06 Mart 2020 01:54
1942
Konstitusiya məhkəməsi

Azərbaycan Respublikası adından


2020-ci il fevralın 9-da keçirilmiş AzərbaycanRespublikası Milli Məclisi seçkilərinin nəticələrinin yoxlanılması və təsdiqinədair

Azərbaycan Respublikası Konstitusiya MəhkəməsiPlenumunun Qərarı


Azərbaycan Respublikası Konstitusiya MəhkəməsininPlenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov(məruzəçi-hakim), Ceyhun Qaracayev, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov,İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, məhkəmə katibləri Fəraid Əliyev və VüqarZeynalovun,

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasınınsədri Məzahir Pənahov, sədr müavini Rövzət Qasımov, katibləri Arifə Muxtarova vəMikayıl Rəhimov, üzvləri Fuad Cavadov, Şaitdin Əliyev, Ramiz İbrahimov, Validə Kazımova,Hüseyn Paşayev, İlham Məmmədov, Nizami Nadirxanlı, Qabil Orucov, Bəxşeyiş Əsgərov,Tofiq Həsənov, Almas Qəhrəmanlı, Etibar Quliyev və İlkin Şahbazovun,

ekspertlər Bakı Dövlət Universitetinin Hüquqfakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti Nəsib Şükürov və həmin kafedranınmüəllimi, hüquq üzrə fəlsəfə doktoru Gülşən Cəbinin,

mütəxəssislər Azərbaycan Respublikası DövlətStatistika Komitəsinin əməkdaşları Ulduzə Həmidova və Gülnar Əhmədovanın iştirakıilə,

Azərbaycan Respublikası Konstitusiyasının86-cı maddəsinə və 130-cu maddəsinin VIII hissəsinə müvafiq olaraq xüsusi konstitusiyaicraatı qaydasında açıq məhkəmə iclasında Azərbaycan Respublikası Mərkəzi SeçkiKomissiyasından daxil olmuş materiallar üzrə Azərbaycan Respublikasının Milli Məclisinə2020-ci il fevralın 9-da keçirilmiş seçkilərin nəticələrinə dair konstitusiya işinəbaxdı.

Hakimlər R.İsmayılov və R.Qvaladzenin məruzələrini,Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri M.Pənahovun çıxışını,ekspertlər N.Şükürov və G.Cəbinin, mütəxəssislər U.Həmidova və G.Əhmədovanın rəylərinidinləyib müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

MÜƏYYƏNETDİ:

Azərbaycan Respublikası Konstitusiyasının(bundan sonra - Konstitusiya) 981-ci maddəsinin I hissəsinə və 109-cu maddəsinin1-ci bəndinə uyğun olaraq Azərbaycan RespublikasıPrezidentinin 2019-cu il 5 dekabr tarixli Sərəncamı ilə beşinci çağırış AzərbaycanRespublikasının Milli Məclisi (bundan sonra - Milli Məclis) buraxılmış, Milli Məclisənövbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilmiş və həmin gün seçkilərkeçirilmişdir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin(bundan sonra - Seçki Məcəlləsi) 171.2-cimaddəsinə əsasən, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası (bundan sonra- Mərkəzi Seçki Komissiyası) səsvermə günündən ən geci 20 gün keçənədək dairə seçkikomissiyalarının protokollarını (bu Məcəlləyə uyğun olaraq onlara əlavə edilən sənədlərləbirlikdə) yoxlayır, 24 saat müddətində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə(bundan sonra - Konstitusiya Məhkəməsi) təqdim edir.

Konstitusiyanın 86-cı maddəsinə görə, MilliMəclis deputatlarının seçkilərinin nəticələrinin düzgünlüyünü qanunla müəyyən olunmuşqaydada Konstitusiya Məhkəməsi yoxlayır və təsdiq edir.

