Bakıda Holokost qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib
Yanvarın 25-də Azərbaycan Dillər Universitetinin və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə Holokost qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Holokost qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra çıxış edən Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla bildirib ki, Holokost qurbanlarının anım günü, sadəcə, insanların anım günü kimi qeyd edilmir, həmçinin onların birlik, bərabərlik, yüksəliş günüdür.
"Holokost qurbanları həyatlarını boş yerə qurban vermədilər. Onlar insanlıq naminə qurban getdilər. Azərbaycan-İsrail münasibətləri bu gün düşmənlərimizin gözləri götürməyəcək qədər güclüdür. Biz bu birliyin gələcəkdə çox xeyrini görəcəyik", - deyə K.Abdulla qeyd edib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov diqqətə çatdırıb ki, Holokost qurbanlarının xatirəsi hər il mərkəz tərəfindən yad olunur. O bildirib ki, Holokost yalnız bir xalqın faciəsi deyil, eyni zamanda, insanın insana edə biləcəyi ən böyük cinayətdir. "Biz soyqırımından, ayrı-seçkilikdən, deportasiyadan dərs çıxararaq daha gözəl gələcəyə addım atmalıyıq. Ölkəmizdəki yəhudilər min illərlə Azərbaycan xalqı ilə birlikdə sülh şəraitində yaşayırlar”, - deyə Rəvan Həsənov vurğulayıb.
İsrailin ölkəmizdəki səfiri Corc Dik isə deyib ki, yəhudi nifrəti hələ də mövcuddur və bu nifrət əvvəlkindən daha qəddar, daha kəskin formadadır. Təəssüf ki, 75 il bundan qabaq yəhudilər öz ölkələrindən qovulsalar da, yəhudi nifrəti hələ də kəskin şəkildə qalmaqdadır.
Səfir bildirib ki, Azərbaycan bütün xalqların, eləcə də yəhudilərin sülh şəraitində, heç bir problem olmadan yaşadığı ölkədir. Onun sözlərinə görə, burada hər hansı ravvin heç bir narahatlıq keçirmədən, sərbəst şəkildə gəzə bilər. Onlar hətta Bakı küçələrində gəzərkən özlərini Avropanın ən məşhur paytaxtlarından belə təhlükəsizlikdə hiss edirlər.
Digər çıxış edənlər bildiriblər ki, Holokost tarixin, sadəcə, qanlı səhifəsi deyil, eyni zamanda, kimliyin insanlığın əlindən alınmasıdır.
Holokost zamanı 6 milyondan çox yəhudi qırğına məruz qalıb. Onların 1,5 milyonu uşaqlar olub. Qeyd edilib ki, Holokostun unudulmaması insanlıq üçün çox vacibdir, ən vacibi isə Holokostun tarixinin gələcək nəsillərə ötürülməsidir.
Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin göstərişi ilə bu yaxınlarda İsraildə Azərbaycanın səfirliyi açılıb. Bu, İsrail-Azərbaycan əməkdaşlığının daha da yaxşılaşmasına mühüm töhfədir.
Xatırladaq ki, BMT Baş Assambleyası tərəfindən 2005-ci il noyabrın 1-də qəbul olunmuş müvafiq qətnaməyə əsasən, hər il yanvarın 27-si Beynəlxalq Holokost Qurbanlarının Anım Günü kimi qeyd edilir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Beynəlxalq ictimaiyyət: Azərbaycanın İrandakı səfirliyinə hücum qəbulolunmazdır və ciddi araşdırma t...
28 Yanvar
Azərbaycan Prezidenti: Bu gün Misir yerləşdiyi bölgədə sabitləşdirici rol oynayır
28 Yanvar
Prezident: Biz müharibə apararaq işğala son qoyduq və ədaləti bərpa etdik
28 Yanvar
Prezident İlham Əliyev: Qarabağ Azərbaycanın ayrılmaz hissəsi olaraq qalır və əbədi qalacaqdır...
28 Yanvar
İtaliyanın Barselona və Berlindəki diplomatik nümayəndəliklərinə qarşı hücumlar olub
28 Yanvar
ABŞ-dakı icmamız terror aktı ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib
28 Yanvar
Fevralın 1-dək respublikanın bəzi bölgələrində qar yağacaq
28 Yanvar
Corc Vaşinqton Universitetinin Azərbaycanlı Tələbələr Birliyi bəyanat yaydı
28 Yanvar
Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin Azərbaycana səfəri başa çatıb
28 Yanvar
Ağsaqqallar Şurası Tehrandakı səfirliyimizdə törədilən terror aktı ilə bağlı bəyanat yaydı ...
28 Yanvar
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Sadiq dost, əsl tərəfdaş27 Yanvar 2023

İlham Əliyevin sülh gündəliyi25 Yanvar 2023

Azərbaycanın nailiyyətləri daha böyük inkişafın başlanğıcıdır24 Yanvar 2023

Qisas qiyamətə qalmadı20 Yanvar 2023

20 Yanvar faciəsinə gedən yol19 Yanvar 2023

Prezident İlham Əliyev Davosda Çinin CGTN televiziya kanalına müsahibə verib18 Yanvar 2023

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!