01 Mart 2024 08:00
15875
SİYASƏT
A- A+
Azərbaycan əsla güzəştə getməyəcək

Azərbaycan əsla güzəştə getməyəcək

 

Erməni lobbisinin təsiri ilə Avropa Parlamenti, AŞPA və digər qurumlar ölkəmizə qarşı yeni bədnam kampaniyaya başlayıblar

 

Azərbaycan torpaqlarının 30 ilə yaxın işğal altında qalmasının əsas səbəblərindən biri də bəzi beynəlxalq təşkilatların problemə ədalətsiz yanaşması, ikili standartlardan çıxış etməsi idi.  İki gün əvvəl Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edən Prezident İlham Əliyev bir daha buna diqqət çəkərək ikili standartların bir sıra beynəlxalq institutlar, o cümlədən Avropa İttifaqı üçün adi hala çevrildiyini bildirdi.
Xüsusilə torpaqlarımızda erməni separatizminə son qoyulmasından sonra erməni lobbisinin təsiri ilə həm Avropa Parlamenti, həm AŞPA və digər qurumlar ölkəmizə qarşı yeni bədnam kampaniyaya başlayıblar. Fransanın Azərbaycana qarşı təxribatı, Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali komissarı Cozep Borelin Azərbaycanın Ermənistana hücum edəcəyini bəyan etməsi, AŞPA-da Azərbaycan nümayəndə heyətinin səs hüququndan məhrum edilməsi barədə qərarın qəbulu göstərir ki, Qərb Azərbaycana qarşı total şəkildə təzyiq etməyə çalışır. 
Lakin torpaqlarını işğaldan azad etməklə yalnız Ermənistanı deyil, Fransanın və digər Qərb dairələrinin timsalında dünya erməniliyini diz çökdürən Azərbaycanı öz yolundan döndərmək mümkün deyil. Azərbaycana qarşı edilən riyakarlıqlara qarşı ölkəmiz qətiyyətli mövqe ortaya qoyur. Alman İqtisadiyyatının Şərq Komitəsinin nümayəndə heyəti ilə görüşdə Prezident İlham Əliyev xəbərdarlığını da edərək bildirdi ki, əgər bir il ərzində nümayəndə heyətimizin hüquqları bərpa olunmazsa, biz Avropa Şurasından tamamilə çıxmağımız barədə məsələyə ciddi şəkildə baxa bilərik.
Qərbin siyasi dairələri arasında elələri də var ki, Azərbaycana qarşı həm işğal, həm də sonrakı dövrdə nəinki ikili standartlardan, ümumiyyətlə, qərəzli və məkrli mövqedən çıxış ediblər və etməkdədirlər. Bu baxımdan Avropa Parlamenti (AP) Azərbaycana qarşı münasibətində və mövqeyində hər zaman qərəzli olub. Azərbaycana qarşı nifrət və düşmənçilik dolu qətnamələr qəbul etmək, qarayaxma kampaniyası aparmaq, ölkəmizin uğurlarına ləkə yaxmaq sanki bu təşkilatın əsas təməl prinsipidir.
Avropa Parlamentinin bu günlərdə yenidən qətnamə qəbul edərək Avropa İttifaqını Azərbaycana qarşı sanksiyalara çağırması bir daha AP-nin riyakarlığını ortaya qoydu. İlk dəfə deyil ki, AP Azərbaycana qarşı hansısa bədnam sənəd qəbul edir.  Əvvəlkilər kimi bu qətnamə də Azərbaycan üçün adi kağız parçasından başqa bir şey deyil. Azərbaycanın hansısa təzyiq qarşısında güzəştə getməsi mümkün deyil. Bu barədə bir nümunə belə göstərmək olmaz. Digər tərəfdən, heç Aİ özü və üzv dövlətlər də sənəddə əks olunan xülyaları qəbul etmirlər. Çünki həmin qətnamədə yer alan çağırışar Aİ-nın prinsiplərinə uyğun deyil. 
O da məlumdur ki, AP yeni seçkilərə hazırlaşır. Azərbaycana qarşı çağırışları isə erməni lobbisinin pulu ilə işləyən deputatlar səsləndirirlər. Araşdırmalar göstərir ki, bu maliyyələşmənin arxasında Brüsseldə yaşayan erməniəsilli Kaspar Karapetyan dayanır. Xatırlayırsınızsa, 2022-ci ilin sonlarında Brüsseldə AP-nin Yunanıstandan olan vitse-prezidenti Eva Kailinin adının hallandığı milyonlarla dollarlıq korrupsiya skandalı baş vermişdi. Araşdırmalar göstərir ki, Eva Kaili AP-nin Avropa İttifaqı-Ermənistan dostluq qrupunun üzvü olub. Həmin qrup isə K.Karapetyanın prezidenti olduğu Ədalət və Demokratiya uğrunda Ümumavropa Erməni Federasiyası təşkilatı ilə sıx əlaqəlidir.  Məhz bu yolla AP-nin deputatlarına rüşvət verilib və bu mexanizm indi də işləyir. Azərbaycana qarşı çıxan deputatlar bundan əvvəl də AP-də eyni mövqedən çıxış edən və almaz qaçaqmalçısı olan K.Karapetyanın pulla ələ aldığı parlamentarilərdir. Bütün bu oyunların arxasında isə  Makron kimiləri, islamafob, rasist və türkofob dairələr dayanır.
Azərbaycanın AP qarşısında heç bir öhdəliyi yoxdur. AP-də də yaxşı bilirlər ki, bu sənədlərin heç bir hüquqi qüvvəsi yoxdur və Azərbaycanı öz yolundan döndərə bilməz.  Həm də korrupsiyalaşdığı sübut olunmuş bir qurumun qəbul etdiyi sənədlər heç Avropanın özündə belə artıq ciddi qəbul edilmir.  