"Konstitusiya Məhkəməsi haqqında” AzərbaycanRespublikası Qanununun (bundan sonra - "Konstitusiya Məhkəməsi haqqında” Qanun)54.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, Milli Məclis deputatlarının seçkilərininnəticələrinin yoxlanılması və təsdiq edilməsi qaydaları Seçki Məcəlləsi ilə müəyyənedilir. Bu qaydalara uyğun olaraq Konstitusiya Məhkəməsi Mərkəzi Seçki Komissiyasıtərəfindən təqdim olunmuş sənədləri aldıqdan sonra 10 gün müddətində müvafiq mütəxəssisləricəlb etməklə həmin sənədlərin Seçki Məcəlləsinə uyğunluğunu yoxlayır (Seçki Məcəlləsinin171.3-cü maddəsi).

Qanunvericiliyin yuxarıda göstərilən tələblərinəmüvafiq olaraq, Mərkəzi Seçki Komissiyası 2020-ci il fevralın 9-da keçirilmiş MilliMəclisə seçkilərin yekunlarının yoxlanılması və təsdiq edilməsi məsələsinə baxılmasıüçün səsvermənin ümumi yekunları haqqında protokolunu və dairə seçki komissiyalarınınprotokollarını onlara əlavə edilmiş sənədlərlə birlikdə Konstitusiya Məhkəməsinətəqdim etmişdir.

2020-ci il fevralın 9-da keçirilmiş MilliMəclisə seçkilərin ümumi yekunlarına dair Mərkəzi Seçki Komissiyasının protokolunaəsasən:

1. Seçki siyahılarına daxil edilmiş seçicilərinümumi sayı - 5 359 015 (beş milyon üç yüz əlli doqquz min on beş);

2. Səsvermədə iştirak edən seçicilərin sayı- 2 510 135 (iki milyon beş yüz on min yüz otuz beş);

3. Dairə seçki komissiyalarının sayı -125 (bir yüz iyirmi beş);

4. Dairə seçki komissiyaları tərəfindən təqdimedilmiş protokolların sayı - 125 (bir yüz iyirmi beş);

5. Mərkəzi Seçki Komissiyası protokolununtərtib edilməsi üçün əsas götürülmüş dairə seçki komissiyaları protokollarının sayı- 121 (bir yüz iyirmi bir);

6. Səsvermənin nəticələri etibarsız hesabedilmiş seçki dairələrinin sayı - 4 (dörd);

7. Səsvermənin baş tutmadığı seçki dairələrininsayı - 0 (sıfır);

8. Səsvermənin nəticələri etibarsız hesabedilmiş seçki məntəqələrinin sayı - 328 (üç yüz iyirmi səkkiz) olmuşdur.

Mərkəzi Seçki Komissiyasının səsverməninümumi yekunlarına dair 2020-ci il 25 fevral tarixli protokoluna əsasən 125 seçkidairəsindən 121 seçki dairəsi üzrə səsvermənin nəticələri etibarlı hesab edilmişvə həmin seçki dairələri üzrə deputat seçilmiş namizədlər müəyyən olunmuşdur.

Mərkəzi Seçki Komissiyasının 2020-ci il13 fevral tarixli 23/132, 23/133, 23/134 və 23/135 saylı qərarları ilə 80 saylıİmişli-Beyləqan, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran kənd və 33 saylı Xətaibirinci seçki dairələri üzrə Milli Məclisə seçkilər etibarsız hesab edilmişdir.

Bundan başqa, Konstitusiya Məhkəməsinə təqdimedilmiş materiallardan göründüyü kimi, Mərkəzi Seçki Komissiyası tərəfindən qanunpozuntuları ilə bağlı daxil olmuş şikayət və müraciətlər üzrə araşdırmalar aparılmış,müxtəlif məlumat mənbələri, o cümlədən veb-kamera görüntüləri və digər materiallarəsasında 328 seçki məntəqəsində seçki qanunvericiliyinin tələblərinin pozulmasımüəyyən edilmiş və həmin məntəqələr üzrə səsvermənin nəticələri etibarsız hesabedilmişdir.

