31 Yanvar 2024 09:05
13617
SİYASƏT
A- A+
Azərbaycan zirvəsinə alçaqdan daş atanlar

Azərbaycan zirvəsinə alçaqdan daş atanlar

 

Təşkilatlanaraq ölkəmizə hücuma keçən bəzi Qərb ölkələri və qurumları Ermənistan kimi məğlubiyyətə məhkumdurlar

 

Bu gün Şuşa, Xankəndi Zəfər zirvələrindən Azərbaycanın dost və düşmənləri də aydın görünür. Kimlər ölkəmizlə səmimi dostdur, etibarlı tərəfdaşdır, kimlərsə də düşmən səfdə dayanaraq çirkin yollarla Cənubi Qafqazın lider ölkəsinin uğurlarına kölgə salmaq üçün fitnə-fəsad törədirlər, hamısı bir-bir aşkara çıxır. 
44 günlük Vətən müharibəsi və 23 saatlıq antiterror tədbirləri onilliklərdir Azərbaycana qarşı pərdə arxasından riyakar siyasət yürüdən başda ABŞ, Fransa, Almaniya, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası kimi qurumların da maskasını cırır, eybəcər simalarını ortaya qoyur. 

 

Riyakarlar ittifaqı

 

Azərbaycan xalqı, dövləti 30 illik işğal müddətində də daim erməni təəssübkeşliyi edən Qərb ölkə və qurumlarının ikili standartları ilə üz-üzə idi. Özlərini dünyada "ədalətin tərəzisi", "humanizm"in keşikçisi sayan qərəzli Qərb siyasətçiləri ərazilərimizin işğalına, Qarabağda hökm sürən separatizmə görə təcavüzkar Ermənistana heç bir təzyiq göstərmir, ona qarşı qətnamələr qəbul etmir, bəyanatlar səsləndirmirdilər. Onlar yurdlarından didərgin salınan yüz minlərlə azərbaycanlının taleyinə biganəlik nümayiş etdirərək, zülm-zillət içərisində çadırlarda, vaqonlarda, yataqxanalarda acınacaqlı vəziyyətdə yaşayan insanlarımıza heç gözlərinin ucu ilə də baxmırdılar. Həmin dövrdə Avropa və ABŞ-nin korrupsioner siyasətçiləri erməni lobbisinin pullarını ciblərinə axıdaraq bölgədə münaqişə vəziyyətinin, torpaqlarımızın  işğalının sonsuzadək sürməsi üçün səy göstərirdilər.    
Buna görədir ki, Azərbaycanın beynəlxalq hüquq çərçivəsində öz milli maraqlarını təmin etməsinə, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini öz gücünə yerinə yetirərək torpaqlarını işğaldan azad etməsinə, bayrağını Xankəndidə dalğalandırmasına dözə bilməyən islamofob, türkofob, azərbaycanofob Qərb ölkə və qurumları təşkilatlanaraq ölkəmizə qarşı hücuma  keçiblər. Bu ilin yanvar ayında Fransa Senatının Azərbaycana qarşı qətnamə qəbul etməsi, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borelin ölkəmizə qarşı əsassız iddialar səsləndirməsi, Avropa Şurası Parlament Assambleyasının Azərbaycanın səsini dondurmaq kimi çirkin addımı buna sadəcə bir neçə nümunədir. 

 

Sülh düşmənləri

 

2020-ci ilin noyabrında, Vətən müharibəsi bitdikdən dərhal sonra Azərbaycan Ermənistana sülh müqaviləsinin əsasını təşkil edəcək beş prinsipi təqdim edib. Azərbaycan 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti özü bərpa etmiş ölkə olaraq yeni sülh prosesinin müəllifi olması ilə də Cənubi Qafqazda davamlı barışa tərəfdar olduğunu nümayiş etdirib. Ancaq nə sirri-hikmətdirsə, Bakının bölgədə real sülhə gətirib çıxaracaq bu addımları Qərbdə böyük narahatlığa, sözün əsl mənasında panikaya, qorxuya  səbəb olub. Müstəmləkəçi Fransanın başçılığı ilə təşkilatlanan Qərb təsisatları əllərindən gələni edirlər ki, təki Qafqazda sülh olmasın. 
Onlar bir tərəfdən təcavüzkar Ermənistanı silahlandıraraq onu revanşa həvəsləndirir, Qarabağın erməni sakinlərinin olmayan problemlərindən dəm vurur, digər tərəfdən də oyuncağa çevirdikləri beynəlxalq təşkilatlar vasitəsilə Azərbaycana qarşı əsassız və heç bir hüquqa dayanmayan qətnamələr qəbul edirlər, öz aləmlərində ölkəmizə təzyiq etməyə çalışırlar. 
Heç kimə sirr deyil ki, Avropa Şurası müxtəlif Avropa ölkələrinin Avropa Parlamentinə düşə bilməyən islamofob və türkofob təfəkkürlü nümayəndələrinin düşərgəsinə, təzyiq alətinə çevrilib. 
Bu il yanvarın 22-də qış yarımsessiyasının açılış günündə AŞPA-da ölkəmizin nümayəndə heyətinin etimadnamələri təsdiq edilmədi. Bu rəzil təşəbbüs formal olaraq almaniyalı deputat Frank Şvabe tərəfindən irəli sürülsə də, məsələnin arxasında AŞPA rəhbərliyinin özünün durduğu da məlum faktdır. 
Eyni zamanda bu fakt Fransanın Almaniya vasitəsilə AŞPA-nı Azərbaycana qarşı vasitə kimi istifadə etməyə çalışdığının əyani sübutudur. 
Ancaq qoca qitənin ölkəmizdən qisas almaq istəyi və cəhdləri səmərəsizdir. Hazırda nəinki dünya səviyyəsində, heç Avropada da nüfuzu olmayan Avropa Şurasına Azərbaycanın ehtiyacı yoxdur. Azərbaycan nümayəndə heyətinin AŞPA-da fəaliyyətini dayandırması da onlara daha bir tutarlı cavabdır. 

