21 Fevral 2024 16:20
215
CƏMİYYƏT
A- A+

Azərbaycanla Latviya arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlığın genişləndirilməsinə dair müzakirə aparılıb

 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli və Latviya Respublikasının kənd təsərrüfatı nazirinin müavini Normunds Smit arasında görüş keçirilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlər, həmçinin bu sahədə beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verilıb.

Görüşdə Azərbaycan ilə Latviya arasında qida məhsullarının dövriyyəsi sahəsində əlaqələrin genişləndirilməsi və “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Latviya Respublikasının Qida və Baytarlıq Xidməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” çərçivəsində iki qurum arasında əməkdaşlıq müzakirə olunub. Latviyada fəaliyyət göstərən və ölkəmizə yüksək riskli məhsul ixrac edən müəssisələrin təsdiqi sahəsindəki vəziyyət və ölkələrimiz arasında qida təhlükəsizliyinə nəzarət sisteminin ekvivalentliyinin tanınması nəzərdən keçirilib.

Azərbaycanla Latviya arasında qida məhsulları, fitosanitar və baytarlıq nəzarətində olan məhsulların idxal-ixrac əməliyyatlarına diqqət yetirilib. Həmçinin qida təhlükəsizliyi sahəsində beynəlxalq layihələrdə birgə iştirakın genişləndirilməsi, eləcə də ekspertlər üçün təcrübə mübadiləsi və təlim imkanları ətrafında fikir mübadiləsi aparılıb. Regionda epizootik vəziyyətin yaxşılaşdırılması və beynəlxalq standartlara uyğunlaşdırılması, eyni zamanda iki ölkənin səlahiyyətli qurumlarının beynəlxalq aləmdə tanınmasının artırılması məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək işlər müzakirə edilib. Eləcə də ölkəmizdən bitkiçilik məhsullarının Latviyaya ixracının genişləndirilməsi və “Qırmızı körpü” Qida Təhlükəsizliyi Nəzarət Məntəqəsinin akkreditasiya prosesi ilə bağlı Latviyanın beynəlxalq təcrübəsinin öyrənilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlərə də toxunulub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video