24 Aprel 2024 08:30
284
İQTİSADİYYAT
A- A+
Avtomobildən noutbukacan

Avtomobildən noutbukacan

 

Dünən neft-qaz ölkəsi kimi tanınan Azərbaycanda bu gün istehsal olunan sənaye məhsullarının çeşidi zəngindir

 

Qlobal miqyasda iqtisadi uğurlara nail olan ölkələrin keçdiyi yola diqqət yetirdikdə görürük ki, səbəbi sənayenin inkişafıdır. Biz bunun koronavirus pandemiyası dövründə bir daha şahidi olduq. Sənayesi yüksək inkişaf edən ölkələr bu çətinlikdən az ziyanla çıxdı, zəif inkişaf edən ölkələr isə daha çox itkilərə məruz qaldı.
Prezident İlham Əliyev ölkəyə rəhbərlik etməyə başladığı dövrdən iqtisadi islahatların aparılmasına qərar vermişdir. Məqsəd ölkənin neft-qaz ixracından asılılığını minimuma endirmək, qeyri-neft sektorunu inkişaf edən aparıcı sahəyə  çevirməkdir. Nəticəni rəqəmlər əks etdirir: 2003-2022-ci illər ərzində qeyri-neft-qaz sənayesində istehsalın dəyəri 2 milyard manatdan 17,7 milyard manata yüksəlib. Bu, ixracın da artmasına səbəb olub. Həmin dövrdə qeyri-neft-qaz məhsullarının ixracı 9 dəfə artaraq dəyəri 0,37 milyard dollardan 3,3 milyard dollara yüksəlib. 
Ölkəmizdə aparılan islahatların son hədəfi Azərbaycanı inkişaf etmiş sənaye ölkəsinə çevirməkdir. Son dövrlər bu məqsədlə yaradılan sənaye parkları və sənaye məhəllələrinin sayı xeyli artıb. Bu gün sənaye məhsullarının çoxu həmin park və məhəllələrdəki müəssisələrdə istehsal olunur. Belə müəssisələrin regionlarda da yaradılması  bölgələrin inkişafında önəmli rol oynayır.
Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, cari ilin yanvar-mart aylarında ölkə üzrə 15,7 milyard manatlıq sənaye məhsulları istehsal edilmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə neft-qaz sektorunda məhsul istehsalının artmının həcmi 0,2, qeyri-neft-qaz sektorunda isə 7,8 faiz olmuşdur.
Hesabat dövründə məhsul istehsalında qeyri-dövlət sektorunun payı 80,9 faiz olmuşdur. Ümumi istehsalın 89,3 faizi sənaye məhsullarının istehsalı, 10,7 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılmışdır. Məlumdur ki, sənayedə qeyri-dövlət sektorunun payının yüksək olması dövlət tərəfindən sahibkarlığın inkişafına verilən dəstəklə bağlıdır.
Cari ilin ilk 3 ayında sənayenin əsas məhsulu olan əmtəəlik neft hasilatı 7,2 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 9,7 milyard kubmetr təşkil etmişdir. Statistik rəqəmlərdən məlum olur ki, əmtəəlik neft hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 faiz azalsa da, əmtəəlik qaz hasilatı 5,4 faiz artmışdır.
Hesabat dövründə emal sənayesində 4 milyard 561,2 milyon manatlıq məhsul istehsal olunmuş və sənaye xarakterli xidmətlər göstərilmişdir. Bu sahə üzrə bir çox məhsul istehsalında müəyyən qədər azalma müşahidə edilsə də, əsas məhsullar üzrə istehsalda artım da olmuşdur. Məsələn, ilk rüb ərzində toxuculuq sənayesi, geyim, dəri və dəridən məlumatların, ayaqqabıların istehsalı sahəsində yüksək dinamika müşahidə edilmişdir. Bu sahələrdə 124,2 milyon manat dəyərində məhsul istehsl edilmiş, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə dəri və dəridən hazırlanan məmulatların, ayaqqabıların istehsalında 37,3, geyim istehsalında 21,1, toxuculuq  sənayesində 9 faiz artım olmuşdur.
İlin ilk 3 ayı kimya sənayesi, əczaçılıq məhsulları, rezin və plastik kütlə məmulatlarının istehsalında da artım qeydə alınmışdır. Bu sahələrdə 537,9 milyon manatlıq məhsul istehsal edilmiş, ötən ilin müvafiq dövrü ilə müqayisədə rezin və plastik kütlə məmulatlarının istehsalı 26,2, kimya sənayesi məhsullarının istehsalı 16,7, əczaçılıq məhsullarının istehsalı isə 0,9 faiz artmışdır. 
Tikinti materiallarının istehsalı sahəsində son 2 ildə yüksək artım dinamikası müşahidə edilir. Bu da işğaldan azad edilən ərazilərdə nəhəng tikinti-quruculuq layihələrinin icrası ilə bağlıdır. Hesabat dövründə bu sahə üzrə dəyəri 274,6 milyon manat olmaqla keçən ilin eyni vaxtı ilə müqayisədə 34,4 faiz çox müxtəlif tikinti məhsulları istehsal olunmuşdur. 3 ay ərzində betondan yığma tikinti konstruksiyalarının istehsalı 49,2, beton istehsalı 34,6, tikinti gipsinin istehsalı 27,1, sement istehsalı 26,3 faiz artmışdır.
Son dövrlər sənayemizdə nisbətən yeni sahə olan - kompüter, elektron və optik məhsulları, elektrik avadanlıqlarının istehsalı sahələrində yüksək dinamikanın ildən-ilə artmasını müşahidə edirik. Sənayenin bu cür daha gəlirli sahəsində məhsul istehsalının artması müsbət haldır. Konkret rəqəmlərə gəldikdə, cari ilin yanvar-mart aylarında ötən ilin eyni dövrü ilə müqayisədə elektrik avadanlıqlarının istehsalı 16,8, kompüter, elektron və optik məhsullarının isə 7,9 faiz artmışdır. Bununla yanaşı, ötən ilin müvafiq dövrü ilə müqayisədə noutbukların istehsalı 3, güc transformatorlarının istehsalı isə 2,2 dəfəyə qədər yüksəlmişdir.

