16 Aprel 2024 17:18
192
CƏMİYYƏT
A- A+

Dünya Bankı “ASAN xidmət” konseptini yüksək qiymətləndirir

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti BMT-nin İqtisadi və Sosial Şurasının Dövlət İdarəçiliyi üzrə Ekspertlər Komitəsinin 23-cü sessiyasında iştirak etmək, eləcə də BMT və Dünya Bankının yüksək vəzifəli rəsmiləri ilə görüşlərin keçirilməsi məqsədilə Amerika Birləşmiş Ştatlarında (ABŞ) səfərdədir.

Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Vaşinqtona səfər zamanı Dövlət Agentliyinin sədri ilə Dünya Bankının vitse-prezidenti Akihiko Nişio arasında görüş keçirilib. Görüş zamanı qarşı tərəfə Dövlət Agentliyinin fəaliyyət istiqamətləri, o cümlədən “ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədləri, habelə dövlət xidmətlərinin göstərilməsi sahəsində həyata keçirilən müxtəlif layihələr barədə ətraflı təqdimat edilib.

Eyni zamanda, “ASAN xidmət” modelinin BMT tərəfindən iki dəfə yüksək mükafata layiq görüldüyü, eləcə də ötən ilin fevral ayında “Dünyanın ən qabaqcıl dövlət xidməti” seçildiyi diqqətə çatdırılıb.

Bundan əlavə, hazırda “ASAN xidmət” təcrübəsinin paylaşılması istiqamətində 20-dən çox ölkə və beynəlxalq təşkilatla əməkdaşlıq edildiyi barədə məlumat verilib.

Qarşı tərəf “ASAN xidmət” modelinin onda yüksək təəssürat yaratdığını və dövlət xidmətlərinin göstərilməsi sahəsində yenilik etmək arzusunda olan ölkələr üçün Azərbaycanın qabaqcıl təcrübəsinin nümunə olacağını bildirib.

Görüş zamanı “ASAN xidmət” modelinin üçüncü ölkələrdə tətbiqi ilə bağlı birgə əməkdaşlığın qurulması barədə ilkin razılıq əldə olunub.

Bundan əlavə, Dövlət Agentliyinin sədri ilə Dünya Bankının icraçı direktoru Dominik Favre arasında görüş baş tutub. Görüş zamanı tərəflər arasında mümkün əməkdaşlıq istiqamətləri üzrə müzakirələr aparılıb.

Dövlət Agentliyinin nümayəndə heyətinin ABŞ-a işgüzar səfəri davam edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video