16 Aprel 2024 16:03
154
İQTİSADİYYAT
A- A+

Energetika naziri: Azərbaycan yaşıl hidrogen üzrə də Aİ üçün etibarlı tədarükçü olacaq

 

Energetika naziri Pərviz Şahbazov Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsi çərçivəsində keçirilən Yaşıl Hidrogen Sammitində iştirak edib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, “Yaşıl Hidrogen İqtisadiyyatlarını Sürətləndirmək üçün Milli Strategiyalar və Siyasətlər” üzrə Nazirlər Panelində energetika naziri hidrogenin Azərbaycanın transformativ inkişaf və enerji təchizatçısı gündəliyinin əsas komponentlərindən olduğunu qeyd edib. Bildirilib ki, hidrogenin istehsalı, ondan istifadə Azərbaycanın “təmiz ətraf mühitə malik yaşıl artım” ölkəsi kimi inkişaf strategiyası, azad edilmiş ərazilərin yaşıl enerji zonasına çevrilməsi, həmçinin Avropa İttifaqı ilə enerji tərəfdaşlığına dair strateji sənədlərdə öz əksini tapır. Xəzər dənizində 157 qiqavat külək enerjisi potensialı əsasında 28 qiqavatdan çox yaşıl enerji layihələri üzrə “Masdar”, “ACWA Power”, BP, “Fortescue” və digər beynəlxalq enerji şirkətləri ilə imzalanmış əməkdaşlıq sənədlərində yaşıl hidrogen istehsalının da nəzərdə tutulduğu vurğulanıb. Hazırda hidrogenin istehsalı ilə yanaşı, ixracı aspektində “Xəzər dənizi-Qara dəniz-Avropa”, “Mərkəzi Asiya-Azərbaycan-Avropa” yaşıl enerji dəhlizləri çərçivəsində beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edildiyi bildirilib.

“Yaşıl hidrogen ölkəmizin enerji təchizatında yeni mənbə və dəhlizlərlə mövqeyinin möhkəmləndirməsi, həmçinin 2050-ci ilədək karbon emissiyalarını 40 faiz azalda bilməyimiz üçün mühüm əhəmiyyət daşıyır.“Xəzər-Qara dəniz-Avropa” yaşıl enerji dəhlizi vasitəsilə Azərbaycan yaşıl hidrogen üzrə də Aİ üçün etibarlı tədarükçü olacaq”,- deyə nazir əlavə edib.

Bundan başqa, əlverişli, təhlükəsiz və “təmiz enerji” sisteminə keçidin vacib hissəsi kimi hidrogen sənayesinin inkişafını təmin edən amillərdən bəhs edilib. Azərbaycanın COP29-a sədrlik missiyasının yaşıl hidrogenin inkişafına da maliyyə dəstəyini təmin etməklə yaşıl enerji keçidinə töhfə verəcəyi bildirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video