29 Fevral 2024 19:19
4501
Elm və texnika
A- A+
Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilib

 

Fevralın 29-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdir müavini Məhərrəm Əhmədov, elm və təhsil naziri Emin Əmrullayev, Prezident yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev, Elm Fondunun icraçı direktoru Mehriban İmanova, Azərbaycan Ağsaqqallar Şurasının sədri Eldar Quliyev, Türkiyə Elmi və Texnoloji Araşdırmalar Şurasının (TÜBİTAK) başqanı professor Hasan Mandal, AMEA-nın Rəyasət Heyətinin üzvləri, Milli Məclisin deputatları, habelə AMEA-nın və əhatə etdiyi elmi müəssisə və təşkilatların direktorları, ali təhsil müəssisələrinin rektorları iştirak ediblər.

Əvvəlcə 2023-cü ilin yekunlarına həsr olunmuş sərgiyə baxış olub.

İclası AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq Ümumi yığıncağın gündəliyindəki məsələləri diqqətə çatdırıb.

Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Ümumi yığıncaqda akademik İsa Həbibbəylinin “AMEA-da yeniləşmə prosesləri: ilkin nəticələr və perspektivlər” mövzusunda məruzəsi dinlənilib. Akademik İsa Həbibbəyli bildirib ki, 80 illik şərəfli bir tarixə malik olan Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı bu il ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edildiyi bir şəraitdə keçirilir. AMEA rəhbəri ötən ilin ən əlamətdar tarixi hadisəsinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabr ayında Qarabağda həyata keçirilən birgünlük antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi olduğunu deyib. Bildirib ki, bu hadisə Azərbaycanın çoxəsrlik zəngin tarixində ən qiymətli nailiyyətlərdəndir və birbaşa Ali Baş Komandan İlham Əliyevin adı ilə bağlıdır.

Həmçinin AMEA-nın Ümumi yığıncağının 7 fevral növbədənkənar Prezident seçkilərindən və dövlət başçısının andiçmə mərasimindən sonra keçirilməsinin də olduqca əlamətdar olduğunu deyən məruzəçi İlham Əliyevin yüksək səs faizi ilə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə bu günün ölkəmizin tarixinə Zəfər seçkisi kimi düşdüyünü bildirib. Vurğulayıb ki, dövlət başçısının andiçmə mərasimindəki azərbaycançılıq ideologiyası və prinsiplərinə sadiqlik, milli birlik və həmrəyliyimizin qorunması və gücləndirilməsi, gənclərin milli-mənəvi dəyərlərə bağlı və vətənpərvərlik ruhunda tərbiyəsi, texnoloji inkişaf, süni intellekt, rəqəmsallaşma, kibertəhlükəsizlik istiqamətindəki fikirləri Azərbaycan elminin, alimlərinin, ziyalılarının gələcək fəaliyyəti üçün mükəmməl bir bələdçidir. Akademik İsa Həbibbəyli AMEA-da dövlət başçısının elan etdiyi milli prioritetlər və inkişaf strategiyasını rəhbər tutaraq geniş tədqiqatların aparıldığını, AMEA Rəyasət Heyətinin iclasında professor Kərim Şükürovun “Azərbaycan tarixinin dövrləşdirilməsi konsepsiyası və inkişaf mərhələləri” mövzusunda məruzəsinin dinlənildiyini, akademik Zemfira Səfərovanın “Azərbaycan musiqişünaslığı: mühüm mərhələlər” kitabının çapdan çıxdığını, həmçinin Fəlsəfə və Sosiologiya İnstitutunda milli fəlsəfəyə dair tədbirin keçirildiyini söyləyib.

Həmçinin dövlət başçısının qarşıya qoyduğu Türk dünyası ilə əlaqələrin gücləndirilməsi ilə bağlı olaraq AMEA-nın türk dövlətlərinin akademik qurumları və ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq etdiyini, eləcə də bu istiqamətdə Akademiyanın elmi müəssisə və təşkilatlarında bir sıra şöbələrin, mərkəzlərin fəaliyyət göstərdiyini, geniş tədqiqatların aparıldığını bildirib.

