Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
Azərbaycanın İkinci Qarabağ savaşında qələbə çalması və ardınca suverenliyini bərpa etməsi Cənubi Qafqazda dayanıqlı sülhə də birbaşa zəmin yaradıb.
Ölkəmizin ard-arda qazandığı tarixə, ədalətə, beynəlxalq hüquqa əsaslanan qələbələri həm də dünyada illərdir davam edən bu tip münaqişələrin həlli üçün mükəmməl model ortaya qoydu. Qarabağ zəfəri sübut etdi ki, istənilən münaqişənin real həll yolları var. Bir halda ki, məsələ danışıqlar vasitəsilə dalana dirənib, o zaman güc variantını seçmək qaçılmaz olur və məhz Azərbaycan da Qarabağ münaqişəsinin 28 illik nəticəsiz danışıqlarına bu yolla son qoydu.
Martın 17-də NATO-nun Baş katibi Yens Stoltenberqlə mətbuata bəyanatla çıxışı zamanı Prezident İlham Əliyev də bildirdi ki, ölkənin ərazisi üzərində tam suverenlik bərpa edilib və bu, uzunsürən münaqişələrin necə həll edilə biləcəyinin bariz nümunəsidir: "Münaqişə hərbi-siyasi yolla həll edilib. Biz BMT Nizamnaməsinə əsasən özünümüdafiə hüququmuzdan istifadə etdik".
Normallaşmanın bir addımlığında
Prezident İlham Əliyevin istər ölkənin iqtisadi inkişafı, istər hərbi gücü, istərsə də beynəlxalq nüfuzu istiqamətində apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycan haqlı mübarizəsində qalib gəldi, Qarabağ münaqişəsi kökündən həll edildi.
Ölkəmizin BMT-nin məlum qətnamələrini yerinə yetirərək torpaqlarını işğaldan azad etməsi, suverenliyini tam təmin etməsi və Qarabağda separatizm yuvasını dağıtması sayəsində Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşmasına da geniş imkanlar açıldı.
Bu faktdır ki, ərazilərimizin işğalı zamanı ATƏT-in keçmiş Minsk qrupunun "turist" diplomatları "danışıqlar" adı altında düz 28 il ərzində vəziyyətin Ermənistanın xeyrinə sonsuzadək dondurulması üçün əllərindən gələni etdilər. Çalışırdılar ki, Azərbaycan torpaqlarının işğalı ilə barışsın, ərazisində ikinci erməni dövlətinin yaranmasına göz yumsun. Bir sözlə, həmsədrlər beynəlxalq hüququ ayaqlar altına ataraq, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlik edərək böyük bir zaman kəsimində işğala, separatizmə dəstək verdilər. Əgər keçmiş Minsk qrupu vaxtında öz mandatına uyğun fəaliyyət göstərsəydi, nə 44 günlük Vətən müharibəsi, nə də antiterror əməliyyatlarına ehtiyac olardı.
Bakı hər zaman ikili standartlara, ədalətsizliyə qarşı bütün beynəlxalq tribunalardan bəyan edirdi ki, hansı yolla olursa olsun, işğala son qoyacaq və bayrağını bütün ərazilərində dalğalandıracaq. Bütün dünya 44 gün sürən Vətən müharibəsi və 23 saatlıq antiterror tədbirləri ilə bu bəyanların real müstəvidə qətiyyətlə yerinə yetirilməsinə şahidlik etdi. Həmçinin münaqişənin hərb yolu ilə həllindən sonra bölgədə sülh üçün yaranan tarixi fürsəti dəyərləndirdi.
Yuxarıda sözügedən bəyanatında dövlət başçısı İlham Əliyev bu məqama toxunaraq bildirdi ki, 28 il ərzində ATƏT-in Minsk qrupunun fəaliyyətinin nəticəsi olmadı: "Bu gün isə hesab edirəm və ümidvaram ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası nəticəsində bu mövzuda, nəhayət, nəticə əldə ediləcək. Zənnimcə, bu, Cənubi Qafqazda çox ciddi dəyişiklik olacaq. Bu isə o deməkdir ki, burada çoxdandır gözlənilən sülh bərqərar olacaq".
"Sülhə heç vaxt olmadığımız qədər yaxınıq"
Xüsusi vurğulayaq ki, Azərbaycan 44 günlük müharibədən dərhal sonra Ermənistana sülh təklif edib və özünün beynəlxalq hüquqa əsaslanan beş baza prinsipini təqdim edib. Sülh təşəbbüskarı olan ölkəmiz ötən müddətdə bu istiqamətdə əməli fəaliyyət göstərib, real addımlar atıb.