Rüstəm KAMAL,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan hibrid təhdidlərə qarşı savaşa başlayır

08:00
13 Oktyabr

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun tabeliyindəki idarələrə tələb olunan avtoşinlərin satın alınması məqsədilə MÜSABİQƏ ELAN EDİR

01:48
13 Oktyabr

"Böyük Dəbilqə": Azərbaycan cüdoçusu qızıl medal qazanıb

20:58
12 Oktyabr

Azərbaycan Kuboku: “Şahdağ Qusar” və "Şəfa" növbəti mərhələyə yüksəlib

20:56
12 Oktyabr

"Şuşa şəhərinin İslam memarlıq irsi" adlı simpoziumun ikinci gününə yekun vurulub

20:27
12 Oktyabr

Dmitri Savelyev: Rusiya-Azərbaycan əməkdaşlığının bütün səviyyələrdə inkişafına böyük diqqət göstərilir

19:55
12 Oktyabr

Dünya çempionatında medal qazanmış Azərbaycan atıcıları təltif ediliblər

19:52
12 Oktyabr

“Yüksəliş” qalibləri Qarabağ Universitetinin tələbələrinə təlim keçib

19:47
12 Oktyabr

Şahdağın yüksəkliklərinə qar yağıb

19:06
12 Oktyabr

“Qalatasaray”ın iki futbolçusu Türkiyə millisinin heyətindən çıxarılıb

18:57
12 Oktyabr

Daşaltı kəndindəki məscidin tikintisi başa çatmaq üzrədir

18:41
12 Oktyabr

Milli futbol liqaları FIFA-nı məhkəməyə verəcək

18:29
12 Oktyabr

COP29 Azərbaycan Əməliyyat Şirkəti Pre-COP çərçivəsində brifinq keçirilib

18:17
12 Oktyabr

Azərbaycanda quşların qış sayğısının nəticəsinə əsasən 704 min fərd qеydə аlınıb

18:03
12 Oktyabr

Şuşada bu günə qədər 20-yə yaxın abidələrimiz tam olaraq bərpa olunub - Aydın Kərimov

17:52
12 Oktyabr

İrakli Kobaxidze: Gürcüstanda seçkilər azad, şəffaf, demokratik və rəqabətli olacaq  

17:43
12 Oktyabr

Azərbaycanın batut gimnastları beynəlxalq yarışda finala yüksəliblər  

17:32
12 Oktyabr

Santuşun mətbuat konfransının vaxtı bəlli olub

17:21
12 Oktyabr

Yaponiyanın baş naziri İşiba Xirosima və Naqasakiyə atılan atom bombalarını xatırladıb

17:09
12 Oktyabr

İtaliya nəşri Pre-COP29 konfransından yazıb

16:53
12 Oktyabr

Yardımlıda narkokuryer qohumlar saxlanılıblar

16:41
12 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!