13 Aprel 2024 18:34
412
DÜNYA
A- A+

Antalyada 23 saat davam edən təxliyə işləri başa çatıb

 

Türkiyənin Antalya vilayətində baş verən kanat xətti qəzası nəticəsində kabinələrdə qalan vətəndaşların təxliyəsi başa çatdırılıb.

AZƏRTAC xəbər verir ki, 23 saat davam edən təxliyə işləri üçün bölgəyə Türkiyənin müxtəlif qurumlarının 543 nəfərlik axtarış-xilasetmə qrupları, səksən nəfərlik alpinist heyəti eləcə də, bir hərbi karqo təyyarəsi, yeddi helikopter, 108 xüsusi avtomobil, altı ambulans və çoxlu sayda dron cəlb edilib.

Yaralananlar xüsusi helikopterlərlə xəstəxanalara çatdırılıblar.

Türkiyənin ədliyyə naziri Yılmaz Tunç hadisə ilə bağlı tədqiqatın başlandığını, kanat xəttini işlədən və təmirindən məsul şəxslərin də aralarında olduğu 13 nəfərin saxlanılmasına qərar verildiyini deyib.

Xatırladaq ki, aprelin 12-də Türkiyənin Antalya vilayətinin Konyaaltı bölgəsində kanat xəttinin dirəklərindən birinin aşması nəticəsində xəttin kabinələrindən biri qayalıq əraziyə düşüb. Hadisə zamanı bir nəfər həlak olub, on nəfər yaralanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video