Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
Hər il olduğu kimi, bu il də Antalya Diplomatiya Forumuna verdiyi dəstəyə görə Azərbaycana təşəkkür edirəm. Bu Forumun memarı yalnız mən deyiləm. Türkiyənin xarici işlər naziri vəzisini icra etdiyim dövrdə belə bir platformanı yaratmaq istədik. Prezident Rəcəb Tayyib Ərdoğanın da böyük dəstəyini aldıqdan sonra bu yola çıxdıq. Hər zaman olduğu kimi, bununla bağlı da çox sayda dost və qardaş ölkənin dəstəyini aldıq. Bunların başında da can Azərbaycan oldu.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin deputatı Mövlud Çavuşoğlu ifadə edib.
İlk gündən Antalya Diplomatiya Forumuna Azərbaycandan çoxsaylı iştirakçının qatıldığını qeyd edən deputat bildirib: “Bu il də başda qardaşım, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev olmaqla bir sıra dövlət rəsmiləri iştirak etdilər. Hər zaman, yaxşı gündə də, çətin gündə də can Azərbaycanın, qardaşlarımızın dəstəyini görmək bizə güc verir. Bunun üçün çox təşəkkür edirik”.
Forumun üçüncü ilində keçirilən Türk Dövlətləri Təşkilatı (TDT) ilə bağlı panel iclas haqqında danışan sabiq nazir bildirib ki, hazırda bu təşkilat bütün dünyanın marağını özünə cəlb edir. Dünya TDT-nin fəaliyyəti, gələcək planları ilə maraqlanır.
“Azərbaycan Prezidenti İlham Əliyev inauqurasiya mərasimindəki çıxışında TDT-yə və Türk dünyasının birliyinə xüsusi vurğu etdi. Azərbaycan Prezidentinin bütün Türk dünyası və Türkiyənin də məmnuniyyətinə səbəb olan bu fikirləri bütün dünyaya yayıldı. Nəticə etibarilə biz bu gün bu birliyimizi daha da gücləndirmək, yeni əməkdaşlıq sahələri yaratmaqla bağlı müzakirələr aparırıq. Qardaşım Ceyhun Bayramov da bununla bağlı Azərbaycanın fikirlərini forumda çox aydın şəkildə ifadə etdi”, - deyə Mövlud Çavuşoğlu bildirib.
O deyib: “Təbii ki, bütün dünyanın diqqətini cəlb edən iki platforma, Türk Dövlətləri Təşkilatı ilə Antalya Diplomatiya Forumunun bir araya gəlməsi son dərəcə təbii bir hadisə idi. Təşkilatın növbədənkənar toplantısının Şuşada olmasından da xüsusi məmnunluğumuzu ifadə etmək istəyirəm. Qarabağın işğaldan azad edilməsindən sonra Azərbaycan Prezidenti o bölgələrin inkişafı istiqamətində çox böyük işlər görür. Türkiyə də hər zaman olduğu kimi, bu baxımdan da Azərbaycana dəstək verir. İqtisadi inkişaf olduqca vacibdir, lakin siyasi dəstək və Şuşanın dünyaya çıxışı da olduqca mühüm məqamdır. Bu baxımdan toplantının məhz Şuşada keçirilməsi vacib hadisədir. Azərbaycan Prezidenti bu toplantıya Şimali Kipr Türk Cümhuriyyətinin Prezidentini də dəvət etdi. Bildiyimiz kimi, Şimali Kipr TDT-nin müşahidəçi üzvüdür. Bu səbəbdən də bu dəvət olduqca təbii haldır. İki müşahidəçi dövlət olaraq, Şimali Kiprlə yanaşı, Macarıstan da bu tədbirə dəvət olunub”.
AFFA rəhbərliyi Fransada işgüzar görüşlər keçirib
Ağdamda istehsal olunan ayaqqabılar həm də ixrac ediləcək
Vitali Borisov komandasından razı qalıb
Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışı olub Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib YENİLƏNİB-4
Ağdam Sənaye Parkında ildə 2,1 milyon ədəd rulon divar kağızı istehsal ediləcək
Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyada NATO Müdafiə Kollecini ziyarət edib
Prezident İlham Əliyev Azərbaycanın neft sənayesi işçilərini təbrik edib
Vaşinqtonda Azərbaycanda ABŞ şirkətləri üçün investisiya imkanlarına həsr olunmuş görüş keçirilib
Britaniya XİN başçısı Livandakı vəziyyətlə bağlı təcili iclas keçirib
Moskvada MDB İqtisadi Şurasının 103-cü iclası olub
Dövlət Komitəsinin sədri Ağsuda vətəndaşların müraciətlərini dinləyib
Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında
“Əsrin müqaviləsi”nin 30 illiyi və Neftçilər Günü münasibətilə Azərbaycanın neft sənayesi işçilərinə
Türkiyənin Milli Müdafiə Nazirliyi Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycanı təbrik edib
Kənd təsərrüfatı nazirinin müavini Şəkidə vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
Antiterror tədbirləri ilə həm də Azərbaycana qarşı düşmənçilik siyasəti yürüdən ölkələrə layiqli cavab oldu
Nərimanov Rayon Prokurorluğunun yeni inzibati binasının açılışı olub
Qərbi Azərbaycan İcması İsveçrənin bir qrup deputatının ölkəmizə qarşı təxribatına etiraz edib
Avropa Uşaq Ombudsmanları Şəbəkəsinin konfransında Ermənistanın mina terrorundan danışılıb
İcma: ABŞ Konqresində keçirilmiş dinləmələrdə ölkəmizin əleyhinə səsləndirilən ittihamlar azərbaycanlılara qarşı ayrı-seçkiliyin növbəti təzahürüdür
İnflyasiyanın ən yüksək olduğu Avropa ölkəsi açıqlandı
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!