Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
Ermənilər zaman-zaman azərbaycanlılara qarşı qırğınlar, soyqırımları törədiblər. Ötən əsrin axırlarında SSRİ-nin süqutundan sonra keçmiş sovet məkanında yeni geosiyasi şərait yarandı. Bu tarixi şəraitdən də istifadə edən Ermənistan növbəti dəfə Qarabağa göz dikdi. Ermənistanın ordu hissələri Qarabağdakı separatçılar və terrorçularla birləşərək Azərbaycanın əbədi-əzəli torpaqlarının işğalına başladılar.
Təpədən-dırnağadək silahlanmış ermənilər xarici havadarlarına güvənərək min illərdən bəri Qarabağda azərbaycanlılar yaşayan kəndlərə hücum edir, evləri yandırır, insanları amansızcasına qətlə yetirirdilər. Onlar Qarabağın bütün yaşayış məntəqələrinə eyni vaxtda hücum edirdilər. 1991-ci ilin sonlarında ermənilərin ərazilərimizə, kəndlərimizə terror hücumları daha da genişləndi. Dünya ictimaiyyəti Qarabağ hadisələrində erməni vəhşiliyinin əsl simasını 1991-ci il dekabrın 23-də Xocalı rayonunun Meşəli kəndində daha aydın gördü.
Terrora köklənmiş erməni işğalçıları 23 dekabr 1991-ci ildə səhər saatlarında Xocalı rayonunun Meşəli kəndinə iki zirehli transportyor, bir piyadaların döyüş maşını, üç "Qaz-66" və dörd "UAZ" avtomobilindən istifadə etməklə hücuma keçdi və dünyanı sarsıdan qətliam törətdilər. Silahsız, köməksiz qalmış kənd sakinləri erməni qəsbkarları tərəfindən amansızlıqla öldürüldü. Bu qanlı hadisədən bir neçə gün əvvəl bölgədəki komandanlıq kənd camaatının ov tüfənglərini belə əllərindən almışdı. Ona görə də silahsız qalmış camaat ermənilərə müqavimət göstərə bilmirdi. Kənd sakinləri sağ qalmaq ümidi ilə yaxınlıqdakı meşəyə qaçdılar. Amma ermənilər arxalarınca düşüb meşədə də onları yaxalayıb öldürdülər. Müdafiəsiz qalan kəndi ermənilərin "Böyük Tiqran" və "Sasunlu David" quldur dəstələri asanlıqla işğal etdilər. Kənd sakinləri gizləndikləri meşədən geri dönəndə evlərinin və tövlələrinin ermənilər tərəfindən qarət edilib yandırıldığını gördülər. İşğalçılar meşəyə qaça bilməyən sakinləri kənddə öldürmüşdülər. Ermənistan tərəfi isə həmişəki kimi yenə də yalan danışır, Meşəlidə qətliam törətdiklərini inkar edirdi.
Meşəli qırğınının şahidi olan Alış Musa oğlu Alışov deyir ki, ermənilər kəndə hücum edəndə qadınlar və azyaşlılar məktəbin zirzəmisində gizlənmişdilər. Təəssüf ki, işğalçılar onların da yerini müəyyənləşdirib öldürmüşdülər. Quldurlar evlərə, içərisində heyvanlar olan tövlələrə, ot tayalarına, çəpərlərə od vurub yandırmışdılar. Həmin gün daşnaklar 25 kənd sakinini amansızcasına qətlə yetirmişdilər. Öldürülənlərdən 8-i qadın, 3-ü isə uşaq idi. Döyüşlər zamanı 14 nəfər isə ağır yaralanmışdı.
Kəndə hücum edən quldurlar Novruzovlar ailəsindən bir nəfər azyaşlının əl-ayağını bağlayıb yük maşınının arxasına qoyub girov apararkən uşaq özünü maşından ataraq, qaçmağa çalışmışdı. Təəssüf ki, uşaq terrorçuların gülləsindən yayına bilməmişdi.
Meşəli kənd sakini Kamran Rəcəbov xatırlayır ki, erməni hücumları nəticəsində evi tərk edərkən oğlu 1 yaş 7 aylıq Mərhəmət Rəcəbov yolda şaxtaya düşərək ölmüşdür. Kəndə hücum zamanı ermənilər Novruzovlar ailəsindən 5, Quliyevlər ailəsindən 4 nəfəri qətlə yetirmişdilər. İşğalçılar meyitləri təhqir edərək tanınmaz hala salmışdılar.
