05 Dekabr 2019 01:08
2010
Konstitusiya məhkəməsi

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN


"AzərbaycanRespublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqındaAzərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” AzərbaycanRespublikası MilliMəclisinin2019-cuil2 dekabrtarixliQərarınınAzərbaycanRespublikasınınKonstitusiyasınauyğunluğununyoxlanılmasınadair

AzərbaycanRespublikası KonstitusiyaMəhkəməsiPlenumununQƏRARI


4 dekabr 2019-cu il                                                                          Bakışəhəri


AzərbaycanRespublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova,Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze (məruzəçi-hakim),Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, məhkəmə katibiFəraid Əliyevin, sorğuverən orqanın nümayəndəsi Azərbaycan Respublikası PrezidentiAdministrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimovun,cavabverən orqanın nümayəndələri Azərbaycan Respublikası Milli Məclisinin Hüquqsiyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və Azərbaycan RespublikasıMilli Məclisi Aparatının rəhbəri Səfa Mirzəyevin, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsininKonstitusiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Nəsib Şükürovuniştirakı ilə,

AzərbaycanRespublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-ci bəndinə müvafiqolaraq Azərbaycan Respublikası Prezidentinin sorğusu əsasında konstitusiya məhkəməicraatı qaydasında "Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərintəyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsibarədə” Azərbaycan Respublikası Milli Məclisinin2019-cu il 2 dekabr tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasınauyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakimR.Qvaladzenin məruzəsini, tərəflərin nümayəndələrinin çıxışlarını və ekspertin rəyinidinləyib, iş materiallarını araşdırıb müzakirə edərək Azərbaycan Respublikası KonstitusiyaMəhkəməsinin Plenumu

M Ü Ə Y Y Ə NE T D İ:

AzərbaycanRespublikasının Prezidenti Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğuilə müraciət edərək "Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərintəyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsibarədə” Azərbaycan Respublikası Milli Məclisinin2019-cu il 2 dekabr tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasının981-ci maddəsinin I hissəsinə uyğunluğunun yoxlanılmasını məqsədəmüvafiq hesab etmişdir.

Sorğuda göstərilmişdirki, Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 99 səs çoxluğu ilə"Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsihaqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Qərarqəbul edilmişdir.

Həmin Qərarilə Azərbaycan Respublikasının Prezidentindən Azərbaycan Respublikası Konstitusiyasının981-ci maddəsinə əsasən Azərbaycan Respublikası Milli Məclisinin buraxılması vənövbədənkənar seçkilərin təyin edilməsi xahiş edilmişdir.

AzərbaycanRespublikasının Prezidenti hesab etmişdir ki, Azərbaycan Respublikası Milli MəclisininQərarı üzrə yekun qərar qəbul etməzdən əvvəl hazırkı şəraitdə Azərbaycan RespublikasıMilli Məclisinin buraxılmasının Azərbaycan Respublikası Konstitusiyasının 981-cimaddəsinə uyğunluğuna dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyininöyrənilməsi zəruridir.

AzərbaycanRespublikası Prezidentinin sorğusu ilə bağlı Azərbaycan Respublikası KonstitusiyaMəhkəməsinin Plenumu aşağıdakıları qeyd edir.

Sorğudan vəona əlavə edilmiş sənədlərdən göründüyü kimi, Azərbaycan Respublikasının Milli Məclisi"Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsihaqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə”2019-cu il 2 dekabr tarixli 1717-VQR nömrəli Qərar qəbul etmişdir.

Həmin Qəraraəsasən, Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının mütləq əksəriyyətihesab etmişdir ki, Azərbaycan Respublikasında həyata keçirilən köklü islahatlarındaha da sürətləndirilməsi üçün Azərbaycan Respublikası Milli Məclisinin də fəaliyyətinintəkmilləşdirilməsinə, səmərəliliyinin artırılmasına, yenilənməsinə, ölkənin dinamikinkişafı və hərtərəfli dərin islahatlar strategiyasına uyğunlaşdırılmasına ehtiyacduyulur. Qərarda, həmçinin qeyd edilmişdir ki,Azərbaycan Respublikasının Milli Məclisi ölkədə həyata keçirilən islahatlarıngenişləndirilməsi və dərinləşdirilməsi prosesindən kənarda qalmamalıdır. AzərbaycanRespublikası Milli Məclisinin deputatlarının mütləq əksəriyyəti belə vəziyyətdəparlament fəaliyyətinin həyata keçirilməsinin mümkün olmayacağı qənaətinə gəlmişvə növbədənkənar seçkilərin keçirilməsinin zəruri olduğunu bildirmişdir.

Sorğuda qaldırılan məsələnin həlli üçün AzərbaycanRespublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Konstitusiyasınınbəzi normalarına diqqət yetirilməsini vacib hesab edir.

AzərbaycanRespublikası Konstitusiyasının 81-ci maddəsinə görə, Azərbaycan Respublikasındaqanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir.

AzərbaycanRespublikası Konstitusiyasının 82-ci maddəsinə müvafiq olaraq, Azərbaycan RespublikasınınMilli Məclisi 125 deputatdan ibarətdir.

