21 Fevral 2024 20:03
367
DÜNYA
A- A+

“GPT-5” ən qədim dili deşifrə edəcək

 

“Microsoft” şirkəti “OpenAI” tərəfindən yaxın gələcəkdə istifadəyə veriləcək “GPT-5” adlı böyük dil modeli barədə məlumatlar təqdim edib. Məlumata əsasən, bu dil modeli günümüzdə ən qəliz linqvistik sirlərdən birini, yəni ən qədim dillərdən birini deşifrələyə biləcək. Söhbət 3000 il bundan öncə Krit adasında yaşamış “Minoy” adlı qədim sivilizasiyanın istifadə etdiyi A yazı sistemindən gedir.
Hazırda aktual olan “GPT-4”ün bu cür proses üçün o qədər də güclü deyil. Lakin “GPT-5” qədim dilin deşifrələnməsi prosesinin öhdəsindən gələ bilər. Məlumatda qeyd edilib ki, bu cür tapşırığın öhdəsindən gəlmək üçün böyük dil modeli xətti A yazı sisteminin incəlikləri ilə yanaşı, həmçinin qədim Minoy dünyasının dərin kontekstli biliklərini də bilməlidir.

Ülkər XASPOLADOVA,
“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video