04:12 22 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
00:47 22.01.2021

Co Bayden Ağ evdə


00:40 22.01.2021

BİLDİRİŞ


00:39 22.01.2021

BİLDİRİŞ


00:39 22.01.2021

BİLDİRİŞ


00:38 22.01.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

İLHAM ƏLİYEV dərsləri
ANA SƏHİFƏ / SİYASƏT
00:39 03.12.2020


Birinci Qarabağ müharibəsi qurtarandan 27 il sonra - 27 sentyabr 2020-ci ildən başlayan İkinci Qarabağ müharibəsi ilə Ali Baş Komandan İlham Əliyev Ermənistana və onun havadarlarına mükəmməl bir dərs də verdi:

* Yeni nümunədə yeni tipli müharibə dərsi!

* Düşməni işğal etdiyi ərazilərdən sürətlə qovmaq dərsi!

* Ali diplomatiya dərsi!

* Dünya KİV-ində düşməni ifşa dərsi!

* Dost qazanmaq, dostluq etmək və dost köməyindən istifadə dərsi!

* Ədalət uğrunda vuruşarkən ədalətsiz tərəfə kömək göstərənlərə ədalət dərsi!

* Vətəni əməldə sevmək dərsi!

* Xalqın məhəbbət və dəstəyini qazanmaq dərsi!

* Ordunu sevmək, idarə etmək, şəxsi heyətdə böyük ruh yüksəkliyi yaratmaq dərsi!

* Şəhidlərə hörmət və ehtiram göstərmək, xatirələrini əziz tutmaq dərsi!

* İqtidarla xalqın yumruq kimi birliyini necə yaratmaq dərsi!

Bütün dünya böyük auditoriya qarşısında və aşkarlıq şəraitində verilən bu dərsləri gördü və ağlı olanlar özləri üçün müəyyən nəticələr də çıxardı.

***

Hərbi əməliyyatlar davam edən dövrdə İlham Əliyevin etdiklərindən və dediklərindən Azərbaycan vətəndaşları da çox mətləbləri anladılar və mənimsədilər.

Prezidentimizin dərsləri bizə nələr öyrətdi?

İlham Əliyev ən əvvəl vətəni necə sevməyin nümunəsini ortaya qoydu!

Bəli, Vətəni hamı sevir!

Amma bu sevgi təkcə sözlə bitməməlidir!

Vətəni səmimi məhəbbətlə sevmək, lazımi məqamda onun yolunda fədakarlıq göstərməyi bacarmaq da vacibdir!

Əslində İlham Əliyev vətən sevgisini bizə öz nümunəsi ilə öyrətdi!

***

Üçrəngli bayrağımız bizim üçün qürur mənbəyidir.

Bu bayraq həm də müstəqilliyimizin rəmzidir.

Hər bir dövlət, hər bir vətəndaş öz bayrağı ilə qürur duyur!

O cümlədən biz azərbaycanlılar!

Ali Baş Komandanımız İlham Əliyev işğaldan azad etdiyi yaşayış məntəqələrində üçrəngli bayrağımızı yüksəltməklə onu bizə daha da çox sevdirdi!

Bayrağımızı qalib xalqın bayrağına çevirdi!

***

Azərbaycanın haqq mübarizəsində, doğma torpaqlarını işğaldan azad etmək uğrunda müharibədə türk qardaşlarımız daim bizim yanımızdadırlar, lazımi dəstək verirlər.

Bu gün Azərbaycan bayrağı ilə Türkiyə bayrağı şəhər və kəndlərimizdə, yaşayış məntəqələrində, yürüşə çıxan vətən övladlarının əllərində qoşa tutulur, paytaxtdakı binaların üzərində, balkonlarda qoşa dalğalanır.

Türkiyə Cümhuriyyətində də eyni vəziyyətin şahidiyik!

Dünyanın müxtəlif ölkələrində erməni vandalizminə və terroruna qarşı keçirilən etiraz aksiyalarında da qardaşlarımız və bayraqlarımızla daim yanaşıyıq.

Bu qardaşlığın, bu sevginin, bayraqlarımızın qoşa dalğalanmasının yaradıcısı da İlham Əliyevdir!

***

Vətən müharibəsinin gedişində Prezidentimizdə bir sıra yeni keyfiyyətlər də kəşf etdik!

Rəhbərə məxsus bir çox mənəvi dəyərlərin dərinliyinin və zənginliyinin şahidinə çevrildik.

İlham Əliyev, habelə Birinci vitse-prezident Mehriban xanım Əliyeva heç zaman dara düşmüş insanları - istər təbii fəlakət nəticəsində, istər xain düşmənin terror əməlləri nəticəsində - ev-eşiklərini itirənləri, yaralananları, şəhid ailələrini köməksiz qoymurlar.

Müharibə əlilləri də daim diqqət mərkəzindədir, onlara minik avtomobilləri, dövlət hesabına tikilib təmir olunan mənzillər verilir.

Şəhidlərin dəfni xüsusi hörmət və ehtiramla keçirilir, şəhid ailələri daim qayğı əhatəsində saxlanılır.

Hər bir müharibə yeni şəhid və qazi deməkdir!

Qədirbilən xalqımız torpaqların azadlığı uğrunda vuruşanları, şəhidləri və qaziləri heç zaman unutmur, şəhidlərin xatirəsinə, müharibə qazilərinə ehtiramla yanaşır.