AzərbaycanRespublikası Konstitusiyasının 84-cü maddəsinin I hissəsinə uyğun olaraq, AzərbaycanRespublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AzərbaycanRespublikası Konstitusiyasının 981-ci maddəsinin I hissəsinə əsasən, Azərbaycan Respublikası Milli Məclisinin eyniçağırışı bir il ərzində iki dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinəetimadsızlıq göstərdikdə və ya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin,Azərbaycan Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası Mərkəzi Bankıİdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda üzvlüyə namizədləriAzərbaycan Respublikasının Prezidenti tərəfindən iki dəfə təqdim edildikdən sonra,qanunla müəyyən edilmiş müddətdə təyin etmədikdə, habelə bu Konstitusiyanın 94-cüvə 95-ci maddələrində, 96-cı maddəsinin II, III, IV və V hissələrində, 97-ci maddəsindəgöstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdəAzərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Milli Məclisiniburaxır.

AzərbaycanRespublikası Konstitusiya Məhkəməsinin Plenumu məsələnin həlli üçün Azərbaycan RespublikasıKonstitusiyasının 981-ci maddəsinin I hissəsində nəzərdə tutulan "vəzifələrini aradanqaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə” müddəasının yaranmış vəziyyətəuyğun açıqlanmasını zəruri hesab edir.

AzərbaycanRespublikasının Milli Məclisi hakimiyyətin bölünməsi prinsipinə əsasən qanunvericilikhakimiyyətini həyata keçirdiyi üçün əsas vəzifəsi qanunların və qərarların qəbuledilməsidir və onun müəyyən etdiyi ümumi qaydalar, habelə həll etdiyi məsələlərAzərbaycan Respublikası Konstitusiyasının 94-cü və 95-ci maddələrində təsbit edilmişdir.

Müasir demokratikcəmiyyət üçün parlamentin fəallığı böyük əhəmiyyət kəsb edir. Qabaqcıl və mütərəqqihüquqi aktların qəbul edilməsi ölkədə ictimai münasibətlərin ədalət və hüququn aliliyiəsasında tənzimlənməsini təmin edir. Bu baxımdan, qanunvericinin üzərinə düşən vəzifələrinməhz ölkənin sürətli inkişafına cavab verəcək şəkildə həyata keçirilməsi vacibdir.

AzərbaycanRespublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Konstitusiyasının981-ci maddəsində təsbit edilmiş "vəzifələrini aradan qaldırıla bilməyən səbəblərüzündən icra etmədikdə” müddəası ilə bağlı qeyd edir ki, aradan qaldırıla bilməyənsəbəblər dedikdə, parlamentin mövcud tərkibdə vəzifələrinin icra edilməsini qeyri-mümkünedən səbəblər başa düşülür. Bu baxımdan, Azərbaycan Respublikasının Milli MəclisiAzərbaycan Respublikasının Konstitusiyası ilə ona verilmiş səlahiyyətlərinin həyatakeçirilməsi ilə bağlı fəaliyyətini obyektiv qiymətləndirməklə öz işini davam etdirib-etdirməməsininmümkünlüyünə dair qərar qəbul edə bilər.

AzərbaycanRespublikası Milli Məclisinin 2019-cu il 2 dekabr tarixli Qərarından da göründüyükimi, Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının mütləq əksəriyyətiparlament fəaliyyətinin həyata keçirilməsinin mümkünsüzlüyü barədə qəti mövqe ortayaqoymuşdur.

AzərbaycanRespublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Milli Məclisinindeputatlarının mütləq əksəriyyətinin parlamentin öz səlahiyyətlərini artıq həyatakeçirə bilməməsi barədə qəti mövqeyinin formalaşmasını nəzərə alaraq hesab edirki, "Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsihaqqında Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi barədə” AzərbaycanRespublikası Milli Məclisinin 2019-cu il 2 dekabr tarixli Qərarı Azərbaycan RespublikasınınPrezidenti tərəfindən Azərbaycan Respublikası Milli Məclisinin buraxılması üçünAzərbaycan Respublikası Konstitusiyasının 981-ci maddəsinin I hissəsində müəyyənedilmiş əsası yaradır.

Belə olanhalda Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, "Azərbaycan RespublikasınınMilli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan RespublikasınınPrezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin2019-cu il 2 dekabr tarixli 1717-VQR nömrəli Qərarı əsasında Azərbaycan RespublikasıMilli Məclisinin buraxılması Azərbaycan Respublikası Konstitusiyasının 981-ci maddəsinəuyğundur.

Həmçinin qeydedilməlidir ki, parlament buraxıldıqda qanunvericilik hakimiyyətinin fasiləsiz fəaliyyətinintəmin edilməsi, növbədənkənar parlament seçkilərinin keçirilməsi zamanı parlamentinsəlahiyyətlərinin müəyyən dərəcədə saxlanılması zəruridir.