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

IV Şəki Beynəlxalq Teatr Festivalının rəsmi açılış mərasimi olub  

22:25
01 Dekabr

Azərbaycan derbisi: "Qarabağ" "Neftçi"yə böyük hesabla qalib gəlib  

22:22
01 Dekabr

Hakan Fidan ilə Antoni Blinken beynəlxalq vəziyyəti müzakirə ediblər  

22:20
01 Dekabr

Zelenski Avropa İttifaqı Şurasının yeni prezidenti ilə regiondakı vəziyyəti müzakirə edib  

19:41
01 Dekabr

Fərid Qayıbov: “Üzgüçülük hamı üçün” yarışında müxtəlif yaşda olan insanlara rast gəlmək sevindirici məqamdır

16:19
01 Dekabr

Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur

16:07
01 Dekabr

İrakli Kobaxidze: ABŞ-ın Gürcüstanla strateji tərəfdaşlığı dayandırmaq barədə qərarı müvəqqəti xarakter daşıyır  

16:03
01 Dekabr

Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində növbəti başçəkmə həyata keçirilib

15:52
01 Dekabr

Misli Premyer Liqasında Azərbaycan derbisi: “Qarabağ” “Neftçi”yə qarşı

15:29
01 Dekabr

Bakıda “Üzgüçülük hamı üçün” layihəsinin açılış mərasimi keçirilib  

14:47
01 Dekabr

Bakı Təşəbbüs Qrupu BMT-də Afrika əsilli xalqların hüquqlarının müdafiəsinə dair tədbirdə təmsil olunacaq  

14:09
01 Dekabr

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

13:59
01 Dekabr

Mərakeş Diplomatik Araşdırmalar Akademiyasında Azərbaycanın xarici siyasətindən danışılıb  

13:37
01 Dekabr

Rumıniyanın Prezidenti Zati-aliləri cənab Klaus Verner İohannisə  

11:47
01 Dekabr

Prezident İlham Əliyev Laçının işğaldan azad edilməsinin dördüncü ildönümü münasibətilə paylaşım edib VİDEO  

11:39
01 Dekabr

Alimlər inanılmaz həcmdə məlumatların almazda saxlamağın yolunu tapıblar

10:49
01 Dekabr

İranın XİN başçısı Türkiyəyə səfər edəcək

10:08
01 Dekabr

Dünyanı bürüyən mərəz 

08:50
01 Dekabr

Dənizkənarı Milli Park - milli mədəniyyətimizin ən qiymətli parçasından biri

08:45
01 Dekabr

SES ən sərfəli alternativ enerji mənbəyidir

08:40
01 Dekabr

Gəncədə keçirilən əmək yarmarkasında 300-ə yaxın vakansiya təqdim olunub

08:35
01 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!