02 Fevral 2023 02:01
801
Qanunlar
A- A+
Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, "Valyuta tənzimi haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Banklar haqqında", "Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə", "Sığorta fəaliyyəti haqqında", "İnvestisiya fondları haqqında", "Qiymətli kağızlar bazarı haqqında" və "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, "Valyuta tənzimi haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Banklar haqqında", "Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə", "Sığorta fəaliyyəti haqqında", "İnvestisiya fondları haqqında", "Qiymətli kağızlar bazarı haqqında" və "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci, 12-ci, 13-cü, 15-ci, 20-ci və 27-ci bəndlərini rəhbər tutaraq, "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" və "Hədəfli maliyyə sanksiyaları haqqında" Azərbaycan Respublikası qanunlarının icrası ilə əlaqədar qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 612; 2011, № 12, maddə 1108; 2012, № 6, maddə 501; 2017, № 5, maddə 732, № 7, maddə 1298, № 11, maddə 2190; 2019, № 1, maddə 14, № 3, maddə 368, № 5, maddə 814, № 8, maddə 1375; 2020, № 6, maddə 670, № 7, maddə 832; 2021, № 8, maddə 894; 2022, № 2, maddə 91) aşağıdakı məzmunda 110.6-cı maddə əlavə edilsin:
"110.6. Mənzil-tikinti kooperativinin üzvünün payının özgəninkiləşdirilməsi ilə əlaqədar əqdlər notariat qaydasında təsdiqlənməlidir.".
Maddə 2. "Valyuta tənzimi haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, № 7,  maddə 116; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 737; 2003, № 1, maddə 1; 2006, № 3, maddə 225; 2007, № 6, maddə 562, № 12, maddə 1216; 2009, № 7, maddə 517; 2010, № 4, maddə 276; 2014, № 10, maddə 1168; 2016, № 3, maddə 423; 2017, № 5, maddə 741, № 7, maddə 1291; 2018, № 5, maddə 847; 2019, № 1, maddə 30, № 3, maddə 387; 2021, № 12, maddə 1298; Azərbaycan Respublikasının 2022-ci il 2 dekabr tarixli 671-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 14-1-ci maddənin adından və 14-1.2-ci maddədən "pul vəsaitlərinin və ya digər" sözləri çıxarılsın;
2.2. 14-1.1-ci maddəyə "sərvətlərinin" sözündən sonra "və milli valyutanın" sözləri, "olunmuş" sözündən sonra "məlumat və" sözləri əlavə edilsin, həmin maddədən "pul vəsaitlərinin və ya digər" sözləri çıxarılsın və həmin maddədə "məlumatı" sözü "məlumat və sənədləri" sözləri ilə əvəz edilsin.
Maddə 3. "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 1, maddə 8; 2005, № 1, maddə 1, № 8, maddə 700; 2006, № 2, maddə 70; 2008, № 2, maddə 49; 2010, № 4, maddə 265; 2012, № 1, maddə 2, № 7, maddə 651; 2013, № 12, maddə 1479; 2014, № 2, maddə 78, № 7, maddə 769, № 11, maddə 1356, № 12, maddə 1526; 2015, № 11, maddə 1259; 2016, № 4, maddə 644, № 10, maddə 1606; 2017, № 5, maddələr 709, 724, № 10, maddə 1775; 2018, № 12 (I kitab), maddələr 2471, 2531; 2019, № 1, maddələr 16, 21, № 2, maddə 176, № 6, maddə 999, № 7, maddə 1203; 2020, № 6, maddə 675, № 8, maddə 1017, № 11, maddələr 1323, 1335; 2021,  № 12, maddə 1312; 2022, № 8, maddə 827) 15.9.3-cü maddəsindən "pul vəsaitlərinin və ya digər" sözləri çıxarılsın, həmin maddəyə "orqanına," sözündən sonra "nəzarət orqanlarına," sözləri əlavə edilsin və həmin maddədə "monitorinq iştirakçılarına və monitorinqdə iştirak edən digər" sözləri "öhdəlik daşıyan" sözləri ilə əvəz edilsin.