Materiallardan o da görünür ki, 2020-ci ilfevralın 9-da Milli Məclisə seçkilərin hazırlanması, keçirilməsi və nəticələrininmüəyyən olunması zamanı fəaliyyətlərində yol verdikləri nöqsanlar səbəbindən ümumilikdə87 seçki məntəqəsinin məntəqə seçki komissiyaları buraxılmışdır.

SeçkiMəcəlləsinin 100.12-ci maddəsinə əsasən, seçki komissiyasının protokolu seçki komissiyasınınhəlledici səs hüquqlu üzvləri tərəfindən tərtib edilir və seçki komissiyasının həlledicisəs hüquqlu üzvlərinin ümumi sayının ən azı 2/3-si tərəfindən imzalanır. Həmin Məcəllənin28.2-ci maddəsinə görə isə Mərkəzi Seçki Komissiyasının qərarları açıq səsverməyolu ilə Mərkəzi Seçki Komissiyasının iclasında komissiya üzvlərinin 17-si və ya18-i iştirak edərsə - azı 12 üzvün səs çoxluğu ilə qəbul edilir.

Konstitusiya Məhkəməsinə təqdim edilmiş səsverməninümumi yekunlarına dair Mərkəzi Seçki Komissiyasının 2020-ci il 25 fevral tarixliprotokolundan göründüyü kimi, bu sənədi Mərkəzi Seçki Komissiyasının 17 həlledicisəs hüquqlu üzvlərindən 17-si imzalamışdır.

Konstitusiya Məhkəməsi Seçki Məcəlləsinin171.3-cü və "Konstitusiya Məhkəməsi haqqında” Qanunun 54.4-cü maddələrinin tələblərinəuyğun olaraq, Mərkəzi Seçki Komissiyası tərəfindən təqdim edilmiş sənədlərin SeçkiMəcəlləsinə uyğunluğunun yoxlanılması üçün ekspert və mütəxəssisləri cəlb etmiş,Bakı, Sumqayıt, Gəncə, Şirvan, Şəki Apelyasiya məhkəmələrindən, Naxçıvan MuxtarRespublikasının Ali Məhkəməsindən, Azərbaycan Respublikası Ali Məhkəməsindən vəAzərbaycan Respublikası Prokurorluğundan seçki hüquqlarının müdafiəsi və seçki qanunvericiliyininpozulması ilə əlaqədar baxılmış şikayət və ərizələr haqqında məlumatları tələb etmişdir.

Ekspert qismində cəlb edilmiş Bakı DövlətUniversitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti N.Şükürovvə həmin kafedranın müəllimi G.Cəbinin rəylərindən göründüyü kimi, Mərkəzi SeçkiKomissiyasının yekun protokoluna əlavə edilmiş dairə seçki komissiyalarının protokollarınaSeçki Məcəlləsinin 100.2, 107.2 və 107.3-cü maddələrində göstərilmiş bütün məlumatlardaxil edilmiş, Mərkəzi Seçki Komissiyasının yekun protokolu isə Seçki Məcəlləsinin108.2-ci maddəsinə uyğun olaraq dairə seçki komissiyalarının protokollarında olanbütün məlumatların ümumiləşdirilməsi əsasında tərtib edilmişdir.

Protokolların karandaşla yazılması və həminprotokollara hər hansı düzəlişlərin edilməsi müəyyən olunmamışdır.

Beləliklə, ekspertlərin rəyindən göründüyükimi, 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərin nəticələrinədair Mərkəzi Seçki Komissiyasının 2020-ci il 25 fevral tarixli protokolu və onaəlavə olunmuş sənədlər Seçki Məcəlləsinin 100.2, 100.12, 107.2, 107.3 və 108.2-cimaddələrinin tələblərinə uyğundur.

Mütəxəssislər Azərbaycan Respublikası DövlətStatistika Komitəsinin əməkdaşları U.Həmidova və G.Əhmədovanın rəyinə əsasən, MərkəziSeçki Komissiyasının yekun protokoluna əlavə edilmiş 121 dairə seçki komissiyasınınprotokolları Seçki Məcəlləsinin 100.2 və 107.3-cü maddələrinin tələblərinə tam cavabverir. Həmin protokollar Seçki Məcəlləsinin 107.2-ci maddəsinə müvafiq olaraq məntəqəseçki komissiyalarının protokollarında olan bütün məlumatların ümumiləşdirilməsiəsasında tərtib edilmişdir.

