10 Aprel 2024 09:30
2697
Oxucu məktubları
A- A+

"Hər kəs 100 il yaşamasa…"

 

Quba uzunömürlülər diyarıdır desək, səhv etmərik. Buz bulaqlar, yaşıl meşələr və dağ havası insanın sağlam yaşamasının əsas şərtləridir. Boş yerə demirlər ki, dağ adamının canı möhkəm olar.
Qaflan Ömərov uzunömürlü qubalılardandır. 1924-cü ildə anadan olub. Onun gənclik illəri II Dünya müharibəsinə təsadüf edib. Müharibəyə çağırılan Qaflan döyüşlərdə iştirak edir və iki dəfə yaralanır. Lakin döyüş yoldaşlarını tərk etmir. Sinəsi orden və medallarla dolu Qaflan müharibədən sağ-salamat dönür.
Müxtəlif vəzifələrdə çalışan Qaflan həmişə çoxlarına nümunə olub. Yaxşı övladlar yetişdirib, nəvə-nəticəsinin isə sayı çoxdur. Qubada yeni evlənənlər xeyir-duaya hörmət sahibi olan Qaflan babanı çağırardılar. Çünki onun döydüyü qapını açmayan olmazdı. Yüzlərlə ailənin təməlinin kökündə böyüklük eləyib, kasıb ailələrin xeyir işində baba, ata kimi yaxından iştirak edib.
Bir neçə gün əvvəl rayon rəhbərliyi də gənc nəslə örnək olacaq Qaflan babanın 100 yaşının keçirilməsi üçün tədbir təşkil etdi. Rayon icra hakimiyyətinin məsul əməkdaşları, Ağsaqqallar Şurasının və  ictimaiyyətin nümayəndələri  Qaflan babanı ad günü münasibətilə təbrik etdilər, mənalı ömrünün xatirələrini yada saldılar.
Qaflan Ömərov da minnətdarlığını bildirərək hamıya ən azından onun kimi bir əsr yaşamağı arzuladı. 

Səmayə QARAYEVA,
Quba rayonu

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video