Maddə 4. "Banklar haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 3, maddə 130; 2005, № 4, maddə 276; 2007, № 5, maddə 401, № 6, maddə 562, № 11, maddə 1070; 2008, № 11, maddə 960; 2009, № 6, maddə 404, № 7, maddə 517; 2010, № 4, maddə 276, № 10, maddə 839; 2011, № 7, maddə 590; 2013, № 7, maddə 790; 2014, № 7, maddə 772, № 12, maddə 1517; 2015, № 11, maddə 1262; 2016, № 3, maddə 406, № 6, maddə 975; 2017, № 4, maddə 521, № 11, maddə 1956, № 12 (I kitab), maddə 2227; 2018, № 1, maddə 33, № 5, maddə 842, № 7 (I kitab), maddə 1389, № 12 (I kitab), maddə 2466; 2019, № 1, maddələr 32, 50, № 4, maddə 599, № 6, maddə 999, № 7, maddə 1185, № 8, maddə 1365; 2020, № 5, maddə 515; 2021, № 1, maddə 8, № 11, maddə 1206, № 12, maddə 1298; Azərbaycan Respublikasının 2022-ci il 2 dekabr tarixli 671-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
4.1. 16.1.9-cu, 16.2.7-ci və 31.1-ci maddələrdən "pul vəsaitlərinin və ya digər" sözləri çıxarılsın və həmin maddələrdə "Azərbaycan Respublikası Qanununun" sözləri "və "Hədəfli maliyyə sanksiyaları haqqında" Azərbaycan Respublikası qanunlarının" sözləri ilə əvəz edilsin; 
4.2. 25.1.4-cü maddədə "və "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun" sözləri ", "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" və "Hədəfli maliyyə sanksiyaları haqqında" Azərbaycan Respublikası qanunlarının" sözləri ilə əvəz edilsin;
4.3. 25.1.7-ci maddədən "pul vəsaitlərinin və ya digər" sözləri çıxarılsın və həmin maddədə "sistemini" sözü "proqramını" sözü ilə əvəz edilsin; 
4.4. 37.1-ci maddənin üçüncü abzasından "pul vəsaitlərinin və ya digər" sözləri çıxarılsın;
4.5. 39.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
"39.2. Banklar ölkədaxili və transsərhəd əməliyyatlara dair bütün məlumat və sənədlərin, müştəri uyğunluğu tədbirləri çərçivəsində əldə edilmiş məlumat və sənədlərin, işgüzar yazışmaların, hesablara, habelə aparılmış hər hansı təhlilin nəticələrinə dair məlumat və sənədlərin "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsində qeyd olunan müddətdə saxlanılmasını təmin etməlidirlər.";
4.6. 42-ci maddə aşağıdakı redaksiyada verilsin:
"Maddə 42. Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması
42.1. Kredit təşkilatları cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı monitorinq olunmalı əməliyyatlar barədə məlumat və sənədləri maliyyə monitorinqi orqanına təqdim edir, özünün daxili nəzarət proqramını hazırlayır və tətbiq edir, Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmiş digər tədbirləri həyata keçirirlər.
42.2. Kredit təşkilatları qanunla müəyyən olunmuş hallarda və qaydada müştəriyə, benefisiar mülkiyyətçiyə və səlahiyyətli nümayəndəyə münasibətdə müştəri uyğunluğu tədbirləri tətbiq etməli, məlumat və sənədlərin saxlanılması tələblərinə əməl etməlidirlər.
42.3. Uydurma adlarla bağlı və ya anonim hesabların açılmasına, sənədlərin və əmlakın uydurma adlar istifadə edilməklə və ya anonim olaraq saxlanca qəbul edilməsinə (xüsusi otaqlarda və ya seyf qutularında saxlanılmasına), anonim depozit sertifikatlarının buraxılmasına və anonim bank kitabçalarının təqdim edilməsinə yol verilmir.
42.4. Bu Qanunun 42.1-42.3-cü maddələrində göstərilən tələblərdən başqa digər tələblər "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" və "Hədəfli maliyyə sanksiyaları haqqında" Azərbaycan Respublikasının qanunları, həmçinin digər normativ hüquqi və normativ xarakterli aktlarla müəyyən edilir.";
4.7. 47.1-ci maddədən "pul vəsaitlərinin və ya digər" sözləri çıxarılsın və həmin maddədə "Azərbaycan Respublikası Qanununun və" sözləri "və "Hədəfli maliyyə sanksiyaları haqqında" Azərbaycan Respublikası qanunlarının, həmçinin" sözləri ilə əvəz edilsin.
