08 Aprel 2024 22:13
938
Elm və texnika
A- A+

Füzulidə Mirzə Uluqbəyin 630 illiyinə həsr olunan elmi konfrans keçirilib

 

Füzuli şəhərində görkəmli dövlət xadimi Mirzə Uluqbəyin 630 illiyinə həsr olunmuş elmi konfrans keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə təşkil olunan konfransda Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Eldar Seyidov, AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri filologiya elmləri doktoru Almaz Ülvi Binnətova, Qarabağ Regional Təhsil İdarəsinin nümayəndələri, məktəb direktoru Həcər Mahmudova və müəllim kollektivi iştirak edib.

Tədbirdə çıxış edən səfir Bahrom Aşrafxanov iki ölkə arasında sıx münasibətdən və əlaqələrin inkişafından danışıb. O, Mirzə Uluqbəyin 630 illik yubileyinin gözəl və füsunkar şəhərə çevrilən Füzulidə böyük alim və astronomun adını daşıyan müasir məktəbdə keçirilməsinə görə Azərbaycan Prezidentinin Administrasiyasına, Xarici İşlər Nazirliyinə, məktəb rəhbərliyinə və Azərbaycan Milli Elmlər Akademiyasına dərin təşəkkürünü bildirib.

Konfransda dünya elminin və ümumbəşəri sivilizasiyanın inkişafına böyük töhfələr vermiş astronom, riyaziyyatçı, tarixçi, musiqi və poeziya bilicisi, dövlət xadimi Mirzə Uluqbəyin həyat və fəaliyyətindən danışılıb.

Digər çıxış edənlər, həmçinin iki ölkə arasında olan qardaşlıq münasibətindən söhbət açıblar. Vurğulanıb ki, son illərdə Azərbaycanın qarşılıqlı münasibətləri daha da dərinləşdirdiyi dövlətlərdən biri Özbəkistandır. Respublikamız bu ölkə ilə əlaqələri həm ikitərəfli, həm də çoxtərəfli platformalarda, o cümlədən Türk Dövlətləri Təşkilatında intensiv şəkildə inkişaf etdirir. Diqqətə çatdırılıb ki, iki ölkəni bir sıra tarixi bağlar, dövlətlərin siyasi iradəsi və cəmiyyətlərin istəyi birləşdirir. Azərbaycanın və Özbəkistanın siyasi dialoqu, iqtisadi və humanitar sahələrdə əməkdaşlığı yüksək səviyyədədir.

Tədbirin sonunda özbək dilinə tərcümə olunmuş 100 cildlik “Türk ədəbiyyatı inciləri” toplusu, habelə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən bir çox kitablar məktəbə hədiyyə edilib.

Daha sonra qonaqlar məktəbdə yaradılmış şəraitlə tanış olublar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video