06 Dekabr 2020 01:05
1289
SİYASƏT
A- A+

Məğlubların faciəsi


Ermənistanın düşməni qonşuları yox, ruhuna hakim kəsilən nasizmdir


Azərbaycanın qələbəsi, Ermənistanın isə biabırçı kapitulyasiya aktına imza atması labüd idi. Çünki faşist ideyaları ilə zəhərlənən istənilən xalq nə qədər döyüşsə də, son nəticədə mütləq təslim olmalı, haqqın və ədalətin qarşısında diz çökməlidir.

Təəssüf ki, indi dizini yerə qoyan işğalçı ölkə bu sadə həqiqəti anlamaqda acizdir. Əsl dərd o deyil ki, müharibəni uduzasan, məğlub ediləsən. Faciə odur ki, sənə qələtini deyirlər, amma sən qanmırsan, deyiləni başa düşməyə ağlın çatmır. Həm də anlamamaq bir nəfərə aid olanda bunu bir dərd kimi qəbul etmək mümkündür. Lakin bütün Ermənistanın iqtidarlı-müxalifətli son nəfərinədək qanmazlıq mərəzinə yoluxması milli faciədir.

Müharibədə məğlub edilən bu ölkə nə baş verdiyini anlamaqda acizdir. Təslim olsa da, bundan dərs almaq, sülhə və barışa can atmaq, faşizm ideyaları ilə iliyinədək yoluxduğunu etiraf etmək əvəzinə kükrəyərək yeni və daha faciəvi savaş haqqında fikirləşir. Bəli, bu gün Ermənistanda bütün siyasi qüvvələr - iqtidar və müxalifət, erməni xalqının müxtəlif təbəqələrinin nümayəndələri və hətta 7-8 milyonluq erməni diasporu barış əvəzinə bir-birini ittiham edir, yeni savaş planlaşdırırlar.

Hamısının da "ciddi arqumentlər”i var. Paşinyan öz alibilərini sadalayır, keçmiş prezidentlər öz yozumlarını açıqlayır. Bütün siyasi qüvvələr və erməni xalqı isə meydanlarda və KİV-də düşmənlərini divar boyu düzüb ittiham edir, hökm oxuyur və cəza kəsirlər. Müqəssirlər isə bir deyil, iki deyil! Paşinyan və onun komandası, bütün siyasi partiyalar, erməni diasporu, Rusiya, Fransa, ABŞ... Bir sözlə, bütün dünya erməniləri havalanıb başladıqları müharibədə tək qoyduqları üçün günahkardır. Lakin heç kim etiraf etmir ki, faşizm ideologiyası ilə xəstələnən xalqı məhv edən onun nasist ideyaları, işğalçı ambisiyalarıdır. Günün reallığı belədir: ermənilərin özlərindən başqa düşməni yoxdur!

Sıravi ermənilərin sosial şəbəkələrdə yaydıqlarını oxuyanda nasizmin az qala beşikdəki körpənin də beyninə yeridildiyini aydın görürsən və barmağını dişləyib anlayırsan ki, bu xalq, doğrudan da, zavallı günündə imiş. Bir erməni qadın çiynində avtomatla Qarabağdan heç yerə getməyəcəyini, sonadək döyüşəcəyini bəyan edir. Üzünə yazılıb ki, aktyorluq edir, roldadır. Başqa bir yaşlı erməni isə ağzı köpüklənə-köpüklənə bağırır ki, türkləri son nəfərinədək qırmaq lazımdır: "Onlar xalq deyil - qəbilədir! Onlardan kimsə sağ qalmalı deyil! Yalnız bir nəfəri öldürüb başqalarına göstərmək üçün spirtdə saxlamaq lazımdır!” Digəri isə gözlərini bərəldir ki, o, azərbaycanlılarla bir yerdə yaşasa, hər gecə gəlib arvadının tumanını yoxlayacaqlar. Ermənilər hələ də özlərini hamıdan üstün, hamıdan ali sayırlar, qonşuları haqqında isə ikrahla danışırlar.

Yerevanda keçirilən mitinqlərdə qarşılıqlı ittihamlar ərşə dirənib. Hamı məğlubiyyətin səbəblərini araşdırır, günahkarları axtarır, yeni silahlar, PUA-lar eşqindədir. Paşinyan bütün siyasi qüvvələri, onlar da iqtidarı yalan danışmaqda, xalqı aldatmaqda suçlayırlar. Rusiya Ermənistana arxa çevirməkdə, kömək etməməkdə ittiham edilir. Ermənilərdən biri qəzəblə kameraya bağırır ki, "Putin, səni vəzifəyə mən gətirdim, amma sən erməni xalqını satdın!”