Bununla bağlıqeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiyasının 111-ci maddəsinəəsasən, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası ərazisininmüəyyən hissəsi faktik işğal olunduqda, xarici dövlət və ya dövlətlər AzərbaycanRespublikasına müharibə elan etdikdə, Azərbaycan Respublikasına qarşı real silahlıhücum təhlükəsi yarandıqda, Azərbaycan Respublikasının ərazisi blokadaya alındıqda,habelə blokada üçün real təhlükə olduqda Azərbaycan Respublikasının bütün ərazisindəvə ayrı-ayrı yerlərində hərbi vəziyyət elan edir və bu barədə qəbul etdiyi fərmanı24 saat müddətində Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə verir.

AzərbaycanRespublikası Konstitusiyasının 112-ci maddəsinə görə isə, Azərbaycan RespublikasınınPrezidenti təbii fəlakətlər, epidemiyalar, epizootiyalar, böyük ekoloji və başqaqəzalar baş verdikdə, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün pozulmasına,dövlətə qarşı qiyama və ya dövlət çevrilişinə yönəldilən hərəkətlər edildikdə, zorakılıqlamüşayiət olunan kütləvi iğtişaşlar yarandıqda, vətəndaşların həyatı və təhlükəsizliyi,yaxud dövlət təsisatlarının normal fəaliyyəti üçün qorxu törədən digər münaqişələrmeydana gəldikdə Azərbaycan Respublikasının ayrı-ayrı yerlərində fövqəladə vəziyyəttətbiq edir və bu barədə qəbul etdiyi fərmanı 24 saat müddətində Azərbaycan RespublikasıMilli Məclisinin təsdiqinə verir.

Göründüyükimi, Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyəti dövlətin, cəmiyyətin vəinsanların qorunması üçün Azərbaycan Respublikası Prezidentinin hərbi və fövqəladəvəziyyətin elan edilməsi barədə fərmanlarının təsdiq olunması və s. bu kimi həyatiəhəmiyyətli funksiyaların həyata keçirilməsi ilə də bağlıdır. Buna görə həmin funksiyalarınicrası ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətlərinin parlamentinyeni tərkibi formalaşanadək saxlanılması zəruri hesab edilməlidir.

Eyni zamanda,Azərbaycan Respublikası Milli Məclisinin deputatları Azərbaycan Respublikasınıntərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərlə, habelə birsıra beynəlxalq təşəbbüslərlə bağlı müxtəlif beynəlxalq parlamentlərarası əməkdaşlıqqurumlarının fəaliyyətində iştirak edirlər. Bu səbəbdən parlament buraxıldıqdansonra da həmin səlahiyyətlərin müvəqqəti saxlanılması zəruri hesab edilir.

Qeyd olunanlarınəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Azərbaycan RespublikasıMilli Məclisinin yeni çağırışı fəaliyyətə başlayanadək müstəsna olaraq AzərbaycanRespublikası Konstitusiyasının 111-ci və 112-ci maddələrində, 95-ci maddəsinin Ihissəsinin 16-cı və 17-ci bəndlərində nəzərdə tutulmuş səlahiyyətlərin, habelə beynəlxalqtəşkilatlarda təmsilçilik funksiyalarının həyata keçirilməsi üçün V çağırış AzərbaycanRespublikası Milli Məclisinin müvafiq səlahiyyətlərinin saxlanılması zəruridir.

Göstərilənlərinəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

- "AzərbaycanRespublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqındaAzərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin2019-cu il 2 dekabr tarixli 1717-VQR nömrəli Qərarı Azərbaycan Respublikası Konstitusiyasının981-ci maddəsinin I hissəsinə uyğun hesab edilməlidir;

- "AzərbaycanRespublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqındaAzərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan RespublikasıMilli Məclisinin 2019-cu il 2 dekabr tarixli 1717-VQR nömrəli Qərarı əsasında AzərbaycanRespublikası Milli Məclisinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən buraxılmasıAzərbaycan Respublikası Konstitusiyasının 981-ci maddəsinə uyğun hesab edilməlidir.

AzərbaycanRespublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-ci bəndini, "KonstitusiyaMəhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cumaddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

Q Ə R A R A A LD I:

1. "AzərbaycanRespublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqındaAzərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin2019-cu il 2 dekabr tarixli 1717-VQR nömrəli Qərarı Azərbaycan Respublikası Konstitusiyasının981-ci maddəsinin I hissəsinə uyğun hesab edilsin.

2. "AzərbaycanRespublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqındaAzərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan RespublikasıMilli Məclisinin 2019-cu il 2 dekabr tarixli 1717-VQR nömrəli Qərarı əsasında AzərbaycanRespublikası Milli Məclisinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən buraxılmasıAzərbaycan Respublikası Konstitusiyasının 981-ci maddəsinə uyğun hesab edilsin.

3. Qərar elanedildiyi andan qüvvəyə minir.

4. Qərar"Azərbaycan”, "Respublika”, "Xalq qəzeti”, "Bakinski raboçi” qəzetlərində, "AzərbaycanRespublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

5. Qərar qətidir,heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir ediləbilməz.

Sədr Fərhad Abdullayev

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video