Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
Azərbaycanda baharın və payızın ömrü qış fəsli ilə müqayisədə daha çoxdur. Bu üzdən qışdan az sonra istilərlə mübarizəyə başlayırıq. Hətta günəş öz odlu nəfəsi ilə yeri-göyü yandırarkən düşünürük ki, kaş bu istilər tez qurtaraydı. Amma fikirləşmirik ki, bu günəş istisinin həyatımızı, ekologiyamızı dəyişəcək qədər qüdrəti var.
İndi bu, artıq reallığa çevrilib. Bu gün dünyanın çox ölkəsində günəş enerjisindən geninə-boluna istifadə olunur. Mütəxəssislərin hesablamalarına görə, hər dəqiqə yerə saçılan günəş zərrələri bəşəriyyətin illik enerji tələbatını ödəmək üçün yetərlidir. Hələ ötən əsrin 70-ci illərində SSRİ-də çox geniş olmasa da, günəş-elektrik stansiyalarından səhralıq yerlərdəki yaşayış məskənlərində istifadə olunurdu. Buna baxmayaraq, son illərə qədər bu enerjinin iqtisadi faydası o qədər də diqqət çəkmirdi, əsasən ekoloqlar üçün maraqlı və faydalı görünürdü. Bu gün artıq dünyada günəş əsas enerji mənbələrindən hesab olunur və ondan istifadə etməyə meyil sürətlə artır.
Yerləşdiyi coğrafi əraziyə görə Azərbaycan günəşli ölkədir, istilik və elektrik enerjisinin alınması üçün hər cür imkanı var. Demək olar ki, binaların hər birinin damında günəş panelləri yerləşdirmək mümkündür. Mütəxəssislərin fikrincə, məsələn, ölkə üzrə 1 milyon sosial və ya ictimai əhəmiyyətli binanın damında belə panellər quraşdırmaqla hər birindən 10 kilovat, ümumilikdə təxminən 1000 meqavat elektrik enerjisi əldə etmək olar. Bu da bir ildə təxminən 1 milyard kubmetr təbii qaza qənaət olunması deməkdir. Azərbaycanın təbii iqlim şəraiti günəş enerjisindən istifadə etməklə elektrik və istilik enerjisinin istehsalını artırmağa da geniş imkanlar açır. Belə ki, ölkə ərazisində günəş şüalanmasının davamiyyəti 2400-3200 saatdır. Alternativ və bərpaolunan enerji mənbələri hesabına quraşdırılacaq yeni generasiya güclərində günəş enerjisinin xüsusi çəkisi isə 73 faiz (günəş-istilik 58, günəş-elektrik 15 faiz) təşkil edir. Beləliklə, Azərbaycanda günəş enerjisinin iqtisadi potensialı 20,000 meqavat həcmində qiymətləndirilir.
Məlum olduğu kimi, Prezident İlham Əliyevin imzaladığı 2021-ci il 3 mart tarixli "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində "yaşıl enerji zonası"nın yaradılması ilə bağlı tədbirlər haqqında" sərəncama əsasən, Qarabağ və Şərqi-Zəngəzurda günəş, külək, termal, geotermal və digər bərpaolunan enerji potensialından istifadə etmək nəzərdə tutulub. "Yaşıl enerji zonası"nın yaradılması çərçivəsində işğaldan azad edilmiş ərazilərdə bərpaolunan enerji mənbələrindən elektrik enerjisi istehsalı, enerji səmərəliliyi tədbirləri, elektrik nəqliyyat vasitələrindən istifadə, tikililərin damlarında bərpaolunan enerji qurğularının (xüsusən günəş panellərinin) qurulması, həmçinin küçələrin və yolların işıqlandırılmasında günəş enerjisi əsaslı LED lampalardan, eləcə də istilik, soyutma və isti su təchizatında bərpaolunan enerji texnologiyalarından istifadə, "ağıllı enerji" idarəetmə texnologiyalarıının tətbiqi, tullantıların enerji məqsədli idarə edilməsi kimi tədbirlər nəzərdə tutulub.