Maddə 5. Azərbaycan Respublikasının 2005-ci il 3 may tarixli 906-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 6, maddə 470; 2007, № 10, maddə 934; 2009, № 1, maddə 7; 2010, № 3, maddə 173; 2013, № 11, maddə 1273; 2017, № 5, maddə 710; 2018, № 5, maddə 840) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:
5.1. 5.8-ci maddədən "pul vəsaitlərinin və ya digər" və "dövlət orqanlarının və qurumlarının fəaliyyətini əlaqələndirmək," sözləri çıxarılsın;
5.2. 7.11-ci maddədən "pul vəsaitlərinin və ya digər" sözləri çıxarılsın.
Maddə 6. "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 3, maddə 144, № 7, maddə 602; 2009, № 7, maddə 517; 2011, № 1, maddə 11; 2013, № 12, maddə 1470; 2014, № 7, maddələr 771, 779; 2015, № 11, maddə 1263; 2016, № 3, maddə 410, № 6, maddə 976; 2017, № 7, maddələr 1286, 1294, № 12 (I kitab), maddə 2221; 2018, № 7 (I kitab), maddə 1392; 2019, № 1, maddələr 19, 33, 50, № 5, maddələr 793, 815, № 6, maddə 999, № 8, maddə 1362; 2020, № 7, maddələr 822, 830; 2021, № 6 (I kitab), maddə 558, № 8, maddə 896, № 11, maddə 1206, № 12, maddələr 1298, 1320) aşağıdakı dəyişikliklər edilsin:
6.1. 6.2.9-cu maddədən "pul vəsaitlərinin və ya digər" sözləri çıxarılsın; 
6.2. 13-cü maddə aşağıdakı redaksiyada verilsin:
"Maddə 13. Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması 
13.1. Həyatın yığım sığortası fəaliyyəti ilə məşğul olan sığortaçılar, təkrarsığortaçılar və sığorta vasitəçiləri cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı monitorinq olunmalı əməliyyatlar barədə məlumat və sənədləri maliyyə monitorinqi orqanına təqdim edir, özünün daxili nəzarət proqramını hazırlayır və tətbiq edir, Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmiş digər tədbirləri həyata keçirirlər.
13.2. Həyatın yığım sığortası fəaliyyəti ilə məşğul olan sığortaçılar, təkrarsığortaçılar və sığorta vasitəçiləri qanunla müəyyən olunmuş hallarda və qaydada sığortalıya, sığorta olunana, faydalanan şəxsə, benefisiar mülkiyyətçiyə və səlahiyyətli nümayəndəyə münasibətdə müştəri uyğunluğu tədbirləri tətbiq etməli, məlumat və sənədlərin saxlanılması tələblərinə əməl etməlidirlər. 
13.3. Bu Qanunun 13.1-ci və 13.2-ci maddələrində qeyd olunan tələblərdən başqa digər tələblər "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" və "Hədəfli maliyyə sanksiyaları haqqında" Azərbaycan Respublikasının qanunları, həmçinin digər normativ hüquqi və normativ xarakterli aktlarla müəyyən edilir.";
6.3.  29.1.10.6-cı, 95.1.5-ci və 124.2-ci maddələrdən "pul vəsaitlərinin və ya digər" sözləri çıxarılsın və həmin maddələrdə "Azərbaycan Respublikası Qanununun" sözləri "və "Hədəfli maliyyə sanksiyaları haqqında" Azərbaycan Respublikası qanunlarının" sözləri ilə əvəz edilsin;
6.4. 106.1.7-ci maddədən "pul vəsaitlərinin və ya digər" sözləri çıxarılsın və həmin maddədə "Azərbaycan Respublikasının Qanununda" sözləri "və "Hədəfli maliyyə sanksiyaları haqqında" Azərbaycan Respublikasının qanunlarında" sözləri ilə əvəz edilsin;
6.5. 123.2-ci maddədən "pul vəsaitlərinin və ya digər" sözləri çıxarılsın, həmin maddədə "eyniləşdirilməsi və verifikasiyası" sözləri "müştəri uyğunluğu tədbirlərinə dair məlumat və" sözləri ilə, "10-cu" sözü "6-cı" sözü ilə əvəz edilsin.