Mərkəzi Seçki Komissiyasının yekun protokoluSeçki Məcəlləsinin 108.2-ci maddəsinin tələblərinə uyğun tərtib edilmişdir.

Dairə seçki komissiyaları protokolların,Mərkəzi Seçki Komissiyası isə yekun protokolun hesablanmasını düzgün aparmışlar.Həmin sənədlərdə nöqsanlar, səhvlər, yolverilməz düzəlişlər və uyğunsuzluqlar aşkaredilməmişdir.

Mütəxəssislərin rəyinə əsasən 2020-ci ilfevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərə dair Mərkəzi Seçki Komissiyasıtərəfindən təqdim olunmuş 121 dairə seçki komissiyasının protokolları Seçki Məcəlləsinin100.2, 100.12, 107.2, 107.3 və 108.2-ci maddələrinin tələblərinə tam uyğun tərtibedilmişdir.

Bakı Apelyasiya Məhkəməsinin 2020-ci il3 mart tarixli 5d-64/2020 və 2020-ci il 4 mart tarixli 5d-66/2020 saylı məktublarındangöründüyü kimi, seçki günündən sonra məhkəməyə 72 ərizə daxil olmuş, onlardan13 iş aidiyyəti üzrə müvafiq məhkəməyə göndərilmiş, 16 iş üzrə iddia mümkün sayılmamış,2 iş üzrə iddia qismən təmin edilmiş, lakin bu dairə seçki komissiyalarının ümuminəticələrinə təsir göstərməmiş və 41 iş üzrə iddia əsassız olduğu üçün təmin edilməmişdir.

Sumqayıt Apelyasiya Məhkəməsinin 2020-ciil 3 mart tarixli 02110/2020 saylı məktubunda göstərilmişdir ki, həmin məhkəmədəMərkəzi Seçki Komissiyasının qərarı ilə bağlı 20 işə baxılmış, 12 iş üzrə iddiatəmin edilməmiş, 7 iş üzrə iddialar mümkün sayılmamış və 1 iş aidiyyəti üzrə göndərilmişdir.

Gəncə Apelyasiya Məhkəməsinin 2020-ci il3 və 4 mart tarixli 31-15/2020 saylı məktublarına əsasən məhkəmənin icraatında MərkəziSeçki Komissiyasının qərarları ilə bağlı 19 işə baxılmış, onlardan 15 iş üzrə iddiatəmin edilməmiş, 4 iddia isə mümkün sayılmamışdır.

Şirvan Apelyasiya Məhkəməsinin 2020-ci il3 mart tarixli 6dx-87/2020 saylı məktubundan məlum olduğu kimi, bu məhkəməyə MərkəziSeçki Komissiyasının qərarlarından 21 ərizə daxil olmuş, 16 iddia təmin edilməmiş,4 iddia mümkün sayılmamış və 1 iddia aidiyyəti üzrə göndərilmişdir.

Şəki Apelyasiya Məhkəməsinin 2020-ci il3 mart tarixli 26/255, 2020-ci il 4 mart tarixli 26/260 və 26/268 saylı məktublarındangöründüyü kimi, həmin məhkəməyə Milli Məclisə seçkilərlə bağlı 18 ərizə daxil olmuş,15 iş üzrə iddia təmin edilməmiş, 3 iş üzrə iddia mümkün sayılmamışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin2020-ci il 2 mart tarixli 20-03/22 saylı məktubuna əsasən, Milli Məclisə 2020-ciil fevralın 9-da keçirilmiş seçkilərlə bağlı 1 işə baxılmış, iddia təmin edilməmişdir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin2020-ci il 4 mart tarixli 2-124/20 saylı məktubundan görünür ki, həmin məhkəmə tərəfindən78 işə baxılmış, onlardan 64 iş üzrə apelyasiya instansiyası məhkəmələrinin qərarvə qərardadları dəyişdirilmədən saxlanılmış, 3 iş üzrə məhkəmə qərarları ləğv edilmişvə yenidən işlərə baxılarkən iddialar təmin edilməmiş və ya mümkün sayılmamış,9 iş üzrə kasasiya şikayəti mümkün sayılmamış, 2 iş isə geri qaytarılmışdır.

