20 Fevral 2024 09:00
15359
SİYASƏT
A- A+
İlham Əliyevin dünyaya verdiyi dərslər

İlham Əliyevin dünyaya verdiyi dərslər

 

Xalqın böyük sevgisi və dəstəyi, seçicilərin yüksək fəallığı ilə yenidən növbəti yeddi ilə Azərbaycanın dövlət başçısı seçilən İlham Əliyev Milli Məclisdə keçirilən inaqurasiya mərasimində proqram xarakterli parlaq nitq söylədi.
Nitqində həm də müstəqil Azərbaycanın inkişafında yeni dövrün başlandığını qeyd edərək onun yeni hədəflərini də aydın şəkildə, dəqiqliklə göstərdi.
Diqqətçəkən məqamlardan biri cənab İlham Əliyevin yeni dünya düzənində Azərbaycanın yerini və mövqeyini əks etdirən fikirləri oldu:
"Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz türk dünyasıdır".
AŞPA-nın korrupsiyalaşmış yaramaz mövqeyindən, bir sıra Avropa rəsmilərinin Azərbaycana qarşı açıq düşmənçilik hərəkətlərindən sonra Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında iştirakı dəqiq bilinmirdi.
Çünki bir dəfə Qranada görüşündən qəti şəkildə imtina etmişdi.
Xatırladaq ki, Münxen Təhlükəsizlik Konfransında cənab İlham Əliyev Zəfər müharibəsindən bir qədər əvvəl - 15 fevral 2020-ci ildə N.Paşinyanla qabaq-qənşər debata çıxaraq Ermənistanın hökumət başçısını gülünc vəziyyətdə qoymuşdu.
Beynəlxalq tədbirin ev sahibi olan Almaniyanın Federal Kansleri Olaf Şolts İlham Əliyevə xüsusi dəvət göndərərək onunla Münxendə görüşmək arzusunda olduğunu bildirmişdi.
İlham Əliyev 60-cı Münxen Təhlükəsizlik Konfransında iştirak etdi.
Beynəlxalq tədbirlərin ən hörmətli, arzuolunan, ehtiram göstərilən iştirakçılarından biri olaraq!

Sanki tədbirin iştirakçıları da onu gözləyirlərmiş.
Azərbaycanın dövlət başçısı bir-birinin ardınca görüşlər keçirməyə başladı.
Görüşlərin böyük əksəriyyəti də qarşı tərəfin müraciətinə əsasən baş tuturdu.

Azərbaycan Prezidenti az vaxtda dövlət, hökumət, parlament rəhbərləri və rəsmiləri ilə 13, beynəlxalq təşkilatların rəhbərləri və rəsmiləri ilə 6, transmilli şirkətlərin rəhbərləri və təmsilçiləri ilə 4 görüş keçirərək danışıqlar apardı.
Bəli, cənab İlham Əliyev Azərbaycanı sevənlərlə də, sevməyib dalınca danışanlarla da üzbəüz oturub sözünü deməyi, mövqeyini açıq və qəti şəkildə səsləndirməyi sevir!
Digər maraqlı məqam da diqqət çəkdi.
Ötən ay AŞPA-da Almaniyadan olan deputat Frank Şvabe ölkəmiz əleyhinə şər və böhtan dolu, erməni mövqeyini əks etdirən çıxış etmişdi.
Almaniya Kansleri Olaf Şolts isə Münxendə Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında daha bir sülh danışığı təşkil edərək xoş məram nümayiş etdirdi.

Korrupsiyalaşmış alman deputat əleyhimizə danışır, Almaniyanın Federal Kansleri isə dostluq jesti göstərir...
Həm də tərəf tutmadan və danışıqlara müdaxilə etmədən!

Azərbaycanın aydın və qəti mövqeyi, malik olduğu imkanlar və atdığı addımlar, heç zaman heç kəsdən heç nə xahiş etməməsi, əksinə, ölkəmizə çoxsaylı müraciətlərin olması, üstəlik, Prezident İlham Əliyevin aydın və qətiyyətli mövqeyi, müstəqil daxili və xarici siyasəti dalımızca danışanları da sonradan bizimlə hesablaşmağa vadar edir!
Sadəcə, zamana ehtiyac olur...
Bayraqları bayraq edən üstündəki qandır!
Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir!
Azərbaycan xalqı dəfələrlə bu misraların  həqiqət olduğunu təsdiqləyib!