Akademik 2023-cü ilin ən əlamətdar hadisələrindən birinin isə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycanda “Heydər Əliyev İli”nin elan edilməsi olduğunu deyib. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəaliyyətinin, zəngin irsinin tədqiqi və təbliği istiqamətində Azərbaycan Milli Elmlər Akademiyasında həyata keçirilən çoxsaylı konfrans, simpozium və seminarlar, işıq üzü görən elmi nəşrlər, təşkil edilən sərgilər xalqımızın və bütün dünyanın bu dahi şəxsiyyəti bir daha yaxından tanıması, onun ideyaları ilə mənəvi-intellektual ünsiyyətdə olması, yeni nəsillərin Ümummilli Liderin nümunəsində tərbiyə edilməsi baxımından olduqca əhəmiyyətli olub. “Heydər Əliyev İli”ndə “Heydər Əliyev Ensiklopediyası”nın sözlüyünün hazırlandığını, 2023-cü il 1 may tarixində AMEA-nın Ümumi yığıncağının xüsusi iclasının keçirildiyini, AMEA-da 70-ə yaxın elmi konfransın, seminar, sessiya, dəyirmi masanın baş tutduğunu, 55 kitab və fundamental monoqrafiya, 13 konfrans materialı, 7 jurnalın xüsusi buraxılışının çap edildiyini söyləyib.

Məruzədə vurğulanıb ki, hesabat ilinin yeniləşmə baxımından ən mühüm hadisələrindən biri də AMEA Rəyasət Heyəti aparatında “Elektron Akademiya” şöbəsinin yaradılması və fəaliyyətinin təşkili ilə əlaqədardır. AMEA rəhbəri ötən il ərzində “Elektron Akademiya” şöbəsi vasitəsilə elmi jurnalların elektron bazalarının, elmi işçilərin virtual akademik profillərinin, Rəqəmsal İnformasiya Resursları Sisteminin, Milli DərgiPark Şəbəkəsinin yaradıldığını, ilkin istinad hesablamalarının formalaşdırıldığını deyib. Bu istiqamətdə Türkiyə Elmi və Texnoloji Araşdırmalar Şurasının (TÜBİTAK) AMEA-ya böyük dəstək verdiyini diqqətə çatdırıb və qurumun rəhbəri professor Hasan Mandala minnətdarlığını bildirib.

Akademik İsa Həbibbəyli, həmçinin AMEA-da Qərbi Azərbaycanla bağlı geniş araşdırmaların aparıldığını, bu istiqamətdə bir neçə şöbənin yaradıldığını və “Qərbi Azərbaycan ensiklopediyası”nın sözlüyünün hazırlandığını vurğulayıb.

O, AMEA-da gənclərin aktiv fəaliyyəti və onların stimullaşdırılması istiqamətində önəmli addımların atıldığını, gənc alimlərin stimullaşdırılması məqsədilə Akademiya mükafatının təsis olunduğunu söyləyib, gələcək elmi nəsillərin formalaşdırılması məqsədilə doktorantura təhsilinin keyfiyyətinin yüksəldilməsinin vacibliyini vurğulayıb.

İsa Həbibbəyli çıxışının sonunda AMEA-nın bundan sonra da dövlət başçısının ətrafında sıx birləşərək Azərbaycanın milli prioritetləri və inkişaf strategiyasını rəhbər tutaraq ölkəmizin çiçəklənməsi naminə öz töhfələrini verməyə davam edəcəklərini bildirib.

Sonra elm və təhsil naziri Emin Əmrullayevin “Elm siyasətinin reallıqları və perspektivləri” mövzusunda məruzəsi dinlənilib.

O qeyd edib ki, torpaqlarımızın işğaldan azad edilməsi, suverenliyimizin və ərazi bütövlüyümüzün tam bərpa edilməsi həm də Azərbaycan təhsili qarşısında böyük elmi imkanlar açır.

