabla qalib gəlib  

22:22
01 Dekabr

Hakan Fidan ilə Antoni Blinken beynəlxalq vəziyyəti müzakirə ediblər  

22:20
01 Dekabr

Zelenski Avropa İttifaqı Şurasının yeni prezidenti ilə regiondakı vəziyyəti müzakirə edib  

19:41
01 Dekabr

Fərid Qayıbov: “Üzgüçülük hamı üçün” yarışında müxtəlif yaşda olan insanlara rast gəlmək sevindirici məqamdır

16:19
01 Dekabr

Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur

16:07
01 Dekabr

İrakli Kobaxidze: ABŞ-ın Gürcüstanla strateji tərəfdaşlığı dayandırmaq barədə qərarı müvəqqəti xarakter daşıyır  

16:03
01 Dekabr

Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində növbəti başçəkmə həyata keçirilib

15:52
01 Dekabr

Misli Premyer Liqasında Azərbaycan derbisi: “Qarabağ” “Neftçi”yə qarşı

15:29
01 Dekabr

Bakıda “Üzgüçülük hamı üçün” layihəsinin açılış mərasimi keçirilib  

14:47
01 Dekabr

Bakı Təşəbbüs Qrupu BMT-də Afrika əsilli xalqların hüquqlarının müdafiəsinə dair tədbirdə təmsil olunacaq  

14:09
01 Dekabr

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

13:59
01 Dekabr

Mərakeş Diplomatik Araşdırmalar Akademiyasında Azərbaycanın xarici siyasətindən danışılıb  

13:37
01 Dekabr

Rumıniyanın Prezidenti Zati-aliləri cənab Klaus Verner İohannisə  

11:47
01 Dekabr

Prezident İlham Əliyev Laçının işğaldan azad edilməsinin dördüncü ildönümü münasibətilə paylaşım edib VİDEO  

11:39
01 Dekabr

Alimlər inanılmaz həcmdə məlumatların almazda saxlamağın yolunu tapıblar

10:49
01 Dekabr

İranın XİN başçısı Türkiyəyə səfər edəcək

10:08
01 Dekabr

Dünyanı bürüyən mərəz 

08:50
01 Dekabr

Dənizkənarı Milli Park - milli mədəniyyətimizin ən qiymətli parçasından biri

08:45
01 Dekabr

SES ən sərfəli alternativ enerji mənbəyidir

08:40
01 Dekabr

Gəncədə keçirilən əmək yarmarkasında 300-ə yaxın vakansiya təqdim olunub

08:35
01 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!