11 İyun 2024 15:15
340
DÜNYA
A- A+
BMT-nin İqlim Dəyişmələri Konfransında bir qrup xarici QHT Azərbaycanla bağlı bəyanat yayıb  

BMT-nin İqlim Dəyişmələri Konfransında bir qrup xarici QHT Azərbaycanla bağlı bəyanat yayıb  

 

Almaniyanın Bonn şəhərində keçirilən BMT-in İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Yardımçı Qurumunun 60-cı sessiyasında iştirak edən bir sıra QHT-lər Azərbaycanın COP29 ölkəsi kimi bütün maraqlı tərəflərlə dialoq və əməkdaşlığı təşviq edən fəaliyyətini təqdir edən bəyanat yayıb.

AZƏRTAC xəbər verir ki, bəyanata 31 ölkədən 102 QHT təmsilçisi və ictimai fəal imza atıb.

Bonn bəyanatında nələr var?

Bəyanatda deyilir: “Biz, aşağıda imzası olan vətəndaş cəmiyyəti təşkilatları qlobal ictimaiyyəti davamlı və yaşıl gələcəyə doğru istiqamətləndirmək kimi mühüm vəzifəyə rəhbərlik edən COP29 Sədrliyinə və tədbirə ev sahibliyi edəcək Azərbaycana öz dəstəyimizi bildiririk. Vətəndaş cəmiyyəti təbliğat, monitorinq, təmsilçilik və innovativ həllər təmin etməklə, iqlim dəyişmələri danışıqlarına öz töhfəsini verir. İqlim məsələləri ilə bağlı ictimaiyyətin məlumatlılığının artırılmasından tutmuş daha güclü iqlim siyasətinin icrasına nail olmaq üçün biz müxtəlif icmaların, xüsusən də həssas və təcrid vəziyyətinə düşmüş qrupların narahatlıqlarını danışıqlarda ön plana çıxarırıq. Bu baxımdan COP29-a sədrlik və ev sahibliyi edəcək Azərbaycanın bütün maraqlı tərəflərlə dialoq və əməkdaşlığın təşviqində rolu çox əhəmiyyətlidir”.

Azərbaycanın indiyədək ən inklüziv COP-a ev sahibliyi edəcəyinə inanırıq

Xarici QHT-lərin Bonn bəyanatında, həmçinin qeyd edilir ki, “həssas və təcrid vəziyyətinə düşmüş icmaların, o cümlədən yerli xalqların, qadınların və gənclərin səslərinin danışıqlar prosesində eşidilməsini və nəzərə alınmasını təmin etmək vacibdir. İqlim fəaliyyətinə təkan vermək üçün vətəndaş cəmiyyətinin əsas rolunu dərk etməklə, QHT nümayəndələrini qərarların qəbulu proseslərinə fəal şəkildə cəlb etməklə, insanların və planetin ehtiyaclarını prioritet elan etməklə, biz Azərbaycanın indiyədək ən inklüziv COP-a ev sahibliyi edəcəyinə inanırıq”.

Bəyanatda Azərbaycanın inkişaf etməkdə olan dünyanın ehtiyaclarını nəzərə alaraq, bu ölkələrdə yaşayan yüz milyonlarla insanın, o cümlədən inkişaf etməkdə olan kiçik ada dövlətlərinin iqlim dəyişmələri ilə bağlı çətinliklərini dilə gətirməsi, həlli üçün ardıcıl səy göstərməsi xüsusi vurğulanır. Bundan başqa, COP29 üzrə iqlim dəyişmələrinin həllində qlobal liderliyi öz üzərinə götürən Azərbaycanın mənalı əməkdaşlığa, iddialı öhdəliklər götürülməsinə, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında yeni maliyyə hədəfi üzrə konsensusa nail olacağına və hamı üçün bərabər və ədalətli gələcəyin qurulmasına doğru ciddi addımlar atacağına əminlik ifadə olunur. Bəyanat bu sözlərlə yekunlaşır: “Bonn konfransında iştirak edən vətəndaş cəmiyyəti təmsilçiləri iqlim sazişlərinin məqsədlərinə nail olmaq üçün bütün maraqlı tərəflərlə əməkdaşlığa hazırdır. Biz birlikdə əmin ola bilərik ki, COP29 dayanıqlı gələcəyə doğru mühüm mərhələni uğurla başa vuracaq”.