Daşnakların hücumları qarşısında köməksiz qalan 358 nəfər kənd sakini doğma ocaqlarını tərk etməyə məcbur olmuşdu. Kənd camaatını öldürməklə, didərgin salmaqla kifayətlənməyən ermənilər evləri də yandırmışdılar. Bu yerlərdən azərbaycanlıların izlərini silməyə çalışmışdılar. Meşəlidə kənd sakinlərinə məxsus əmlakın məhv edilməsi və zədələnməsi nəticəsində onlara külli miqdarda maddi ziyan vurulmuşdu.
"Memorial" təşkilatı Birinci Qarabağ müharibəsi zamanı Xocalı rayonunun Meşəli kəndinin azərbaycanlı sakinlərinin erməni işğalçıları tərəfindən məcburi olaraq qovulması barədə geniş material hazırlamışdı. Həmin materialda ermənilərin Meşəli kəndinin mülki əhalisinə qarşı ağır zorakılığın göstərildiyi xüsusilə vurğulanmışdır. Qəsbkarların bu vəhşi hücumları qətiyyətlə pislənmişdi.
29 iyul 2023-cü ildə Meşəli qətliamında iştirak etməkdə ittiham olunan, əli Qarabağda yaşayan azərbaycanlıların qanına batmış Vaqif Xaçaturyan Beynəlxalq Qırmızı Xaç Komitəsinin avtomobilində Qarabağdan Ermənistana qaçmaq istəyərkən Laçın sərhəd-keçid məntəqəsində Azərbaycan Sərhəd Xidmətinin hərbçiləri tərəfindən saxlanılmışdır. Xatırladaq ki, V.Xaçaturyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilmişdi və beynəlxalq axtarışa verilmişdi. Axır ki, uzun illərdən sonra bu cinayətkar həbs edilmiş, V.Xaçaturyanın törətdiyi qətliamlar məhkəmə zamanı şahidlərin dedikləri ilə tam təsdiqini tapmışdır.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"
DSMF: Doqquz ayda 75 mindən çox elektron arayış alınıb
Azərbaycan və Rusiya Xəzər dənizinin dayazlaşması məsələsi ilə əlaqədar ikitərəfli işçi qrup yaradıb
Nazir: Azərbaycanın məqsədi ədalət və bərabərliyə əsaslanan enerji keçidinə nail olmaqdır
COP29 Azərbaycan Əməliyyat Şirkəti beynəlxalq ISO 450001 sertifikatına layiq görülüb
Makrona artıq heç kim inanmır
Türkiyənin ədliyyə naziri Ulu Öndərin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi”ni ziyarət edib
ABŞ-də ölənlərin sayı 200 nəfərə çatdı
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib YENİLƏNƏCƏK
Avropanın Rusiyaya ehtiyacı var
Azərbaycanda 893 min hektar sahədə xüsusi mühafizə olunan təbiət əraziləri var
Bakıda “İqlim Fəaliyyəti üçün Yürüş” keçirilib
İcma: ABŞ konqresmenlərinin Azərbaycana qarşı qəbuledilməz mövqeyi açıq-aşkar şantajdır
Azərbaycan və Türkiyə Bakı-Tbilisi-Qars layihəsinin inkişafını müzakirə edib
Bakıda avtomobildən oğurluq edən şəxs saxlanılıb
Bu gün görkəmli bəstəkar Tofiq Quliyevin anım günüdür
Azərbaycan və Belarus səhiyyə sahəsində əməkdaşlığa dair yol xəritəsini müəyyənləşdiriblər
Amerikalı sahibkar Trampa görə milyonlarla dollar xərcləyib
Azərbaycan neftinin qiyməti 80 dolları ötüb
Azərbaycanın müdafiə naziri Türkiyəyə işgüzar səfər edib
Ankarada TDT-nin yaradılması haqqında Naxçıvan Sazişinin 15 illiyi münasibətilə təntənəli tədbir keçirilib
Ombudsmanların Beynəlxalq Bakı Forumunun iştirakçıları Tərtər rayonunda olublar
Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib YENİLƏNİB30 Sentyabr 2024
İnkişaf büdcəsi29 Sentyabr 2024
Prezident İlham Əliyev bir daha bəyan etdi28 Sentyabr 2024
Zəfərlə anırıq...27 Sentyabr 2024
VƏTƏNİN ŞƏHİD BALALARI27 Sentyabr 2024
Azərbaycan yeni strateji dövrdə26 Sentyabr 2024
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!