Maddə 7. "İnvestisiya fondları haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 11, maddə 950; 2014, № 10, maddə 1161; 2015, № 11, maddə 1261; 2016, № 3, maddə 412, № 4, maddə 642, № 12, maddə 2002; 2017, № 11, maddə 1952, № 12 (I kitab), maddə 2225; 2018, № 7 (I kitab), maddə 1394; 2019, № 1, maddə 33, № 5, maddə 815, № 6, maddə 999; 2021, № 12, maddə 1298; Azərbaycan Respublikasının 2022-ci il 2 dekabr tarixli 671-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
7.1. 40.1.3-cü maddədən "pul vəsaitlərinin və ya digər" sözləri çıxarılsın, həmin maddədə "7.3-cü" sözü "9.5-ci" sözü ilə əvəz edilsin, həmin maddəyə "dövlətlərin" sözündən sonra "(ərazilərin)" sözü, "dövlətlərdə" sözündən sonra "(ərazilərdə)" sözü əlavə edilsin; 
7.2. 41.2-ci maddədən "pul vəsaitlərinin və ya digər" sözləri çıxarılsın və həmin maddədə "Azərbaycan Respublikasının Qanununda" sözləri "və "Hədəfli maliyyə sanksiyaları haqqında" Azərbaycan Respublikasının qanunlarında" sözləri ilə əvəz edilsin;
7.3. 53-cü maddə aşağıdakı redaksiyada verilsin:
"Maddə 53. Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması
53.1. İnvestisiya fondu və bu fondun idarəçisi cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı monitorinq olunmalı əməliyyatlar barədə məlumat və sənədləri maliyyə monitorinqi orqanına təqdim edir, özünün daxili nəzarət proqramını hazırlayır və tətbiq edir.  
53.2. İnvestisiya fondu və bu fondun idarəçisi qanunla müəyyən edilmiş hallarda və qaydada müştəriyə, benefisiar mülkiyyətçiyə və səlahiyyətli nümayəndəyə münasibətdə müştəri uyğunluğu tədbirləri tətbiq etməli, məlumat və sənədlərin saxlanılması tələblərinə əməl etməlidir. 
53.3. Bu Qanunun 53.1-ci və 53.2-ci maddələrində qeyd olunan tələblərdən başqa digər tələblər "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" və "Hədəfli maliyyə sanksiyaları haqqında" Azərbaycan Respublikasının qanunları, həmçinin digər normativ hüquqi və normativ xarakterli aktlarla müəyyən edilir.".
Maddə 8. "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 813; 2016, № 3, maddə 411, № 11, maddə 1756, № 12, maddə 2003; 2017, № 2, maddə 159, № 5, maddə 712, № 12 (I kitab), maddə 2222; 2018, № 5, maddə 893, № 7 (I kitab), maddə 1395; 2019, № 1, maddələr 33, 50, № 2, maddə 189, № 5, maddələr 807, 815, № 6, maddə 999, № 7, maddə 1184; 2021, № 12, maddə 1298) aşağıdakı dəyişikliklər edilsin:
8.1. 28.3-cü maddədən "pul vəsaitlərinin və ya digər" sözləri çıxarılsın və həmin maddədə "monitorinq iştirakçılarına və monitorinqdə iştirak edən digər" sözləri "öhdəlik daşıyan" sözləri ilə əvəz edilsin;
8.2. 62.4.4-cü maddədən "pul vəsaitlərinin və ya digər" sözləri çıxarılsın, həmin maddədə "7.3-cü" sözü "9.5-ci" sözü ilə əvəz edilsin, həmin maddəyə "dövlətlərin" sözündən sonra "(ərazilərin)" sözü, "dövlətlərdə" sözündən sonra "(ərazilərdə)" sözü əlavə edilsin;
8.3. 63.5-ci maddədən "pul vəsaitlərinin və ya digər" sözləri çıxarılsın.
Maddə 9. "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2053; 2017, № 7, maddə 1288; 2019, № 1, maddə 28; 2020, № 5, maddə 527, № 11, maddə 1333; 2021, № 12, maddə 1310; Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 687-VIQD nömrəli Qanunu) 3.4.13-cü maddəsinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 3.4.14-3.4.16-cı maddələr əlavə edilsin:
"3.4.14. daşınmaz əmlakın alqı-satqısı üzrə, mənzil-tikinti kooperativinin üzvünün pay haqqı üzrə və bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrinin alınması ilə bağlı həyata keçirilən ödənişlər;
3.4.15. qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış məmulatların və mədəniyyət məhsullarının alqı-satqısı üzrə ümumi məbləği on beş min manatdan artıq olan ödənişlər;
3.4.16. rəsmi reyestrlərdə qeydiyyata alınmış daşınar əmlakın alqı-satqısı üzrə (avtomobil satışı istisna olmaqla) ümumi məbləği on beş min manatdan artıq olan ödənişlər.".
Maddə 10. Bu Qanun 2023-cü il fevralın 1-dən qüvvəyə minir.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 dekabr 2022-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!