Rəqəmlər danışır

Son vaxtlar COP29-la əlaqədar Azərbaycana xarici QHT-lərdən ardıcıl dəstək bəyanatları qəbul olunmaqdadır. Beləliklə, son dörd ayda 50-dən çox ölkəni təmsil edən 360-dan artıq QHT və ictimai fəal birgə bəyanatlar yayaraq, Azərbaycanın COP29 üzrə qlobal liderliyini təqdir edib. Bu təşkilatlar arasında inkişaf etməkdə olan regionların təmsilçilərinin üstünlük təşkil etməsi də müşahidə olunur. Bu isə o deməkdir ki, Prezident İlham Əliyevin inkişaf etməkdə olan dünyanın problemlərini ardıcıl şəkildə qaldırması, qlobal təşəbbüslərlə çıxış etməsi dünyanın müxtəlif regionlarda böyük maraqla qarşılanır, diqqətlə izlənilir və Azərbaycana olan rəğbəti artırır. Xarici QHT-lərin bəyanatlarında Azərbaycana ümid yeri kimi yanaşılması da bunun bariz nümunələrindən biridi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şəkidə oğurluq edən maskalı şəxslər tutulub

09:57
05 Noyabr

Bakıda Dünya dini liderlərinin III Sammiti keçirilir YENİLƏNİB  

09:56
05 Noyabr

Orta Dəhlizlə yükdaşımaların həcmi 2030-cu ilə qədər 10 milyon tona çatacaq  

09:51
05 Noyabr

ABŞ-da seçki məntəqələri əməkdaşları təhdidlərlə üzləşiblər

09:33
05 Noyabr

Almaniya Ukraynaya əlavə 200 milyon avro yardım ayıracaq  

09:31
05 Noyabr

İqlim dəyişikliyi sağlamlığımızı da təhdid edir

09:00
05 Noyabr

Tramp, yoxsa Harris?!

08:55
05 Noyabr

Döyüş meydanında sona çatan 30 illik ömür yolu

08:50
05 Noyabr

Vüsala yetməyən ömür

08:45
05 Noyabr

"Biz çox şadıq ki, COP29 Azərbaycanda keçirilir"

08:40
05 Noyabr

“Yaşıl paytaxt”ın yeni abadlıq ünvanı

08:35
05 Noyabr

Prezident islahatlarının daha bir uğurlu nümunəsi

08:30
05 Noyabr

Heydər MƏMMƏDOV: "Ali hüquq təhsili alan gənclərin əksəriyyəti prokurorluq əməkdaşı olmaq istəyir"

08:25
05 Noyabr

"Ali təhsildə elmi fəaliyyətin və tədrisin təşkili: cari vəziyyət və yeni çağırışlar" və "Orta ixtisas təhsili pilləsində tədrisin təşkili: normativlər və cari vəziyyət"mövzularında tədbirlər keçirilib

08:20
05 Noyabr

Düşmən bütün cəbhələrdə itkilər verərək geri çəkilib

08:15
05 Noyabr

Əsrlərə bərabər 44 gündə yazılan möhtəşəm Zəfər

08:10
05 Noyabr

İlham Əliyevin Zəfər salnaməsi

08:05
05 Noyabr

Milli gücün təntənəsi

08:00
05 Noyabr

Zəfərin reallıqları - polad iradə, güclü dövlətçilik, etibarlı təhlükəsizlik sistemi

02:00
05 Noyabr

C.H.Musayevin Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında

00:55
05 Noyabr

Y.A.Ömərovun Azərbaycan Texnologiya Universitetinin rektoru təyin edilməsi haqqında

00:55
05 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!