Otuz ilədək davam edən işğal dövründə barbar və vandal erməni bir salamat bina, tikili, qurğu qoymadı.
Yaşayış binalarının içərisində qalanları oğurladılar, sonra binanın dam örtüyünü, taxtasını, daha sonra isə daşlarını belə, söküb İran bazarında satdılar.
Məscidləri, pirləri, türbələri dağıdaraq təhqir etdilər, içərisində heyvan saxladılar.
Məzarların mərmər daşlarını, dəmir cağlarını oğurladılar, qəbirləri söküb ölülərin qızıl dişlərini çıxardılar.
Yerin altı ilə keçən su borularını, kanalizasiya xətlərini belə, qazıb çıxararaq satdılar.
Bir sözlə, hər şeyi dağıdaraq yerlə yeksan etdilər, satıb pula çevirdilər, bütün vəhşiliklərini, murdarlıqlarını nümayiş etdirdilər.
Bu gün Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək üçün ilk növbədə torpağı erməni izlərindən təmizləmək, murdarlıqları pak etmək, sonra yenidən tikib-qurmaq, yaratmaq lazım gəlir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və daimi nəzarəti altında görünməmiş bir sürətlə, görünməmiş miqyasda və həcmdə qeyri-adi və möhtəşəm quruculuq işləri dayanmadan davam edir!
***
Diplomatiya:
* ağıl sənətidir;
* söz sənətidir;
* davranış sənətidir.
Diplomatiya:
* müharibənin qarşısını ala bilir;
* qanlı toqquşmaları dayandırır;
* bəzən mümkün görünməyəni mümkün edir.
Diplomatiyanın tarixi qədim, özü həmişə cavan, fəaliyyəti gərəklidir.
Prezident İlham Əliyev ixtisasca diplomatdır.
Dünyanın ən nüfuzlu təhsil ocaqlarından biri sayılan MDBMİ-ni qurtarıb.

Təkcə qurtarmayıb, sonra orada dərs deyib, yeni nəsil diplomatların yetişməsində əmək sərf edib.
Bu gün bir dövlət başçısı kimi fəaliyyətində, yeritdiyi siyasətdə diplomatiyadan da məharətlə istifadə edir.
İlham Əliyev öz fəaliyyəti ilə həm də dünyaya diplomatiya dərsi verir.
***
Diplomatiya dərin bilgi, müasir dünyada baş verən prosesləri təhlil edərək düzgün nəticə çıxarmaq bacarığı, hadisələrin proqnozunu vermək məharəti, habelə hədəfə çatdıracaq üsul və vasitələrin dəqiqliklə müəyyənləşdirilməsini tələb edir.
Diplomatiya hadisələrin axarına qoşularaq nəyəsə nail olmaq yox, hadisələri irəlicədən görmək, onun sonunu düzgün müəyyənləşdirmək, hətta gedişinə təsir göstərə bilməkdir.
Diplomatiyada hücum, müdafiə, geri-çəkilmə, müvəqqəti gözləmə mövqeyi tutmaq olar, amma bütün bunlar milli maraqlara zərər yetirilmədən baş verməlidir!
Azərbaycanın dünyaya inteqrasiyası, nəhəng transmilli layihələrin reallaşdırılması və özünə strateji tərəfdaşlar taparaq onlarla əməkdaşlıq qurması prosesində Prezident İlham Əliyevdə belə bir mükəmməl diplomatiya nümunəsi gördük.
Ən əsası o oldu ki, Azərbaycanın dövlət başçısı heç zaman, heç bir halda milli və dövləti maraqlardan bir addım belə geri çəkilmədi, bu mövqedə kimsəyə güzəştə getmədi.
İlk dərslərdən biri elə budur:
Dövlət iqtisadi cəhətdən zəif ola bilər, kifayət qədər güclü ordusu olmaya bilər, hansısa dövlətlər və beynəlxalq qurumlar tərəfindən təsir və təzyiq cəhdlərinin mövcudluğu da mümkündür.
Lakin bütün bunlar milli maraqlarda güzəştə getmək üçün əsas sayıla bilməz!
Dözmək, gözləmək, həm də durmadan çalışaraq güclü, sözünü deyən dövlət yaradaraq milli maraqları təmin etmək mümkündür və vacibdir.

