21 Fevral 2024 23:37
307
DÜNYA
A- A+

Hindistanda polislərlə fermerlər arasında toqquşma olub


Paytaxt Nyu Dehlidə yürüş iştirakçısının ölümündən sonra genişmiqyaslı etiraz aksiyasında iştirak edən hindistanlı fermerlər daha iki günlük fasilə verəcəklər. “Report” xəbər verir ki, bunu etirazçıların liderlərindən biri Sarvan Sinqh Pandher deyib.
Hindistanlı fermerlər bir həftə yarım əvvəl başlayan etirazlarını bərpa ediblər. Fevralın 13-də təhlükəsizlik qüvvələri etirazçıların paytaxta traktor yürüşünə mane olub. Yürüş Hindistan paytaxtından 200 kilometr məsafədəki Haryana və Pəncab ştatlarının sərhədində dayandırılıb. Polis yollarda quraşdırılan maneələri və infrastrukturu dağıdan etirazçılara qarşı su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edib.
Xanauri kəndində etirazçılarla polis arasında baş verən qarşıdurma nəticəsində bir fermer həlak olub. Ölənlərin ümumi sayı isə altı nəfərə çatıb, yüzlərlə etirazçı yaralanıb.
Pandher mətbuat konfransında deyib: “Biz Xanauri kəndində baş verən insidenti müzakirə edəcəyik. Dehliyə yürüşdə iki günlük fasilə elan olunacaq. Bundan sonra hansı addımın atılacağına daha sonra qərar verəcəyik”.
Qeyd edək ki, Hindistanın Pəncab, Haryana və Uttar-Pradeş ştatlarında fermerlər hökumətdən gələcək məhsul üçün onlara minimum qiymət zəmanəti verəcək qanunun qəbulunu tələb edirlər. Bundan başqa, etirazçılar onlara pensiya verilməsini, təsərrüfatların borcdan azad edilməsini, Hindistanın Ümumdünya Ticarət Təşkilatından çıxmasını və bütün azad ticarət müqavilələrinin dondurulmasını istəyirlər.

"Azərbaycan"


 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video