21 Fevral 2024 13:33
301
İQTİSADİYYAT
A- A+

İşğaldan azad edilmiş ərazilərdə müasir hidrometeoroloji stansiyalar qurulub

 

Hidrometeoroloji şəbəkənin bərpası üzrə işğaldan azad edilmiş ərazilərdə yerüstü su ehtiyatlarının qiymətləndirilməsi məqsədilə 10 çay (Araz, Bəsitçay, Oxçuçay, Həkəriçay, Barguşadçay, Zabuxçay, Tutqunçay, Tərtərçay, Kircələnçay, Quruçay) üzərində 11 avtomat hidroloji stansiya yaradılıb və həmin stansiyalardan mütəmadi qaydada məlumatlar Milli Hidrometeorologiya Xidmətinin Situasiya mərkəzinə ötürülərək təhlil olunur.

AZƏRTAC xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Əkbər Əsgərov "Qarabağ bölgəsində su kanalizasiya infrastrukturunun yenidən qurulması" adlı tədbirdə çıxışı zamanı bildirib.

Rəis müavini qeyd edib ki, "İşğaldan azad edilmiş ərazilərdə meteoroloji müşahidələrin öyrənilməsi" layihəsi çərçivəsində Şuşa, Ağdam, Füzuli, Kəlbəcər və Zəngilan rayonlarında bütün lazımi sensorlarla təchiz edilmiş 5 avtomat meteoroloji stansiya quraşdırılıb və həmin stansiyalardan mütəmadi qaydada daxil olan məlumatlar Milli Hidrometeorologiya Xidmətinin Situasiya mərkəzinə ötürülərək təhlil olunur.

“Proqramın icrası çərçivəsində 1 dast dopler hava radarının və 1 dəst aeroloji stansiyanın quraşdırılması məqsədilə işğaldan azad edilmiş ərazilərdə tədqiqat işləri aparılıb. Həmin stansiyaların 2024-cü ildə quraşdırılması nəzərdə tutulur. Bu stansiyaların fəaliyyət göstərməsi regionun iqlim şəraitinin qiymətləndirilməsinə, əldə olunan məlumatların kəmiyyət və keyfiyyətinin, meteoroloji proqnoz və xəbərdarlıqların dəqiqliyinin alınmasına və həmin ərazilərdə fəaliyyəti nəzərdə tutulan sahələrdə drometeoroloji xidmət səviyyəsinin artırılmasına imkan verir”, - deyə Əkbər Əsgərov vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video