***
Milli maraqların təmini sadə və asan məsələ deyil.
Diplomatiyanın ən mühüm vəzifəsi dövlətin maraqlarını qorumaq və təmin etməkdir!
Hər bir xalqın və dövlətin milli maraqları olur...
Həm maddi, həm də mənəvi sahədə.

Maddi maraqlar daha çox dövlətlərarası ticarət münasibətlərində, mal-məhsulun satışında, investisiya layihələrində və digər məqamlarda meydana çıxır.
Dövlətin nüfuzunun, dünya birliyində möveyinin qorunmasının, sözkeçərliyinin, milli-mənəvi dəyərlərinin, ona kənardan təşkil olunan hücumlardan mühafizəsinin təşkili isə mənəvi maraqlar sferasına daxildir.
Hər ikisi eyni dərəcədə vacib və əhəmiyyətlidir.
Dövlətlərarası münasibətlərdə bunların qorunub saxlanılması və təmin edilməsi bir o qədər də asan məsələ sayılmır.
Təbiidir ki, ticarət tərəfdaşlarının hər biri ilk növbədə öz maraqlarını güdür.
Hətta həmin maraqlarını qorumaq üçün qarşı tərəfə müxtəlif üsul və vasitələrlə təsir, təzyiq də etməyə çalışır.
Geosiyasi aləmdə indiki mürəkkəb şəraitdə baş verən hadisələrdən baş çıxarmaq, proqnoz vermək böyük zəka və təcrübə tələb edir.
Xüsusən də iqtisadi, regional maraqların siyasi üsul və vasitələrlə, beynəlxalq qurum və təşkilatların alətə çevrilməsi ilə təmininin işlək normaya çevrildiyi bir şəraitdə.
Söhbət təkcə milli maraqların qorunmasından yox, həm də qarşı tərəfə qəbul etdirilməsindən gedir!
Bunun üçün ilk növbədə güclü siyasi liderin, aydın və konkret hədəflərin, iqtisadi gücün, üstəlik, ərazini qorumağa qadir ordun da olmalıdır.
Əslində, biz müstəqil Azərbaycanın İlham Əliyevin rəhbərliyi ilə son illər ərzində beynəlxalq meydanda apardığı möhtəşəm işlərdən danışırıq.
Təkcə Azərbaycanın zəngin neft və qaz ehtiyatlarına malik olması kifayətdir ki, dünyanın güclü, "zəngin müstəmləkəçilik təcrübəsi" olan dövlətləri onu ələ keçirməkdən ötrü vaxtaşırı məkrli planlar qursun.
Üstəlik, Azərbaycan həm də Avropa ilə Asiyanın qovşağında yerləşir, mühüm nəqliyyat dəhlizləri onun ərazisindən keçir, beynəlxalq logistika mərkəzinə çevrilir.
Belə cəlbedici, böyük dividendlər gətirən dəhlizlərə sahib olmaq hər bir güclü dövlətin arzusudur.
Ən effektli sınanmış təcrübə isə belə yerlərdə uzunmüddətli konflikt yaratmaq, sonra həmin konflikti "həll etmək" adı ilə bölgəyə və əraziyə burun soxmaq və mərhələlər üzrə niyyətinə nail olmaqdır.
Otuzillik işğal dövründə Azərbaycan bütün çətinlik və mürəkkəbliklərə baxmayaraq, müstəqilliyini qoruyub saxladı, milli maraqlarına xələl gətirilməsinə yol vermədi!
Beynəlxalq hüququ heçə çevirənlər "beynəlxalq üsul və vasitələrlə" Azərbaycana təzyiq göstərə, onu qapazaltı dövlətə çevirə bilmədilər!
Heydər Əliyev siyasi kursu ilə inamla addımlayan Prezident İlham Əliyev bütün hiylə və təzyiqləri puça çıxardı, Azərbaycanın beynəlxalq nüfuzunu yüksəltdi, ona dünya birliyinin qabaqcıl dövlətləri sırasında yer aldı, Cənubi Qafqazda söz sahibinə çevirdi.
Dəfələrlə korrupsiyalaşmış beynəlxalq assambleyalar, pulla ələ alınmış deputat, konqresmen, senator və duma üzvləri Azərbaycan əleyhinə məkrli oyunların alətinə çevrildilər, dünya erməniliyindən muzd alaraq ölkəmizin üstünə gəldilər.
Lakin cənab İlham Əliyev iti zəkası, sarsılmaz iradəsi, müdrik addımları ilə hər bir hiyləni və qəsdi puça çıxardı, dövləti maraqları məharətlə qorudu.
Azərbaycana qarşı qəbul edilən ədalətsiz və qərəzli bəyanat və qətnamələri isə "adi kağız parçası" adlandırdı, tutduğu yoldan geri çəkilmədi.
Bu yol isə möhtəşəm Zəfərə, özlərini "vasitəçi", "sülhyaradan" adlandıranların etmək istəmədiklərinin təmin olunduğu məqama çatdırdı!
***
Beynəlxalq qurumlarda və beynəlxalq qurumlarla necə işləmək?
Bu məsələ daim Azərbaycan üçün önəmli hesab olunub.

Çünki Azərbaycan 2001-ci ildə Avropa Şurasına daxil olanda hələ torpaqları işğal altında idi.
Qarabağ münaqişəsinin həlli üçün məxsusi olaraq yaradılan ATƏT-in Minsk qrupu gedib-gəlirdi...
Azərbaycan beynəlxalq hüquqa inanır, problemin dinc yolla, sülh danışıqları ilə çözüləcəyinə müəyyən ümidlər bəsləyirdi.
Odur ki, beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir, onların ölkəmizin maraqlarına uyğun qərar və tövsiyələrini yerinə yetirməyə çalışırdı.
Beynəlxalq qurumlarla səmərəli əməkdaşlığın qurulması və fəal işin aparılması sahəsində gərəkli təcrübə də vardı.
Bu təcrübə cənab İlham Əliyevin Milli Məclisin AŞPA-dakı deputat qrupuna rəhbərliyi dövründə toplandı və sonralar digər təşkilatlarda da səmərəli fəaliyyətin əsasını təşkil etdi.
Otuzillik işğal dövründə Azərbaycan təkcə dünya erməniliyinə qarşı deyil, həm də ikili standartlar əleyhinə çarpışmalı oldu.
Erməni diasporları tərəfindən pulla ələ alınan müxtəlif ölkələrin senat, konqres üzvləri, habelə deputat və siyasətçiləri də rüşvət qarşılığında haqqı, ədaləti deyil, erməni maraqlarını müdafiə edir, beynəlxalq hüququ tapdalayırdılar.
Lakin meydanı onlara vermək, ümidsizliyə qapılmaq olmazdı!
Cənab İlham Əliyevin təşəbbüsü və göstərişi ilə Azərbaycanın xarici siyasətində "hücum diplomatiyası"nın tətbiqinə başlanıldı.
Eyni zamanda qardaş Türkiyənin müxtəlif ölkələrdəki diasporu ilə Azərbaycan diasporunun əlbir, əlaqəli fəaliyyəti təmin edildi.
Nəticədə Azərbaycan beynəlxalq qurumlarla işini xeyli canlandırdı, özünə tərəfdarlar topladı, bir çox hallarda əleyhinə atılacaq addımları qabaqladı, zərərsizləşdirdi.
İlham Əliyevin Qoşulmama Hərəkatına sədrliyi bu mübarizədəki uğurların pik nöqtəsi oldu.

Azərbaycan Prezidentinin bu quruma rəhbərliyi ən çətin və ağır dövrə - COVID-19-un dünyanı çənginə aldığı, həyatı iflic vəziyyətinə saldığı dövrə təsadüf etsə də, səmərəliliyi və məhsuldarlığı ilə yadda qaldı.
Hətta bu uğurlu fəaliyyətə görə Azərbaycanın Qoşulmama Hərəkatına rəhbərliyi bir il də artırıldı.
İlham Əliyev COVID-19-a qarşı mübarizədə qurumun səmərəli və gərəkli addımlarını təmin etdi, zəif inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlərə maliyyə köməyi göstərildi və Azərbaycan da bu yardımda iştirak etdi, ən əsası "vaksin millətçiliyi" ifşa olundu, belə yaramazlıqlara etirazlar bildirildi!
Bu kimi humanist və dost, ədalətli addımlar sayəsində İlham Əliyev quruma rəhbərliyi dövründə Azərbaycana yeni dostlar qazandırdı.
Həmin dostlar 44 günlük Vətən müharibəsi davam edən müddətdə Ermənistanın "böyük bacı"sı Fransa tərəfindən BMT-nin iclasında qaldırılan Azərbaycan əleyhinə yeni, ziyanlı qətnamənin qəbulunun qarşısını aldılar!
Beləliklə, İlham Əliyev dünyaya həm də müdafiədən "səmərəli hücuma keçmək" dərsini, haqsızlığın və beynəlxalq hüququn pozulmasının qarşısının birgə səylə necə alınması dərsini də verdi.
***
İnformasiya savaşı müasir dövr, müharibələrinin komponentlərindən biridir.
44 günlük Vətən müharibəsində Azərbaycan təkcə hərb meydanında döyüşmürdü.
Dünya erməniliyi bütün imkanlarını səfərbərliyə alaraq bizə qarşı diplomatiya və informasiya sahəsində də hücuma keçmişdi.
"Diplomatik döyüşlər" açıq görünməsə də, informasiya müharibəsinin gedişatını bütün dünya operativ şəkildə "mavi ekran"larda izləyə bilirdi.

Müharibə və hərbi əməliyyatlardan sonrakı dövrdə cənab İlham Əliyev 30-dan çox KİV-ə, o cümlədən telekanala və informasiya agentliyinə müsahibələr verdi.
Media təmsilçilərinin bir neçəsi istisna olmaqla, qalanları dünya erməniliyinin sifarişi və maliyyə dəstəyi ilə gələn qəzetlərin, informasiya agentliklərinin və televiziya kanallarının nümayəndələri idilər.
Belələrinin verdikləri suallar, suallarda səsləndirdikləri "faktlar" yalan, uydurma, məqsədli xarakter daşıyırdı.
Sualı verənlər müxtəlif olsalar da, Azərbaycana yapışdırmaq istədikləri "feyk informasiyalar" bir-birini təkrar edirdi:
* Azərbaycan niyə sülh danışıqlarını davam etdirməyərək hərbi əməliyyatlara başladı?
* Türkiyəyə məxsus F-16 təyyarələri niyə döyüşlərdə iştirak edir?
* Azərbaycan tərəfindən muzdlular döyüşürmü?
* Sizdə niyə müharibə əleyhinə çıxan jurnalistləri həbs edirlər?
* Azərbaycan kassetli bombalardan niyə istifadə edir?
* Niyə hərbi əməliyyatları dayandırmırsınız və s.
Cənab İlham Əliyev bütün bu sualları təmkinlə dinləyir, deyilənlərin "feyk" olduğunu sübut edir, sonra düşmən tərəfinin müharibə qanunlarını kobud şəkildə pozduğunu təsdiqləyən faktlar və misallar söyləyirdi.
Əslində, Prezident İlham Əliyev məkrli niyyətlərlə Azərbaycana gələn telekanal, informasiya agentlikləri və qəzetlərin yaratdığı imkandan məharətlə istifadə edərək əsl həqiqətləri dünyaya çatdırır, bu fürsətdən bəhrələnərək mətbuatın tribunasını düşmənin ifşasına yönəldir, təkzibedilməz faktlar söyləyirdi:
* Ermənistanın baş naziri Paşinyan "Qarabağ Ermənistandır və nöqtə" deməklə, əslində, sülh danışıqlarının mənasızlığını göstərdi;
* İndi dünyada elə güclü müşahidə sistemləri mövcuddur ki, havaya qalxan hər bir təyyarəni qeydə ala bilir və Azərbaycanda F-16-ların uçuş etdiyini göstərən bircə fakt belə yoxdur;
* Azərbaycanda xarici muzdluların döyüşdüyünü sübut edən bircə fakt varsa, göstərin, bizdə isə Ermənistan tərəfindən vuruşan Suriya pasportlu döyüşçülər aşkar edilib;
* Azərbaycanda kassetli bomba yoxdur. Biz isə Ermənistanın Gəncə, Tərtər, Bərdə və Goranboy rayonlarını ballistik raketlərlə vuraraq dinc əhaliyə tələfat verdiyini, yaşayış evlərini dağıtdığını, kassetli bombalar tətbiq etdiyini bütün dünyaya nümayiş etdirdik;
* Müharibə əleyhinə çıxdığına görə həbs olunan jurnalistin ad və soyadını söyləyin, bilmirsinizsə, öyrənəndə bu sualı verərsiniz;
* Biz öz torpağımızda döyüşürük, öz ərazilərimizi işğaldan azad edirik, işğalçı Ermənistandır, ərazimizdən qoşunlarını çıxaran kimi hərbi əməliyyatları dayandıracağıq!
İnformasiya müharibəsinin "əsgər"ləri kimi Azərbaycana göndərilən qərəzli mətbuat nümayəndələri və jurnalistlərə cənab İlham Əliyevin verdiyi tutarlı, məntiqli və ifşaedici cavablar həm də ölkəmizə qarşı qərəzli mövqe tutaraq KİV-lərdə təxribatlar törətmək niyyətində olanlara və vaxtaşırı barəmizdə "feyk" xəbərlər yayanlara mükəmməl jurnalistika dərsləri idi.
***
Dünyada separatizm bəlasından əziyyət çəkən ölkələr çoxdur.
Onlar çabalasalar da, bu problemdən yaxa qurtara bilmirlər.

Çünki hər bir separatizm hərəkatının arxasında hansısa güclü dövlət durur, onu maliyyələşdirir, məqamında silah-sursatla təmin edir, münaqişənin həllinə daim mane olaraq "isti" şəkildə saxlayır, lazım biləndə neft tökərək alovlandırır.
Başqa cür olsaydı, azlıqdakı separatçılar çoxluqlar üçün başağrısına çevrilə bilməzdilər.

İlham Əliyev Qarabağda separatizmin kökünü kəsməklə, əslində, separatizmin həlli modelini də hazırlamış və dünyaya nümayiş etdirmiş oldu!
Bununla həm də dünyaya separatizmin kökünü kəsmək dərsini verdi, ortaya çox uğurlu bir nümunə qoydu.

Erməni separatçılarının uzun müddət Qarabağda at oynatmalarının, qondarma qurumlar, "dövlət təsisatları" yaradaraq "fəaliyyət göstərmələri"nin əsas səbəbi Ermənistanın bu əraziyə faktiki nəzarət etməsi, "Laçın dəhlizi" vasitəsilə sərbəst və rahat gediş-gəlişi təmin etməsi, burada ordu saxlaması, qondarma qurumu maliyyələşdirməsi və bütün bu özbaşınalıqlara görə hər hansı formada cəzalandırılmaması, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetirilməməsi, ATƏT-in Minsk qrupunun "sülh danışıqları" görüntüsü yaratması, beynəlxalq hüququn tapdalanması, əslində isə Azərbaycanın reallıqlarla barışmağa vadar edilməsi siyasəti idi.
Odur ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev ilk olaraq "dəmir yumruğ"u işə saldı!
İşğalçı ordunu məhv edərək kapitulyasiyaya vadar etdi.

Üçtərəfli Bəyanatda irəli sürdüyü tələblərin yerinə yetirilməsi üçün düşmənə vaxt verdi.
Laçın yolunda nəzarət-buraxılış postu qurduraraq ölkənin ərazi bütövlüyünü bərpa etdi!
Ermənistan on beş min nəfərlik qalıq ordusunu ərazimizdən çıxarmadı, öhdəsinə götürdüyü vəzifələri icra etmədi, sülh danışıqlarını müxtəlif bəhanələrlə uzatmağa başladı.
Odur ki, cəmi 23 saat çəkən antiterror tədbirləri keçirildi, separatçıların bütün hərbi dayaqları məhv edildi, Azərbaycan vətəndaşlığını qəbul edərək, eyni zamanda Azərbaycan Konstitusiyası əsasında ərazimizdə digər etnik xalqlar kimi ermənilərin də rahat və təhlükəsiz yaşayacaqlarına təminat verildiyi diqqətə çatdırıldı.
Azərbaycan ərazisini tərk etmək istəyənlərə də hər cür şərait yaradıldı.
Sonra Xankəndidəki əhalinin nümayəndələri ilə Yevlax şəhərində görüş keçirildi, tələb və zəmanətlər onlara da çatdırıldı.
Bütün bu tədbirlər və hadisələr zamanı bir nəfər də dinc sakinin burnu belə qanamadı.
İlham Əliyevin separatizmlə bağlı dünyaya verdiyi dərsin mahiyyətini də bu təşkil edir: dinc əhaliyə xətər yetirilmədən vadaretmə tədbirləri icra olunur, gedənə yol, qalana isə hüquqi təhlükəsizlik təminatı verilir!
***
Dünyada ən çətin işlərdən biri yeni yurd salmaqdır.
Bundan ötrü ən əvvəl yaşayış məskəninin yeri müəyyən olunur.
Sonra tikəcəyin evin daşını, qumunu, taxta və dəmir materiallarını haradan alıb gətirəcəyini dəqiqləşdirməlisən.
Layihə, smeta sənədləri də müvafiq tələb və qaydalara uyğun hazırlanmalı, çəkilən xərc hesablanmalı və tələb edilən vəsait tapılmalıdır.
Bu, məsələnin düşüncədə və kağız üzərində hazırlanan hissəsidir.
Sonra praktik şəkildə görüləcək işlər başlanır... 
Ən çətin və vaxt aparan iş isə torpaqların minalardan təmizlənməsidir.
Böyük Qayıdışa dair I Dövlət Proqramı imzalayan cənab İlham Əliyev bu sahədə də dünyaya dərs verir.
Faktiki olaraq xarabalıqlar və küllüklər üzərində yeni, ən müasir yaşayış məntəqələri salınır.
Dövlət öz hesabına otuz il zillət çəkən, bəzən ən ağır şəraitdə yaşamaq (bəlkə də ömür sürmək) məcburiyyətində qalan insanlar üçün doğma yurdlarında "smart" şəhərlər və kəndlər salır, hər cür şəraiti və rahatlığı olan müasir evlər və binalar inşa etdirir.

Ən əvvəl müasir infrastruktur yaradır - yollar, elektrik və qaz xətləri, dəmir yolları çəkilir, hava limanları, körpülər qurulur, su anbarları, elektrik stansiyaları, sənaye məhəllələri tikilir, məktəblər, uşaq bağçaları, ictimai binalar inşa olunur, iş yerləri yaradılır.
İnsanlar böyük sevinc və fərəhlə, minnətdarlıqla doğma el-obaya qayıdır, bu dəfə yeni, xoşbəxt həyatlarını yenidən qururlar.
2026-cı ilədək 140 min keçmiş məcburi köçkün öz doğma el-obasına qayıdacaqdır!
Bütün bu işləri Azərbaycan öz gücü, öz vəsaiti hesabına görür.
Bir neçə dost dövlətin hədiyyəsi istisna olmaqla, heç bir qurum, beynəlxalq təşkilat, imkanlı struktur heç bir yardım və kömək göstərmir.
Həqiqətə göz yumub, separatçılara dəstək verənlərin köməyinə də ehtiyac duymuruq!
Özümüz başlamışıq, özümüz də başa çatdıracağıq!

