12 Fevral 2024 20:26
377
İDMAN
A- A+

AFFA-nın vitse-prezidenti: "Millidə yerli baş məşqçinin işləməsinin tərəfdarıyam" - MÜSAHİBƏ

 

AFFA-nın vitse-prezidenti, qurumun İcraiyyə Komitəsinin üzvü Rauf Əliyev "Report"un suallarını cavablandırıb.

Funksioner yığmanın Millətlər Liqasındakı rəqiblərini dəyərləndirməklə yanaşı, baş məşqçi məsələsinə də toxunub.

Rauf Əliyev "Qarabağ"ın Portuqaliyada "Braqa"ya qarşı keçirəcəyi Avropa Liqasının pley-off mərhələsinin oyunu barədə də danışıb.

- Milli komanda C Liqasının 1-ci qrupunda İsveç, Slovakiya və Estoniya ilə üz-üzə gələcək. Püşkü necə dəyərləndirirsiniz?

- Yenə bu komandalar bizə rəqib oldular. Düşünürəm ki, püşk pis deyil. Bu üç komandanın hamısı ilə yaxın keçmişdə üz-üzə gəlmişdik. Pis də oynamamışdıq. Məncə, yığmamız yaxşı oyunla qələbələr qazana və qrupdan çıxa bilər. Heç bir problem yoxdur.

- Bu qrupda lider olmaq realdır?

- Niyə də yox? Bu gün İsveç, Slovakiya və Estoniyadan pis deyilik, komandamız yaxşıdır. Hesab edirəm ki, daha əzmkar olsalar, işlərinə məsuliyyətlə yanaşsalar, hər üç kollektivə qalib gəlmək olar.

- Millidə baş məşqçi məsələsinə hələlik aydınlıq gəlməyib. Sizin bu yöndə fikriniz maraqlıdır...

- Bu məsələ ilə bağlı AFFA-da xüsusi İşçi Qrupu yaradılıb. Onların toplantılarından sonra məsləhətləşmələr aparılacaq və qərar veriləcək.

- Sizin şəxsi fikriniz necədir? Yığmada yerli, yoxsa əcnəbi mütəxəssis çalışmalıdır?

- Mən artıq yerli məşqçinin tərəfdarıyam.

- Bəs komandada görmək istədiyiniz ad var?

- Belə bir şəxs var. Amma onu açıqlaya bilmərəm. Çünki məsələ ilə AFFA-nın İşçi Qrupu məşğul olur. Daha əvvəl Azərbaycanda əcnəbilər işləyiblər. Onlarla yaxşı və pis günlər olub. Artıq hesab edirəm ki, təcrübəli, yerli mütəxəssislərimiz var. Elələri də var ki, əcnəbi baş məşqçi ilə yığmada işləyib. Onlara da özlərini göstərmək üçün imkan vermək lazımdır. Futbol ictimaiyyəti bəzən belə fikir səsləndirir ki, əsas məsələ məşqçidədir. Amma belə deyil, əsas oyunçulardır. Biz elə sistem yaratmalıyıq ki, klublardan yaxşı futbolçular gəlsin və yığmada istənilən oyunu sərgiləsinlər. Gənclərə də diqqət ayrılmalıdır. Bizdə regionlarda yaxşı uşaqlar var. Sadəcə, işləmək lazımdır.

- "Qarabağ" Avropa Liqasının pley-off mərhələsində Portuqaliyada "Braqa"nın qonağı olacaq. Bu qarşılaşma haqqında nə deyə bilərsiniz?

- Təmsilçimizə uğurlar arzulayıram. Hesab edirəm ki, "Qarabağ" "Braqa"dan zəif deyil. Yaxşı oyun göstərsələr, bu rəqibi keçə bilərlər.

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video