Azərbaycan Respublikası Prokurorluğunun2020-ci il 27 fevral tarixli 04xid1490 saylı məktubundan göründüyü kimi, 2020-ciil fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə bağlı seçki hüququnun və seçkiprosesinin pozulması ilə əlaqədar cəmi 67 müraciət daxil olmuş, həmin müraciətləraidiyyəti üzrə baxılması üçün Mərkəzi Seçki Komissiyasına göndərilmişdir.

Beləliklə, məhkəmələr tərəfindən təqdim olunmuşməlumatlar belə nəticəyə gəlməyə əsas verir ki, məhkəmələrdə müraciətlər əsasındabaxılmış işlər 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərin ümumiyekunlarına dair Mərkəzi Seçki Komissiyasının protokoluna heç bir təsir göstərməmişdir.

Yuxarıda göstərilənləri nəzərə alaraq, KonstitusiyaMəhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, 2020-ci il fevralın 9-da keçirilmişMilli Məclisə seçkilərin ümumi yekunlarına dairMərkəzi Seçki Komissiyasının 2020-ci il 25 fevral tarixli protokolu və onaəlavə edilmiş sənədlər Seçki Məcəlləsinin 100.2, 100.12, 107.2, 107.3 və 108.2-cimaddələrinin tələblərinə uyğun hesab edilməli və seçkilərin nəticələri təsdiq edilməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının86-cı maddəsini və 130-cu maddəsinin VIII, IX hissələrini, "Konstitusiya Məhkəməsihaqqında” Azərbaycan Respublikası Qanununun 54, 62, 63, 65, 67 və 69-cu maddələrinirəhbər tutaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

QƏRARAALDI:

1. 2020-ci il fevralın 9-da keçirilmiş AzərbaycanRespublikası Milli Məclisi deputatlarının seçkilərinin nəticələrinə dair AzərbaycanRespublikası Mərkəzi Seçki Komissiyasının 2020-ci il 25 fevral tarixli protokoluvə ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Seçki Məcəlləsinin 100.2,100.12, 107.2, 107.3 və 108.2-ci maddələrinin tələblərinə uyğun hesab edilsin.