İlham Əliyev həm də bu nümunəvi münasibəti ehtiramla davam etdirəndir.

***

Bəşəriyyət yarandığı gündən haqq və ədalət uğrunda mübarizə aparır!

Amma heç də həmişə ədalətə nail olmaq, haqqa sahib çıxmaq mümkün olmur!

Bunun üçün təkcə ağıllı yox, həm də güclü olmaq gərəkdir!

İlham Əliyev ədalətsiz dünyada ədalətə nail olmağın yolunu göstərdi!

Həm də əyani şəkildə!

Xalqla iqtidarın birliyi formasında!

Dünyanın təsir və təzyiq cəhdlərinə sinə gərməyin mümkünlüyünü meydana qoydu!

Təkcə döyüş meydanında yox, informasiya cəbhəsində də yorulmadan çarpışdı, Azərbaycana qarşı illər boyu davam edən ədalətsizliyin mahiyyətini açaraq, kökünü, səbəblərini ifşa etdi!

Bu sahədə də düşməni məğlubiyyətə uğratdı!

***

Artıq dünya erməniliyi dünyanın bəlasına çevrilib!

Maliyyələri, mütəşəkkillikləri ilə yaşadıqları ölkələrin siyasətinə, hətta prezidentlərinin mövqeyinə belə təsir göstərirlər!

BMT-nin daimi üzvləri olan Minsk qrupunun həmsədr dövlətlərinin başçıları belə seçkilər dövründə erməni diasporu ilə hesablaşmağa, onların istəklərinə əməl etməyə çalışırlar.

İlham Əliyev dünya erməniliyinə necə qalib gəlməyin yollarını göstərdi:

* Həm torpaq uğrunda sonadək döyüşməklə;

* Həm diplomatik cəbhədə çarpışmaqla;

* Həm düşmənin alçaq xislətini, terrorçu mahiyyətini - dinc əhalini, qadın və uşaqları Gəncədə, Bərdədə, Tərtərdə hədəfə çevirərək qadağan olunmuş silah-sursatla qətlə yetirməsini ifşa etməklə;

İlham Əliyev dünyanın hesablaşdığı ermənilərə elə bir dərs verdi ki, onlar Ali Baş Komandanımızla hesablaşmağa məcbur oldular!

***

Müharibənin davam etdiyi dövrdə

İlham Əliyev dəfələrlə xalqa müraciət etdi, hadisələr barədə doğru, düzgün və ətraflı məlumat verdi.

Həmişə düz danışdı, olanı söylədi!

Açıq danışdı, öz xalqından heç nəyi gizlətmədi!

Səmimi danışdı: uğuru da, çətinlikləri də ölkə vətəndaşları ilə açıq şəkildə bölüşdü.

Bəzən hisslərini gizlətmədi, emosiyalara yol verdi - lazımi ölçü-biçidə!

Xalq daim qələbə xəbərini Ali Baş Komandanının özündən eşitdi!

Ölkə vətəndaşları bu açıq, təmiz müra

ciətlərinə, parlaq və emosiyalı çıxışlarına görə rəhbərini bir daha qəlbən sevdi, səmimiyyətinə heyran oldu!

Bu da bir dərsdir!

Xalqa hər şeyi olduğu kimi çatdırmaq, uğur və qələbələrlə bərabər, mövcud olanları da birgə müzakirə edib, bölüşə bilmək dərsi!

***

İkinci Qarabağ müharibəsini zəfərlə başa çatdıran İlham Əliyev xalqı müqəddəs arzu və istəyinə necə qovuşdurmağın nümunəsini də göstərdi!

Arxalı düşmənlə cəngə başlayarkən xalqı möhkəm birliyə, qüvvələri səfərbərliyə almağa səslədi!

Bu çağırış dərhal böyük əks-səda doğurdu.

Ölkədə fəaliyyət göstərən bütün müxalif partiyalar Ali Baş Komandanı dəstəklədiklərini rəsmən bəyan etdilər!

Xalq rəhbər ətrafında yumruq kimi birləşdi!

Ölkə bir nəbzlə döyünməyə başladı!

İlham Əliyev milli birliyə nail olmağın ən gözəl yolunu da göstərdi!

Şübhə yoxdur ki, bu birlik bundan sonra heç zaman pozulmayacaq, işğaldan azad olunmuş ərazilərin bərpa edilməsində, insanların doğma yurd-yuvalarına tezliklə qayıdaraq rahat yaşamalarında, viran qoyulmuş torpaqların laləzara çevrilməsində, müstəqil Azərbaycanın daha da qüdrətlənməsində başlıca stimullardan biri olacaqdır!

***

İlham Əliyev ağlayan Azərbaycanı güldürdü!

İlham Əliyev gülən Ermənistanı ağlatdı!

İlham Əliyev Dövlət bayrağımızı qalib xalqın bayrağına çevirdi!

İlham Əliyev məğlub Azərbaycan Ordusunu qalib orduya, dünyada yeni müharibə nümunəsini yaradan orduya çevirdi!

İlham Əliyev Azərbaycanı qalib dövlətə, Cənubi Qafqazda söz sahibinə, dünyada yüksək nüfuzu və müsbət imici olan dövlətə çevirdi!


Bəxtiyar SADIQOV



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM