25 Noyabr 2022 02:48
402
İDMAN
A- A+

"Belə olmamalı idi"

 

"Yaponiya üçün işləri asanlaşdırdıq. Xüsusilə ikinci qolda. Bir dünya çempionatında belə asan qol vurulub-vurulmadığını bilmirəm. Dünya çempionatındayıq, belə olmamalı idi". 
Bu sözləri Almaniya millisinin futbolçusu İlkay Gündoğan "DÇ-2022"nin qrup mərhələsinin 1-ci turunda Yaponiyaya 1:2 hesabı ilə uduzduqları görüşdən sonra deyib.
O, bacardıqları qədər oyuna hakim olduqlarını söyləyib: "Noyer  ikinci hissədə bir dəfə qolun qarşısını aldı. Hücumda çoxlu qol fürsətimiz oldu, ancaq ikinci qolu vura bilmədik. Topa sahib olmaqda inamsızlıq yarandı. Uzun ötürmələrlə oynadıq. Kimsə topu önündə saxlamaq istəmədi. Tez-tez və asan toplar itirdik".
Qeyd edək ki, İlkay Gündoğan  komandasının yeganə qolunun müəllifi olub. O, 33-cü dəqiqədə penaltidən hesabı açıb. 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video