2. Azərbaycan Respublikasının Milli Məclisinə2020-ci il fevralın 9-da keçirilmiş

1 saylı Şərur-Sədərək,

2 saylı Şərur,

3 saylı Babək-Kəngərli-Naxçıvan,

4 saylı Naxçıvan şəhər,

5 saylı Şahbuz-Babək,

6 saylı Culfa-Babək,

7 saylı Ordubad-Culfa,

8 saylı Binəqədibirinci,

9 saylı Binəqədiikinci,

10 saylı Binəqədiüçüncü,

11 saylı Qaradağ,

12 saylı Qaradağ-Binəqədi-Yasamal,

13 saylı Xəzər-Pirallahı,

14 saylı Xəzər,

15 saylı Yasamalbirinci,

16 saylı Yasamalikinci,

17 saylı Yasamalüçüncü,

18 saylı Nərimanov-Nizami,

19 saylı Nərimanovbirinci,

20 saylı Nərimanovikinci,

21 saylı Nəsimibirinci,

22 saylı Nəsimiikinci,

23 saylı Nəsimi-Səbail,

24 saylı Nizamibirinci,

25 saylı Nizamiikinci,

26 saylı Sabunçubirinci,

27 saylı Sabunçuikinci,

28 saylı Sabunçuüçüncü,

29 saylı Səbail,

30 saylı Suraxanıbirinci,

31 saylı Suraxanıikinci,

32 saylı Suraxanıüçüncü,

34 saylı Xətaiikinci,

36 saylı Xətaidördüncü,

37 saylı Nizamibirinci (Gəncə),

38 saylı Nizamiikinci (Gəncə),

39 saylı Kəpəzbirinci (Gəncə),

40 saylı Kəpəzikinci (Gəncə),

41 saylı Sumqayıtbirinci,

42 saylı Sumqayıtikinci,

43 saylı Sumqayıtüçüncü,

44 saylı Sumqayıt-Xızı,

45 saylı Abşeron,

46 saylı Şirvan,

47 saylı Mingəçevir,

48 saylı Yevlax,

49 saylı Yevlax-Mingəçevir,

50 saylı Abşeron-Qobustan,

51 saylı Qusar,

52 saylı Quba,

53 saylı Quba-Qusar,

54 saylı Şabran-Siyəzən,

55 saylı Xaçmazşəhər,

56 saylı Xaçmazkənd,

57 saylı Kürdəmir,

58 saylı Hacıqabul-Kürdəmir,

59 saylı Salyan,

60 saylı Salyan-Neftçala,

61 saylı Neftçala,

62 saylı Saatlı,

63 saylı Sabirabadbirinci,

64 saylı Sabirabadikinci,

65 saylı Saatlı-Sabirabad-Kürdəmir,

66 saylı Biləsuvar,

67 saylı Cəlilabadşəhər,

68 saylı Cəlilabadkənd,

69 saylı Cəlilabad-Masallı-Biləsuvar,

70 saylı Masallışəhər,

71 saylı Masallıkənd,

72 saylı Yardımlı-Masallı,

73 saylı Lənkəranşəhər,

75 saylı Lənkəran-Masallı,

76 saylı Lənkəran-Astara,

77 saylı Astara,

78 saylı Lerik,

79 saylı İmişli,

81 saylı Beyləqan,

82 saylı Ağcabədi,

83 saylı Ağcabədi-Füzuli,

84 saylı Füzuli,

85 saylı Şamaxı,

86 saylı İsmayıllı,

87 saylı Ağsu-İsmayıllı,

88 saylı Göyçay,

89 saylı Göyçay-Ağdaş,

90 saylı Ağdaş,

91 saylı Ucar,

92 saylı Zərdab-Ucar,

93 saylı Bərdəşəhər,

94 saylı Bərdəkənd,

95 saylı Tərtər,

96 saylı Goranboy-Naftalan,

97 saylı Goranboy-Ağdam-Tərtər,

98 saylı Şəmkirşəhər,

99 saylı Şəmkirkənd,

100 saylıŞəmkir-Daşkəsən,

101 saylıGöygöl-Daşkəsən,

102 saylıSamux-Şəmkir,

103 saylıGədəbəy,

104 saylıGədəbəy-Tovuz,

105 saylıTovuz,

106 saylıTovuz-Qazax-Ağstafa,

107 saylıQazax,

108 saylıAğstafa,

109 saylıBalakən,

110 saylıZaqatala,

111 saylıZaqatala-Balakən,

112 saylıQax,

113 saylıŞəki şəhər,

114 saylıŞəki kənd birinci,

115 saylıŞəki kənd ikinci,

116 saylıQəbələ,

117 saylıOğuz-Qəbələ,

118 saylıAğdam şəhər,

119 saylıAğdam kənd,

120 saylıCəbrayıl-Qubadlı,

121 saylıLaçın,

122 saylıXankəndi,

123 saylıKəlbəcər,

124 saylıŞuşa-Ağdam-Xocalı-Xocavənd,

125 saylıZəngilan-Qubadlı

seçki dairələriüzrə seçkilərin nəticələri təsdiq edilsin.

3. Qərar elanolunduğu andan qüvvəyə minir.

4. Qərar"Azərbaycan”, "Respublika”, "Xalq qəzeti”, "Bakinski raboçi” qəzetlərində və "AzərbaycanRespublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

5. Qərar qətidir,heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir olunabilməz.

Sədr Fərhad Abdullayev

Bakı şəhəri,5 mart 2020-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video