“İnanıram ki, məhz bu yeni dövr Azərbaycan elmi üçün daha çox istiqamətlər açacaq. Bu şərəfli yeni dövrdə Azərbaycan alimləri, ali təhsil müəssisələri, elmi-tədqiqat institutları bir çox nailiyyətlərə qadir olacaqlar. Hazırda Elm və Təhsil Nazirliyi olaraq bizim ən böyük hədəfimiz Xankəndidə Qarabağ Universitetinin fəaliyyətə başlamasıdır. Bu, olduqca çağırışlarla dolu bir məqsəddir. Çünki sentyabr ayında min nəfər gənci Xankəndidəki Qarabağ Universitetində tədrisə cəlb etməliyik. Antiterror tədbirlərindən 1 il keçməmiş hədəfimizə nail olmağı planlaşdırırıq. İlk növbədə, həm ali təhsil müəssisələrimizin, həm də elm adamlarımızın üzərinə böyük məsuliyyət düşür. Biz bu işdə birlik göstərməliyik. Çünki bu, milli layihədir”, - deyə Emin Əmrullayev bildirib.

O, həmçinin Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə imzalanmış müqavilə əsasında Türkiyə-Azərbaycan Universitetinin yaradılacağını, bu universitetin Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcəyini söyləyib.

Azərbaycan elminin nailiyyətlərinin dünyaya çıxarılması üçün bir sıra addımların atıldığını deyən nazir bir neçə ali təhsil müəssisəsi ilə elmi-tədqiqat institutları arasında müqavilələrinin imzalandığını vurğulayıb.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin fəaliyyətə başlamasının ötən ilin əsas uğurlarından biri olduğunu deyən Emin Əmrullayev elmin maliyyələşdirilməsi ilə bağlı bir sıra məqamlara toxunub, əsas prioritetlərdən birinin də ali təhsil müəssisələrinin reytinqlərinin yaxşılaşdırılması olduğunu bildirib. O, həmçinin Türkiyənin ali təhsil müəssisələrində fəaliyyət göstərən azərbaycanlı alimlərin respublikamızda elm və təhsilin inkişafına dəstək verə biləcəklərini deyib, bu istiqamətdə onlarla bir sıra müzakirələrin aparıldığını söyləyib.

Bundan əlavə, gənclərin elmə cəlb olunması üçün bir sıra məqamlar diqqətə çatdırılıb, dövlət başçısının Sərəncamı ilə icra olunan xaricdə təhsil proqramının öz nəticəsini verdiyi bildirilib.

Daha sonra AMEA-nın birinci vitse-prezidenti vəzifəsini icra edən akademik-katib, akademik Arif Həşimovun “AMEA-nın tabeliyində olan və əhatə etdiyi elmi müəssisələrin 2023-cü ilə dair hesabatı: mühüm elmi nəticələr və qarşıda duran vəzifələr” mövzusunda məruzəsi dinlənilib. Diqqətə çatdırılıb ki, əvvəlki illərdə olduğu kimi, ötən il də Prezident İlham Əliyev tərəfindən həyata keçirilən ardıcıl və uğurlu dövlət siyasəti nəticəsində Azərbaycan hərtərəfli inkişaf edib, regionda və dünyada böyük nüfuz qazanıb, öz sosial-iqtisadi inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub.

Azərbaycan elmi, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyası üçün də 2023-cü ilin uğurlu olduğunu deyən natiq həyata keçirilən çoxşaxəli islahatların miqyasına görə 2023-cü ilin AMEA üçün yeni yüksəliş mərhələsi kimi xarakterizə olunduğunu söyləyib.

“Hazırda ölkəmizdə elmin inkişaf etdirilməsi dövlətin əsas strateji hədəflərindən biridir. Elmin müxtəlif sahələri üzrə tədqiqatların genişləndirilməsi, müasir təfəkkürlü, kreativ düşüncəli və vətənpərvər gənclərin vaxtında elmi araşdırmalara cəlb edilməsi, elmi tədqiqatların rəqabətli və məqsədli maliyyələşdirilməsi mexanizminin yaradılması, yüksək texnologiyalarının, xüsusən süni intellekt texnologiyalarından istifadə imkanlarının, azərbaycançılıq ideologiyasının, multikulturalizm siyasətinin tədqiqi, milli-mənəvi dəyərlərin araşdırılması dövlətin elmi fəaliyyət sahəsindəki siyasətinin mühüm istiqamətlərini təşkil edir”, - deyə akademik-katib qeyd edib.

