21 Fevral 2024 19:59
431
DÜNYA
A- A+

Ən kiçik ulduz kəşf edilib

 

Alimlər elmə məlum olan ən kiçik ulduzu kəşf ediblər. Yerdən 7 dəfə böyük olan ulduz Günəş sistemindən 2760 işıq ili uzaqlığında yerləşən ikili ulduz sistemində ağ cırtdan ətrafında dövr edir. Bu cür ulduzların mövcudluqları ilk dəfə 20 il bundan öncə çinli alimlər tərəfindən proqnozlaşdırılmışdı. İndi isə bu, praktiki müşahidə vasitəsilə sübut edilib.
     “J0526B” adlı ağ cırtdan ilə “J0526A” adlı subcırtdandan təşkil edilmiş ikili ulduz sisteminin parlaqlığı olduqca aşağıdır. Buna görə də bu ikili ulduz sisteminin ən kiçik ulduzunu müşahidə etmək olduqca qəlizdir. Lakin “J0526B”nin parlaqlığındakı dəyişiklik hesabına alimlər ən kiçik ulduzun kütləsini və dövretmə müddətini hesablaya biliblər. Məlum olub ki, hər iki ulduz ümumi kütlə mərkəzi ətrafında tam dövrü 20 sutkaya reallaşdırırlar. “J0526B”nin kütləsi 0.03 Günəş kütləsinə bərabərdir. “J0526A” adlı ən kiçik ulduzun kütləsi isə Saturnun kütləsindən bir qədər azdır. İndiyənə kimi bu cür kütləyə sahib ulduza rast gəlinməmişdi.

Ülkər XASPOLADOVA,
“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video