Ümumiyyətlə, Azərbaycanın bərpaolunan enerji sahəsində böyük planları var. Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində biz "yaşıl enerji" ixracını da planlaşdırırıq. Həmin planı həyata keçirmək üçün Azərbaycanda daxili istehlakdan çox "yaşıl elektrik enerjisi" istehsal olunacaq. Bu, daha çox günəş enerjisi hesabına reallaşacaq. Ötən il Qaradağ Günəş-Elektrik Stansiyasının istifadəyə verilməsi də məhz bu məqsədə xidmət edir. Stansiya MDB məkanında ən böyük qurğudur.
Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkətinin inşa etdiyi stansiya 230 MVt gücündədir. 262 milyon dollar xarici sərmayə hesabına tikilən stansiyada hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət olunması nəzərdə tutulur.
Bütün görülən işlərin, reallaşdırılan layihələrin həyata keçirilməsində təbii ki, Prezident İlham Əliyevin qətiyyəti, iradəsi və iqtisadi siyasəti mühüm yer tutur. Azərbaycanın, o cümlədən işğaldan azad olunmuş ərazilərin "yaşıl zona" elan edilməsi məhz İlham Əliyev siyasətinin reallığıdır. Dünyanın alov içində olduğu, iqlim böhranlarının baş verdiyi bir zamanda COP29-un Azərbaycanda keçirilməsinin qərara alınması da Prezident İlham Əliyevin nüfuzu, dünyada söz sahibi olması ilə birbaşa bağlıdır.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib YENİLƏNİB
Sabahın hava proqnozu açıqlanıb
“ASAN xidmət” mərkəzi efiopiyalı nazirdə yüksək təəssürat yaradıb
Azərbaycan və Belarus arasında “Kənd təsərrüfatı məhsullarının istehsalının inkişafına dair birgə tədbirlər üzrə Yol Xəritəsi” imzalanıb
Bakıda istixana qazı emissiyalarında texnologiyanın rolu mövzusunda sessiya keçirilib
Hikmət Hacıyev: Gəncəyə atılan "Skad" İkinci Dünya Müharibəsindən sonra Avropada ballistik raketlərin ilk istifadəsi idi
Göldə gəmi qəzası: 78 nəfər batdı
Kim Çen In xəbərdarlıq etdi
Fernandu Santuş: Elə komanda qurmaq istəyirik ki, qələbələr çox, məğlubiyyətlər az olsun
DSMF: Doqquz ayda 75 mindən çox elektron arayış alınıb
Azərbaycan və Rusiya Xəzər dənizinin dayazlaşması məsələsi ilə əlaqədar ikitərəfli işçi qrup yaradıb
Nazir: Azərbaycanın məqsədi ədalət və bərabərliyə əsaslanan enerji keçidinə nail olmaqdır
COP29 Azərbaycan Əməliyyat Şirkəti beynəlxalq ISO 450001 sertifikatına layiq görülüb
Makrona artıq heç kim inanmır
Türkiyənin ədliyyə naziri Ulu Öndərin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi”ni ziyarət edib
ABŞ-də ölənlərin sayı 200 nəfərə çatdı
Avropanın Rusiyaya ehtiyacı var
Azərbaycanda 893 min hektar sahədə xüsusi mühafizə olunan təbiət əraziləri var
Bakıda “İqlim Fəaliyyəti üçün Yürüş” keçirilib
İcma: ABŞ konqresmenlərinin Azərbaycana qarşı qəbuledilməz mövqeyi açıq-aşkar şantajdır
Azərbaycan və Türkiyə Bakı-Tbilisi-Qars layihəsinin inkişafını müzakirə edib
Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib YENİLƏNİB30 Sentyabr 2024
İnkişaf büdcəsi29 Sentyabr 2024
Prezident İlham Əliyev bir daha bəyan etdi28 Sentyabr 2024
Zəfərlə anırıq...27 Sentyabr 2024
VƏTƏNİN ŞƏHİD BALALARI27 Sentyabr 2024
Azərbaycan yeni strateji dövrdə26 Sentyabr 2024
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!