25 Aprel 2024 12:51
176
CƏMİYYƏT
A- A+

İqlim dəyişmələri ilə bağlı beynəlxalq mübahisələrin sayı getdikcə artacaq  

 

Hazırda iqlim dəyişmələri dünyanı narahat edən əsas məsələlərdən biridir. Ona təkan verən səbəbləri və mənfi nəticələri aradan qaldırmaq üçün əksər ölkələr BMT-nin iqlim dəyişmələri ilə bağlı Konvensiyasını ratifikasiya edib və Paris Sazişinə qoşularaq üzərlərinə öhdəliklər götürüblər. Bununla da dövlətlər iqlim dəyişmələrinə töhfə vermiş olacaqlar. Bundan başqa, ölkələr tərəfindən iqlim dəyişmələri ilə bağlı milli tədbirlər planı qəbul edilməkdədir. Bu, beynəlxalq qanuna uyğundur. Buna baxmayaraq iqlim dəyişmələri ilə bağlı beynəlxalq mübahisələrin sayı artmaqdadır.

AZƏRTAC xəbər verir ki, bunu Beynəlxalq Ticarət Palatasının Arbitraj Məhkəməsinin keçmiş sədri Aleksis Mourre Azərbaycan Arbitraj Günlərində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, dünyada bu istiqamətdə beynəlxalq mübahisələrin sayı getdikcə artacaq: “Bəzi ölkələr öz üzərinə 2030-cu ilə qədər karbon emissiyalarının 30 faizə qədər azaldılması ilə bağlı öhdəlik götürüb. QHT-lər də onlara bu sahədə yardımçı ola bilər"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video