Bildirib ki, AMEA-da həyata keçirilən islahatlar bu qurumun dövlətin ideoloji siyasətinin həyata keçirilməsindəki rolunun artırılmasına, Azərbaycan xalqının etnogenezinin, arxeologiyasının, etnoqrafiyasının, dilinin, folklorunun, ədəbiyyatının, maddi və qeyri-maddi mədəni abidələrinin, qədim əlyazmalarının, mədəniyyətinin, incəsənətinin, milli-memarlıq üzrə elmi məktəblərinin, tarixinin müasir çağırışlar, nəzəri-metodoloji baxışlar, o cümlədən azərbaycançılıq prinsipləri əsasında araşdırılmasına yönəlib. Eyni zamanda, yeni dövrləşdirilmə konsepsiyası əsasında Azərbaycan ədəbiyyatı tarixinin yazılması və müstəqillik dövrü Azərbaycan tarixinin hazırlanması, azərbaycançılıq ideologiyasının və multikulturalizm konsepsiyasının elmi-nəzəri əsaslarının tədqiqi, müasir dünya fəlsəfəsinin müxtəlif problemlərinin öyrənilməsi, sosiologiya, politologiya, psixologiya, o cümlədən şərqşünaslıq və qafqazşünaslıq sahəsində, eyni zamanda, seysmologiya sahəsində tədqiqatların aparılması diqqət mərkəzində saxlanılıb.

Qeyd olunan elmi istiqamətlərə uyğun olaraq, bir sıra digər elmi-təşkilati tədbirlər də həyata keçirilib. Beynəlxalq elmi əlaqələrin yeni ideoloji prinsiplər əsasında qurulması, xüsusən türk dövlətləri və onların elmi qurumları ilə əlaqələrin gücləndirilməsi, Akademiyanın nüfuzlu beynəlxalq qurumlara üzvlüyünün təmin edilməsi, elmi müəssisələrin strukturu arasında optimal struktur modellərinin müəyyənləşdirilməsi, bir sıra institutların adlarının və fəaliyyət istiqamətlərinin dəyişdirilməsi, paralelliklərin aradan qaldırılması qeyd olunan təşkilati tədbirlər sırasına daxildir.

Akademik Arif Həşimov bildirib ki, ölkə başçısının 3 noyabr 2023-cü il tarixli Fərmanı ilə Azər¬baycan Milli Elmlər Akademiyasının yeni Nizamnaməsi təsdiq edilib. Nizamnamədə Azərbaycan Milli Elmlər Akademiyasının hüquqi statusu “Azərbaycan Respublikasında elmin inkişafının təmin edilməsində və elm sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak edən dövlət ali elmi təşkilatı” olaraq müəyyən edilib.

Bir sıra statistik rəqəmləri diqqətə çatdıran məruzəçi hesabat ilində AMEA-nın elmi bölmələri üzrə 173 problemin 515 mövzusu üzrə 1614 elmi tədqiqat işinin aparıldığını, 180 mühüm elmi nəticənin alındığını, 42 işin tətbiq olunduğunu söyləyib. Təsərrüfat müqavilələrinə əsasən 182 iş yerinə yetirilib, 11-i xarici olmaqla 72 patent alınıb, 17-si xarici alimlərlə birgə olmaqla 88 qrant layihəsi üzrə nəzərdə tutulmuş işlər yerinə yetirilib.

2023-cü il¬də Akademiyanın alimləri tərəfindən 500-ə yaxın kitab və monoqrafiya, 3000-ə yaxını xaricdə olmaqla 9500-ə yaxın məqalə və tezis nəşr etdirilib. Elmi işçilərin əsərlərinə 31000-ə yaxın istinad olunub.

Sonra Ümumi yığıncaqda Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun baş direktoru akademik Əli Abbasovun “Heydər Əliyev İli”: süni intellekt vasitəsilə elmi konfrans”, AMEA Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin müdiri riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Fariz İmranovun “AMEA-da elektron hərəkat və yeni çağırışlar” mövzularında məruzələri dinlənilib.

