Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
Bakıda keçirilən Belarus Mədəniyyəti Günləri çərçivəsində Belarus Respublikasının mədəniyyət naziri Anatoli Markeviçin rəhbərlik etdiyi geniş nümayəndə heyəti ölkəmizdə səfərdədir. Aprelin 2-də Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, qonaqları səmimi salamlayan nazir Azərbaycanla Belarus arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan və Belarus respublikalarının prezidentləri arasında olan qarşılıqlı etimad və dostluq münasibətləri bütün sahələrdə ikitərəfli münasibətlərimizin inkişaf dinamikasını və intensivliyini şərtləndirir. Bu əlaqələrin mühüm tərkib hissəsi ölkələrimizin başçıları tərəfindən dəfələrlə vurğulanan humanitar əməkdaşlıqdır.
Qeyd olunub ki, mədəniyyətin müxtəlif sahələri üzrə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün geniş perspektivlər vardır. Çünki xalqlarımızı ümumi tarix və mədəniyyət, xüsusilə də dövlət başçıları səviyyəsində müntəzəm görüşlərlə təsdiqlənən fəal siyasi dialoq birləşdirir.
Nazir ölkəmizdə keçirilən növbəti Belarus Mədəniyyəti Günlərini əlaqələrimizin inkişafına mühüm töhfə kimi səciyyələndirib, tədbirin dost ölkənin mədəniyyətinin təbliğində əhəmiyyətli rol oynayacağını diqqətə çatdırıb.
Belarusun mədəniyyət naziri Anatoli Markeviç səmimi qəbula, nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə və Belarus mədəniyyətinin nümayişinə yaradılan şəraitə görə minnətdarlığını bildirib.
Qeyd olunub ki, Belarus film sənayesi, kitabxana, musiqi və digər sahələrdə Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır. O, mədəni əməkdaşlığın yeni mərhələyə qaldırılması üçün ikitərəfli işçi qrupunun yaradılmasının əhəmiyyətli olacağını vurğulayıb.
Qonaq nazir Belarusda təşkil olunan ənənəvi mədəniyyət layihələri – Minsk Beynəlxalq Kitab Sərgisi, Vitebsk şəhərində keçirilən “Slavyan bazarı” Musiqi Festivalı və “Listopad” Minsk Beynəlxalq Film Festivalında Azərbaycanın mütəmadi iştirakını arzu etdiklərini diqqətə çatdırıb.
Söhbət zamanı mayın 1-dən 3-dək Bakıda keçiriləcək VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Belarus tərəfinin iştirakı da müzakirə olunub.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonda qarşılıqlı xatirə hədiyyələri təqdim edilib.
Viktor Orban Aİ-nin iqtisadi kursunu soyuq müharibə adlandırıb
Prezident: Fransa və onun kimi Qərb dövlətləri işğalı əbədi etmək üçün əllərindən gələni edirdilər
Azərbaycan parlamentinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin ilk iclası olub
Prezident İlham Əliyev: Cəbrayıl əməliyyatı xüsusi əhəmiyyətə malik idi
Azərbaycan Prezidenti: Azad edilmiş torpaqlarda aparılan işlər miqyasına görə xüsusi xarakter daşıyır
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib YENİLƏNİB
Sabahın hava proqnozu açıqlanıb
“ASAN xidmət” mərkəzi efiopiyalı nazirdə yüksək təəssürat yaradıb
Azərbaycan və Belarus arasında “Kənd təsərrüfatı məhsullarının istehsalının inkişafına dair birgə tədbirlər üzrə Yol Xəritəsi” imzalanıb
Bakıda istixana qazı emissiyalarında texnologiyanın rolu mövzusunda sessiya keçirilib
Hikmət Hacıyev: Gəncəyə atılan "Skad" İkinci Dünya Müharibəsindən sonra Avropada ballistik raketlərin ilk istifadəsi idi
Göldə gəmi qəzası: 78 nəfər batdı
Kim Çen In xəbərdarlıq etdi
Fernandu Santuş: Elə komanda qurmaq istəyirik ki, qələbələr çox, məğlubiyyətlər az olsun
DSMF: Doqquz ayda 75 mindən çox elektron arayış alınıb
Azərbaycan və Rusiya Xəzər dənizinin dayazlaşması məsələsi ilə əlaqədar ikitərəfli işçi qrup yaradıb
Nazir: Azərbaycanın məqsədi ədalət və bərabərliyə əsaslanan enerji keçidinə nail olmaqdır
COP29 Azərbaycan Əməliyyat Şirkəti beynəlxalq ISO 450001 sertifikatına layiq görülüb
Makrona artıq heç kim inanmır
Türkiyənin ədliyyə naziri Ulu Öndərin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi”ni ziyarət edib
ABŞ-də ölənlərin sayı 200 nəfərə çatdı
Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib YENİLƏNİB30 Sentyabr 2024
İnkişaf büdcəsi29 Sentyabr 2024
Prezident İlham Əliyev bir daha bəyan etdi28 Sentyabr 2024
Zəfərlə anırıq...27 Sentyabr 2024
VƏTƏNİN ŞƏHİD BALALARI27 Sentyabr 2024
Azərbaycan yeni strateji dövrdə26 Sentyabr 2024
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!