"Hazırda isə biz Ermənistanla sülh danışıqlarının fəal mərhələsindəyik", - deyə NATO Baş katibi ilə birgə bəyanatında dövlət başçısı da sülh danışıqlarına başlamağın Azərbaycanın təşəbbüsü olduğunu bir daha diqqətə çatdırdı: "Bu günədək sülh sazişinin layihəsinə dair ermənistanlı həmkarlarla 7 dəfə şərhlərin mübadiləsi baş tutub. Xarici işlər nazirləri və sərhədlərin delimitasiyası ilə bağlı baş nazirlərin müavinləri arasında keçirilmiş görüşlər məsələnin həlli üçün yaxşı imkanın olduğunu nümayiş etdirir. Bu yaxınlarda qeyd etdiyim kimi, biz sülhə heç vaxt olmadığımız qədər yaxınıq".
Göründüyü kimi, hazırda Cənubi Qafqazda sülhə nail olunması üçün Azərbaycanın xüsusi səyləri sayəsində mühüm irəliləyiş əldə olunub. Ancaq regionda hadisələrin bu məcrada inkişafı, bölgə ilə bağlı məkrli planları olan bəzi riyakar Qərb ölkə və qurumlarını qətiyyən qane etmir. Bunların başında müstəmləkəçi Fransa və təsiri altına aldığı korrupsiya yuvasına çevrilmiş Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti gəlir. Qərəzli Qərb təsisatları gah artıq həll olunmuş "münaqişə"dən dəm vururlar, gah müxtəlif diplomatik, siyasi yollarla Azərbaycana təzyiq göstərməyə çalışırlar. Afrikadakı müstəmləkələrindən bir-bir qovulan neokoloniolist Fransa hər vəchlə regionda sülhü əngəlləməyə çalışır, Cənubi Qafqaza yerləşmək üçün Ermənistanı silahlandıraraq yenidən bölgəni münaqişə mərkəzinə çevirmək istəyir. Təcavüzkar Ermənistan isə Qərbdən aldığı bu dəstəklə sülhdən yayınır, revanşa iştahlanır. Amma İrəvan özü də yaxşı bilir ki, onun Azərbaycanın tanıdığı tarixi sülh şansından yararlanmaqdan başqa çıxış yolu yoxdur.
Azərbaycan heç zaman riyakar Qərb dairələrinin Qafqazda çirkin planlarına imkan verməyəcək. Necə ki öz qətiyyəti ilə işğala, separatizmə son qoyub, eyni ilə də bölgədə dayanıqlı sülhü təmin edəcək.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"
Makrona artıq heç kim inanmır
ABŞ-də ölənlərin sayı 200 nəfərə çatdı
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib YENİLƏNƏCƏK
Avropanın Rusiyaya ehtiyacı var
Azərbaycanda 893 min hektar sahədə xüsusi mühafizə olunan təbiət əraziləri var
Bakıda “İqlim Fəaliyyəti üçün Yürüş” keçirilib
İcma: ABŞ konqresmenlərinin Azərbaycana qarşı qəbuledilməz mövqeyi açıq-aşkar şantajdır
Azərbaycan və Türkiyə Bakı-Tbilisi-Qars layihəsinin inkişafını müzakirə edib
Bakıda avtomobildən oğurluq edən şəxs saxlanılıb
Bu gün görkəmli bəstəkar Tofiq Quliyevin anım günüdür
Azərbaycan və Belarus səhiyyə sahəsində əməkdaşlığa dair yol xəritəsini müəyyənləşdiriblər
Amerikalı sahibkar Trampa görə milyonlarla dollar xərcləyib
Azərbaycan neftinin qiyməti 80 dolları ötüb
Azərbaycanın müdafiə naziri Türkiyəyə işgüzar səfər edib
Ankarada TDT-nin yaradılması haqqında Naxçıvan Sazişinin 15 illiyi münasibətilə təntənəli tədbir keçirilib
Ombudsmanların Beynəlxalq Bakı Forumunun iştirakçıları Tərtər rayonunda olublar
Peru mətbuatında Azərbaycanın irəli sürdüyü “COP atəşkəsi” təşəbbüsündən bəhs edilib
İsveç mətbuatı: Azərbaycan COP29-un Sədri kimi iqlim böhranına diqqət yetirməyə çağırış edib
Ermənistan yenidən qarışır
Yaşınız 50-ni keçdisə...
Ömrü dram əsərinə bənzəyən sənətkar
Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib YENİLƏNİB30 Sentyabr 2024
İnkişaf büdcəsi29 Sentyabr 2024
Prezident İlham Əliyev bir daha bəyan etdi28 Sentyabr 2024
Zəfərlə anırıq...27 Sentyabr 2024
VƏTƏNİN ŞƏHİD BALALARI27 Sentyabr 2024
Azərbaycan yeni strateji dövrdə26 Sentyabr 2024
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!