Ümumi yığıncaqda, həmçinin TÜBİTAK-ın başqanı professor Hasan Mandal çıxış edib. O, qarşıdakı 10 il ərzində dünyanın gündəmində olacaq iqlim dəyişikliyi, ərzaq qıtlığı, şirin su çatışmazlığı və digər bir sıra qlobal problemləri diqqətə çatdırıb, nəticədə bəşəriyyətin elmə və texnologiyaya olan tələbatının daha da artacağını söyləyib. Qeyd edib ki, bu və digər istiqamətdə TÜBİTAK Azərbaycanla, Türk dövlətlərinin elmi qurumları ilə birgə tədqiqatlar aparmağa hazırdır. Professor Hasan Mandal BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un 2024-cü ildə Azərbaycanda keçirilməsinin mühüm hadisə olduğunu deyib və Türkiyənin hər zaman olduğu kimi, bu məsələdə də ölkəmizin yanında olduğunu, tədbirin yüksək səviyyədə keçiriləcəyinə inamını bildirib.

Tədbirdə, o cümlədən ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimovun və AMEA-nın müşaviri akademik Yaqub Mahmudovun çıxışları dinlənilib.

Çıxışlardan sonra AMEA-nın Ümumi yığıncağının qərar layihəsi səsləndirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident: Fransa və onun kimi Qərb dövlətləri işğalı əbədi etmək üçün əllərindən gələni edirdilər

13:19
04 Oktyabr

Azərbaycan parlamentinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin ilk iclası olub

13:16
04 Oktyabr

Prezident İlham Əliyev: Cəbrayıl əməliyyatı xüsusi əhəmiyyətə malik idi

13:15
04 Oktyabr

Azərbaycan Prezidenti: Azad edilmiş torpaqlarda aparılan işlər miqyasına görə xüsusi xarakter daşıyır

13:02
04 Oktyabr

Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib YENİLƏNİB

12:51
04 Oktyabr

Sabahın hava proqnozu açıqlanıb

12:47
04 Oktyabr

“ASAN xidmət” mərkəzi efiopiyalı nazirdə yüksək təəssürat yaradıb

12:43
04 Oktyabr

Azərbaycan və Belarus arasında “Kənd təsərrüfatı məhsullarının istehsalının inkişafına dair birgə tədbirlər üzrə Yol Xəritəsi” imzalanıb

12:37
04 Oktyabr

Bakıda istixana qazı emissiyalarında texnologiyanın rolu mövzusunda sessiya keçirilib

12:33
04 Oktyabr

Hikmət Hacıyev: Gəncəyə atılan "Skad" İkinci Dünya Müharibəsindən sonra Avropada ballistik raketlərin ilk istifadəsi idi

12:17
04 Oktyabr

Göldə gəmi qəzası: 78 nəfər batdı

12:12
04 Oktyabr

Kim Çen In xəbərdarlıq etdi 

11:55
04 Oktyabr

Fernandu Santuş: Elə komanda qurmaq istəyirik ki, qələbələr çox, məğlubiyyətlər az olsun

11:54
04 Oktyabr

DSMF: Doqquz ayda 75 mindən çox elektron arayış alınıb

11:43
04 Oktyabr

Azərbaycan və Rusiya Xəzər dənizinin dayazlaşması məsələsi ilə əlaqədar ikitərəfli işçi qrup yaradıb

11:40
04 Oktyabr

Nazir: Azərbaycanın məqsədi ədalət və bərabərliyə əsaslanan enerji keçidinə nail olmaqdır

11:34
04 Oktyabr

COP29 Azərbaycan Əməliyyat Şirkəti beynəlxalq ISO 450001 sertifikatına layiq görülüb

11:28
04 Oktyabr

 Makrona artıq heç kim inanmır 

11:22
04 Oktyabr

Türkiyənin ədliyyə naziri Ulu Öndərin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi”ni ziyarət edib

11:19
04 Oktyabr

ABŞ-də ölənlərin sayı 200 nəfərə çatdı

11:12
04 Oktyabr

Avropanın Rusiyaya ehtiyacı var 

11:05
04 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!