05 Mart 2024 11:25
554
İDMAN
A- A+
Nazirdən əhaliyə çağırış: Bütün yaş təbəqələrindən olan insanları idmana dəvət edirik   

Nazirdən əhaliyə çağırış: Bütün yaş təbəqələrindən olan insanları idmana dəvət edirik   

 

“Biz xalqımızı təkcə bu gün deyil, ilboyu keçirdiyimiz müxtəlif yarışlar və tədbirlərlə idmana səsləmişik. Azərbaycanda son illər irimiqyaslı turnirlərin təşkili də bunun sübutudur”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında gənclər və idman naziri Fərid Qayıbov 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar danışarkən deyib. Nazir bildirib ki, tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarına Bakının ev sahibliyi etməsi Azərbaycan idmanı üçün ən mühüm hadisələrdən biri hesab olunur: “2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının da məhz paytaxtımızda keçirilməsi və idmançılarımızın orada əldə etdiyi nailiyyətlər dövlətimizin idmana diqqət və qayğısının nəticəsidir. Bu cür mötəbər yarışların təşkili üçün ölkəmizdə beynəlxalq standartlara cavab verən idman qurğuları inşa olunub. Nəinki Bakıda, müxtəlif regionlarda idman kompleksləri tikilərək istifadəyə verilib. Gənclərə idmanla məşğul olmaq üçün dövlət tərəfindən hər cür şərait yaradılıb. Hələ də tikilməkdə olan və tikilməsi planlaşdırılan idman obyektləri var. Nazirlik və digər qurumlar, federasiyalar hər il xeyli sayda beynəlxalq idman tədbirləri keçirirlər. Beləliklə, biz bütün yaş təbəqələrindən olan insanları idmana dəvət edirik”.

Fərid Qayıbov idmanın insan həyatı üçün əhəmiyyətindən də bəhs edib: “5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə idman həftəsi təşkil etdik. Bir həftə ərzində bir çox idman tədbirləri keçirildi. Müxtəlif dövlət qurumlarının əməkdaşları, həvəskarlar, müxtəlif yaş kateqoriyasında olan idmansevərlər bacarıqlarını nümayiş etdirdilər. Bu sayədə cəmiyyətimizə göstəririk ki, idmanla məşğul olmaq üçün yaş önəmli faktor deyil”.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən hər il martın 5-i Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd edilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Zelenski: Ukrayna Rusiyaya ərazi mübadiləsi təklif edə bilər

21:53
11 Fevral

Misli Premyer Liqası: "Qarabağ" "Səbail"i darmadağın edib  

21:52
11 Fevral

Ursula Fon der Lyayen süni intellektin inkişafı üçün 200 milyard avro ayrılacağını açıqlayıb

20:33
11 Fevral

Qeyri-hökumət təşkilatı Fransada korrupsiya ilə bağlı vəziyyətin son dərəcə pisləşdiyini açıqlayıb

20:11
11 Fevral

Türkiyə Suriya məhsullarının idxalına qoyulan qadağanı ləğv edib

20:07
11 Fevral

Ukraynanın Sumı vilayətinin Rusiya ilə sərhədə yaxın 90 yaşayış məntəqəsindən uşaqlar təxliyə edilib  

19:53
11 Fevral

Maka Boçorişvili: Gürcüstanın daxili siyasi həyatına müdaxilə tamamilə yolverilməzdir

19:42
11 Fevral

Sosial şəbəkələrdə onlayn qumar təşkil edən daha bir dəstə ifşa olunub 

19:27
11 Fevral

Fərid Qayıbov Naftalan, Xocalı və Goranboy sakinləri ilə görüşüb  

19:11
11 Fevral

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

18:41
11 Fevral

Somali Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

18:31
11 Fevral

Süni intellektlə yaradılmış videosu yayımlanan Fransa prezidenti sərt tənqidlərə tuş gəlib

18:12
11 Fevral

Ukraynada dinc əhali daha çox PUA-lar səbəbindən həlak olur

17:53
11 Fevral

Azərbaycanda yeni büdcə mexanizminin tətbiqi və bu sahədə potensialın artırılması mövzusunda təlimlərə başlanılır

17:44
11 Fevral

SOCAR-ın Müşahidə Şurasının növbəti iclası keçirilib

17:09
11 Fevral

“Qarabağ” Riçard Almeyda ilə yollarını ayırıb

16:50
11 Fevral

Dövlət Əmək Müfəttişliyi Xidməti Böyük Britaniyada keçirilən müsabiqədə 2 mükafata layiq görülüb

16:48
11 Fevral

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yük daşımalarının inkişafı məqsədilə əməkdaşlıq haqqında saziş təsdiqlənib FƏRMAN  

16:46
11 Fevral

“Konstitusiya və Suverenlik İli” ilə bağlı Tədbirlər Planı təsdiqlənib – SƏRƏNCAM

16:45
11 Fevral

Baş DYP İdarəsi metohəssas sürücülərə müraciət edib

16:30
11 Fevral

Parisdə əlillər etiraz nümayişi keçiriblər

16:30
11 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!