21 Fevral 2024 11:15
7100
Oxucu məktubları
A- A+

"Marşrut şəbəkəsində təkmilləşdirmə işləri həyata keçirilir"

 

Sizin 108B, 133 və 165 nömrəli müntəzəm şəhərdaxili marşrutlarda hərəkət intervalının böyük olması və avtobusların təyin edilmiş son dayanacaq məntəqəsində yığılaraq gözləmələri barədə məktubunuza Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində baxılmışdır.
Bildiririk ki, hazırda sərnişin tələbatına uyğun olaraq hərəkət intervalı 10-12 dəqiqə olmaqla 108B nömrəli marşrutda 10, 133 nömrəli marşrutda 15, 165 nömrəli marşrutda isə 20 ortatutumlu avtobus fəaliyyət göstərir. Lakin günün müəyyən saatlarında sözügedən marşrutların hərəkət sxemi üzrə yaranan nəqliyyat sıxlığı, eləcə də aidiyyəti qurum tərəfindən nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyətlər, avtobuslararası hərəkət intervalının artmasına və gecikmələrə səbəb olur. Yaranan gecikmələr nəticəsində bir neçə avtobusun eyni vaxtda son dayanacaq məntəqəsinə yaxınlaşması halları müşahidə edilir.
Nəzərinizə çatdırırıq ki, Bakı şəhərində nəqliyyat infrastrukturunun və şəhər nəqliyyatının işinin daha da yaxşılaşdırılması, xidmət keyfiyyətinin artırılması, eləcə də ictimai nəqliyyatın tənzimlənməsi və müntəzəm marşrutların optimallaşdırılması məqsədilə tərəfimizdən müvafiq araşdırmalar aparılaraq marşrut şəbəkəsində təkmilləşdirmə işləri həyata keçirilir.
Müraciətinizlə bağlı tərəfimizdən sərnişindaşıma fəaliyyətinin müvafiq qanunvericiliyin tələblərinə uyğun təşkil olunması və avtobusların son dayanacaq məntəqəsində dayanma müddətinin təsdiq edilmiş hərəkət qrafikinə uyğun tənzimlənməsinə nəzarətin gücləndirilməsi sözügedən marşrutların müvəqqəti istismarçısına tapşırılmışdır.

Heydər RÜSTƏMOV,
AYNA İdarə Heyətinin sədr müavini 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video