 

Dost dosta tən olmazsa...

 

Baş verən hadisələrin fonunda qabarıq görünən bir ayrı məqam isə özümüzə dost saydığımız bəzi ölkələrin sərgilədikləri dosta yaraşmayan mövqeləri oldu. 
Azərbaycanın AŞPA-da fəaliyyətini dayandırmasından sonra bu qurum nümayəndə heyətimizin iştirakı olmadan ölkəmizin nümayəndə heyətinin səsinin dondurulması barədə qərar qəbul edib. Təbii ki, mahiyyət etibarilə bu qərarın ölkəmiz üçün bir qara qəpiklik dəyəri yoxdur.  
Ancaq AŞPA-da həmin bədnam qərarın qəbulu zamanı Gürcüstan, Ukrayna və Moldovanın nümayəndələrinin qeyri-səmimi mövqe nümayiş etdirmələri böyük təəssüf doğurdu. Nədənsə bu ölkələrin nümayəndələri özlərində həmin sənədin qəbulunun əleyhinə səs vermə iradəsi tapa bilmədilər... 
Gürcüstan, Ukrayna və Moldovanın nümayəndələrinin keçirilmiş səsvermədə tutduqları mövqe sözün əsl mənasında Azərbaycana arxadan vurulan zərbə idi. Baxmayaraq ki, Azərbaycanın sözügedən ölkələrə yaxşılıqdan başqa heç nə etmədiyi də danılmaz reallıqdır. Təkcə bir neçə fakt gətirək: əgər bu gün Gürcüstan Ermənistan kimi dalan ölkə deyilsə, bu məhz Azərbaycanın sərmayələri sayəsindədir. 
Azərbaycan hər zaman Ukraynanın da, Moldovanın da ərazi bütövlüyünü dəstəkləyib. Müharibədə dağıntılara məruz qalan Ukraynaya yardım əli uzadıb, Moldovanın iqtisadi inkişafına töhfələr verib.
Adıçəkilən bu dövlətlərlə Azərbaycanı həm də GUAM təşkilatı birləşdirir. Onlar Azərbaycanın tərəfdaşları sayılırlar və bütün beynəlxalq tədbirlərdə bir-birlərinin hüquqlarını qorumağa da borcludurlar. Amma reallıqlar göstərdi ki, hər şey göründüyü kimi deyil və bizə dost görünən qeyri-səmimi dostlarımız da az deyil. 
Gürcüstan, Ukrayna və Moldova bu davranışları ilə Azərbaycanın özlərinə olan inam və etibarını dərindən sarsıtmış oldular. Və dövlətlərarası münasibətlərimizə yenidən baxılmasına ehtiyac olduğunu faktlarla ortaya qoydular. 

Yasəmən MUSAYEVA, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

IV Şəki Beynəlxalq Teatr Festivalının rəsmi açılış mərasimi olub  

22:25
01 Dekabr

Azərbaycan derbisi: "Qarabağ" "Neftçi"yə böyük hesabla qalib gəlib  

22:22
01 Dekabr

Hakan Fidan ilə Antoni Blinken beynəlxalq vəziyyəti müzakirə ediblər  

22:20
01 Dekabr

Zelenski Avropa İttifaqı Şurasının yeni prezidenti ilə regiondakı vəziyyəti müzakirə edib  

19:41
01 Dekabr

Fərid Qayıbov: “Üzgüçülük hamı üçün” yarışında müxtəlif yaşda olan insanlara rast gəlmək sevindirici məqamdır

16:19
01 Dekabr

Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur

16:07
01 Dekabr

İrakli Kobaxidze: ABŞ-ın Gürcüstanla strateji tərəfdaşlığı dayandırmaq barədə qərarı müvəqqəti xarakter daşıyır  

16:03
01 Dekabr

Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində növbəti başçəkmə həyata keçirilib

15:52
01 Dekabr

Misli Premyer Liqasında Azərbaycan derbisi: “Qarabağ” “Neftçi”yə qarşı

15:29
01 Dekabr

Bakıda “Üzgüçülük hamı üçün” layihəsinin açılış mərasimi keçirilib  

14:47
01 Dekabr

Bakı Təşəbbüs Qrupu BMT-də Afrika əsilli xalqların hüquqlarının müdafiəsinə dair tədbirdə təmsil olunacaq  

14:09
01 Dekabr

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

13:59
01 Dekabr

Mərakeş Diplomatik Araşdırmalar Akademiyasında Azərbaycanın xarici siyasətindən danışılıb  

13:37
01 Dekabr

Rumıniyanın Prezidenti Zati-aliləri cənab Klaus Verner İohannisə  

11:47
01 Dekabr

Prezident İlham Əliyev Laçının işğaldan azad edilməsinin dördüncü ildönümü münasibətilə paylaşım edib VİDEO  

11:39
01 Dekabr

Alimlər inanılmaz həcmdə məlumatların almazda saxlamağın yolunu tapıblar

10:49
01 Dekabr

İranın XİN başçısı Türkiyəyə səfər edəcək

10:08
01 Dekabr

Dünyanı bürüyən mərəz 

08:50
01 Dekabr

Dənizkənarı Milli Park - milli mədəniyyətimizin ən qiymətli parçasından biri

08:45
01 Dekabr

SES ən sərfəli alternativ enerji mənbəyidir

08:40
01 Dekabr

Gəncədə keçirilən əmək yarmarkasında 300-ə yaxın vakansiya təqdim olunub

08:35
01 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!