***
İlham Əliyevin qürurla səsləndirdiyi etirafıdır:
"Əraziləri azad etmək mənim siyasi həyatımın əsas məqsədini təşkil edir və fəxr edirəm ki, bu məqsədlərə nail olunub".
Müzəffər Ali Baş Komandan İlham Əliyev əsas məqsədinə nail olmaq üçün dayanmadan çalışdı, çarpışdı, mübarizə apardı!
Bu hədəfə çatmaqdan ötrü bir çox problemi həll etməli oldu!
Heç bir çətinlik, heç bir maneə, heç bir əngəl onu yolundan döndərə bilmədi!
Əksinə, bu mübarizəsində həm də:
* Dünyaya qətiyyətli olmaq dərsi verdi;
* İradəli olmaq dərsi verdi;
* Maneələri necə dəf etmək dərsi verdi;
* Haqsızlığa, ədalətsizliyə necə qalib gəlmək dərsi verdi;
* Eyni zamanda bir neçə istiqamətdə səmərəli fəaliyyət göstərmək dərsi verdi;
* Xalqını, dövlətini necə sevmək, milyonların istək və arzusunu necə gerçəkləşdirmək dərsi verdi;
* Əsl dövlət rəhbəri, əsl sərkərdə, əsl siyasətçi necə olmalıdır dərsini verdi;
* İlham Əliyev dərslərini verdi!
 Həmin dərslər bu gün Qarabağın və Şərqi Zəngəzurun bərpa və quruculuğu sahəsində davam edir.
* İşğaldan azad olunmuş ərazilərin cənnətə çevrilməsi dərsləri!
* Müasir tipli yaşayış məntəqələri salmaq dərsləri!
* Yurd həsrətilə uzun illər ağrı-acı yaşayan insanları xoşbəxt günlərə qovuşdurmaq dərsləri!
* Kiçik Azərbaycanın dünya üçün nümunəyə çevrilməsi dərslərini!
Bax belə olanda xalq öz rəhbəri, rəhbəri isə xalqı, yenidən qurub yaratdığı dövləti ilə fəxr edir!
Hamı sevinc və səadətlə bir ağızdan deyir:
Qarabağ Azərbaycandır!

 

Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Fernandu Santuş: Elə komanda qurmaq istəyirik ki, qələbələr çox, məğlubiyyətlər az olsun

11:54
04 Oktyabr

DSMF: Doqquz ayda 75 mindən çox elektron arayış alınıb

11:43
04 Oktyabr

Azərbaycan və Rusiya Xəzər dənizinin dayazlaşması məsələsi ilə əlaqədar ikitərəfli işçi qrup yaradıb

11:40
04 Oktyabr

Nazir: Azərbaycanın məqsədi ədalət və bərabərliyə əsaslanan enerji keçidinə nail olmaqdır

11:34
04 Oktyabr

COP29 Azərbaycan Əməliyyat Şirkəti beynəlxalq ISO 450001 sertifikatına layiq görülüb

11:28
04 Oktyabr

 Makrona artıq heç kim inanmır 

11:22
04 Oktyabr

Türkiyənin ədliyyə naziri Ulu Öndərin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi”ni ziyarət edib

11:19
04 Oktyabr

ABŞ-də ölənlərin sayı 200 nəfərə çatdı

11:12
04 Oktyabr

Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib YENİLƏNƏCƏK

11:08
04 Oktyabr

Avropanın Rusiyaya ehtiyacı var 

11:05
04 Oktyabr

Azərbaycanda 893 min hektar sahədə xüsusi mühafizə olunan təbiət əraziləri var

11:03
04 Oktyabr

Bakıda “İqlim Fəaliyyəti üçün Yürüş” keçirilib

10:46
04 Oktyabr

İcma: ABŞ konqresmenlərinin Azərbaycana qarşı qəbuledilməz mövqeyi açıq-aşkar şantajdır

10:36
04 Oktyabr

Azərbaycan və Türkiyə Bakı-Tbilisi-Qars layihəsinin inkişafını müzakirə edib

10:25
04 Oktyabr

Bakıda avtomobildən oğurluq edən şəxs saxlanılıb

10:23
04 Oktyabr

Bu gün görkəmli bəstəkar Tofiq Quliyevin anım günüdür

10:22
04 Oktyabr

Azərbaycan və Belarus səhiyyə sahəsində əməkdaşlığa dair yol xəritəsini müəyyənləşdiriblər

09:55
04 Oktyabr

Amerikalı sahibkar Trampa görə milyonlarla dollar xərcləyib

09:39
04 Oktyabr

Azərbaycan neftinin qiyməti 80 dolları ötüb

09:35
04 Oktyabr

Azərbaycanın müdafiə naziri Türkiyəyə işgüzar səfər edib

09:32
04 Oktyabr

Ankarada TDT-nin yaradılması haqqında Naxçıvan Sazişinin 15 illiyi münasibətilə təntənəli tədbir keçirilib

09:30
04 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!