Moskvada erməni diasporunun təmsilçiləri şimal qonşumuzu müharibəyə cəlb etmək üçün döyüşlər başlayandan sonadək təsir edə bildikləri bütün telekanallarda, kütləvi informasiya vasitələrində Qafqazda ruslarla türkləri toqquşdurmaqla yeni müharibə ocağını alovlandırmaq üçün cəhənnəm təri tökdülər. Erməni əsilli aparıcılar, politoloqlar efirlərdə zənciri qırılan köpəkləri xatırladırdı. Kreml isə ermənilərin bu "fədakar”lığını, sadəcə, qulaqardına vurdu, Türkiyə ilə əməkdaşlığa üstünlük verdi.

Yerevanda isə günü bu günəcən minlərlə ana hər gün küçələrə çıxır, Qarabağda

itkin düşən uşaqlarını tələb edir, ölənlərin cəsədlərini istəyirlər. Heç bir dövlət qurumu onlara məlumat vermir. Ona görə ki, erməni hərb maşını Qarabağda öldürülən minlərlə əsgəri elə döyüşlərin ilk günlərindən Ermənistana daşımağa qorxur. Bilirlər ki, gətirsələr, Yerevan alt-üst olacaq. Üstəlik, Qarabağdan dabanına tüpürüb qaçan 10 mindən artıq fərari silahları ilə birlikdə Yerevandadır! Onları kim tərksilah edəcək, bilən yoxdur.

20 min erməni əsgəri silahı yerə qoyub Xankəndini tərk etməlidir. Onların da valideynləri uşaqlarını tələb edirlər... Özünü ali irq, hamıdan üstün, qəhrəman, qədim, döyüşkən sayan xalqın möhtəşəmliyi budurmu?

Ermənilərin istədikləri alınmadı. Çünki, "Böyük Ermənistan” ideyası uydurmadır və bu, erməni faşizmini müəyyən məqsədlər üçün gündəmə gətirən ideologiyadır. "Əzabkeş, müdrik, qədim xalq” əfsanəsi bitdi. Bu məğlubiyyət Qarabağı cəhənnəmə çevirən erməni faşistlərinə Azərbaycan dövlətinin və ordusunun cavabıdır. Hər kəs layiq olduğuna sahib olur. Qarabağdan Yerevana yola çıxan tabut karvanlarının hələ bir müddət ardı-arası kəsilməyəcək. Ona görə də erməni siyasi elitası yenilməz, qəhrəman erməni mifindən əl çəkərək imzaladıqları sülh müqaviləsini - kapitulyasiya aktını bir də vərəqləsinlər və dərk etsinlər ki, faşizm ideologiyası bəşər tarixində kimsəyə nə qələbə, nə də başucalığı gətirib. Ermənilər nə kişi kimi döyüşdülər, nə də ləyaqətlə təslim oldular. Hətta kapitulyasiya aktını belə, deyəsən, gizlində, yorğanın altında imzaladılar.

Buna baxmayaraq, bəzi ermənilər zəif də olsa, fərqli fikirlər səsləndirməyə başlayıblar. Ermənistan Prezidentinin keçmiş məsləhətçisi, Miçiqan Universitetinin professoru Jirayr Liparityan ermənilərin faşizmə yoluxduqlarını birbaşa deməsə də, dolayısı ilə bunu təsdiq edir. Professor etiraf edir ki, ermənilər baş verən məğlubiyyətlə barışmalı və onu qəbul etməlidirlər: "Biz istənilən halda məğlub ediləcəyimiz müharibədən nəyin bahasına olursa-olsun, qaçmalı idik, biz uzun illər Qarabağa yatırdığımız böyük insan və maliyyə kapitalını itirdik. Paşinyan Qarabağın rəhbərliyini danışıqlar masasına əyləşdirə bilmədi, hətta uzaq perspektivdə belə, Qarabağın müstəqilliyini təmin etmək imkanını itirdi. Biz suverenliyimizin, müstəqilliyimizin, əminliyimizin və nikbinliyimizin böyük hissəsini itirdik”.

J.Liparityan əslində birbaşa etiraf edə bilərdi ki, bu gün Ermənistanı məhv edən, onu əbədi müharibələrdə rəzil günə qoyan millətçi faşist ideologiyasıdır. Qafqazı sülh bölgəsinə çevirmək üçün bu ideologiyanı çarmıxa çəkmək, Yerevanda nasistlərə ucaldılan abidələri yıxmaq lazımdır. Erməni xalqı faşizmdən imtina etdiyi günün səhərisi Qafqazda kimin kim olduğunu dərk edəcək.

Bahadur İMANQULİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video